“Cumhuriyet Bilim Teknik” jurnalının 3 iyul 2004-cü il tarixli sayında “Həyatın elementləri kosmosdan” başlıqlı yazı nəşr olundu. Yazıda Uwe Meierhenrich adlı tədqiqatçının həyatın mənşəyi ilə əlaqədar iddiasına yer verilirdi. Tədqiqatçı, meteorit üzərində apardığı analiz əsnasında rast gəldiyi amin turşularının, həyatın kosmosdan gəldiyini təsdiqlədiyini bildirdi. Elm adamına görə, bu amin turşuları, təkamülçülər tərəfindən DNT-nin qabaqcılı olaraq modelləşdirilən sintetik (süni) PNA molekulunun əmələ gəlməsinə gətirib çıxartmışdı və beləliklə, DNT-ə əsaslanan həyat yaranmışdı.

Bu yazıya ətraflı cavab vermişdik, ancaq burada, yenə də, ifadə etməkdə fayda görürük. Bu iddia, həyatın dünyada təsadüfən əmələ gəldiyinə aid iddiaları bir-bir çürüdülən təkamülçülərin, həyatın kosmosdan gəldiyi nağılına sığınaraq çarə axtarışlarından başqa bir şey deyil. Ancaq bu səyləri də hədər yerədir. Elmi araşdırmalar nəticəsində ortaya çıxan həqiqət, kosmosdan canlı mikroorqanizmlərin yer üzünə çatmasının qeyri-mümkün olmağıdır. Ancaq, ilk dünya şərtlərində, kosmosdan çox miqdarda amin turşusu gəlsəydi və hətta yer üzü tamamilə amin turşuları ilə dolu olsaydı da bu vəziyyət, canlıların mənşəyini açıqlayan bir vəziyyət olmazdı. Çünki, amin turşularının təsadüfən və təsadüfi bir yerə yığılaraq olduqca kompleks, üç ölçülü bir zülalı və zülalların hüceyrəsinin orqanellərini, ardından bu orqanellərin də bütün möcüzəvi quruluşu ilə bir canlı hüceyrəni əmələ gətirməsi mümkün olmazdı. Canlılığın kompleks quruluşunun yeganə şərhi, şüurlu dizayndır. Allah dünya üzərindəki canlılığı bir anda və qüsursuz olaraq yaratmışdır.

Bu iddiaya verilən əhatəli bir cavabımızı buradan oxuya bilərsiniz.