“Hürriyet” qəzetinin icmalçı jurnalisti Yalçın Doğan, 8 fevral 2004-cü il tarixli və “Marsda həyat var!” başlıqlı yazısında, Mars planetində aparılan NASA araşdırması ilə əldə edilən məlumatları şərh edirdi. Hörmətli Doğan, planetə göndərilən robotların dünyaya çatdırdığı fotoşəkillərə əsaslanaraq, Mars səthinin portretini çəkir, xüsusi ilə də, burada suyun varlığına işarə edən tapıntılar üzərində dayanırdı. Mars səthindəki buz kütlələri, hörmətli Doğanı olduqca həyəcanlandırmış görünürdü. Doğan, dağlardan enən buz təbəqələrindən bəhs etdikdən sonra “Buz! Deməli, su! Deməli, həyat!” şəklində sözlərlə həyəcanını ifadə edirdi. Aydın olduğu kimi, hörmətli Doğanın həyəcanının təməlində suyun varlığı ilə Marsda varlığı ola biləcək həyat formaları arasında qurduğu əlaqə yatırdı. Əvvəllər, müxtəlif vasitələrlə izah etdiyimiz bu mövzunu, son dəfə hörmətli Doğanın məqaləsində yazıldığı üçün bir daha şərhin uyğun olacağını düşünürük. Hörmətli Doğanın “su=həyat” şəklində yekunlaşdıra bildiyi nöqteyi-nəzəri elmi deyil, səhvdir. Su, həyat üçün çox lazımlı maddə olmağına baxmayaraq həyatın əsaslandığı tək maddə deyil. Həyat üçün lazımlı çox saydakı şərti tamamilə nəzərdən qaçıraraq, olduqca kompleks quruluşdakı canlılığı, suyun olduğu hər yerdə asanlıqla ortaya çıxa biləcək bir fakt kimi təqdim etmək elmi deyil, ideoloji fikrin göstəricisidir.

Amerikalı astronom Dr. Hugh Ross, “Marsda su! Bu nə mənanı verir?” başlıqlı yazısında bunları yazmışdır:

 

“Marsda həyat” fərziyyələri ilə əlaqədar ideoloji həyəcanın səbəbi, “Maye su bərabərdir həyat” şəklindəki məşhur (amma məntiqə zidd) fikirdir. Suyun, həyat üçün lazımlı olduğu müzakirə edilməyə ehtiyac olmadığına baxmayaraq, elm, maye suyun həyat üçün çox saydakı lazımlı olan maddələrdən yalnız biri olduğunu göstərmişdir. Tədqiqatçılar, bir planet sistemindəki bir planetdə, həyatın mövcudluğu üçün yüzdən çox, sudan müstəqil, fərqli lazımlı maddələr təyin etmişlər. Bu lazımlı maddələrin çoxu, maye suyun əks etdirdiyindən daha çox ölçüdə həssas-nizam əks etdirir.

Bütün digər lazımlı maddələr təmin edilsə də, maye su həyatı dəstəkləmək üçün kafi deyil. Canlılar, həyatlarını davam etdirə bilmək üçün, suyun hər üç halda (qaz, maye və buz) uzun müddət olmağına ehtiyac duyar. Quru həyatı, bunlara əlavə olaraq, bol miqdarda və sabit bir su dövrünə ehtiyac duyar ki, “Mars Global Surveyor” (*), bunun Marsda heç tapılmadığını göstərir.”1

 

Rossun sözləri, hörmətli Doğanın həyəcanının yersizliyini çox aydın şəkildə üzə çıxardır. Ancaq “Marsda həyat” fərziyyələri ilə əlaqədar ifadə edilməli olan bir nöqtə daha vardır. Kosmosda suyun, hətta həyatın varlığının sübut edilməsi də, bu vəziyyət səbəbi ilə ideoloji həyəcan hiss edən seqmentlərin fikirlərinə elmi dəlil gətirməyəcək. Bu cəmiyyətlər hər nə qədər kosmosda həyatın varlığını, həyatın yer üzündə təsadüfən başladığı iddiasına dəstək olaraq təqdim etməyə səy göstərsələr də, həyatın kosmosda mövcudluğu həyatın təsadüflərin məhsulu olduğunu deyil, yalnız həyatın dünya xaricində də, mövcud olduğunu göstərəcək.

Əslində, bu vəziyyət asanlıqla aydın olacaq bir məntiqə əsaslandığı halda, müxtəlif media qurumları, bu yanlış məntiqə qərəzli şəkildə göz yumur və “Marsda həyat” iddialarını, başlıqları ilə ideologiyalarına dəstək zəminləri yaratmağı məqsəd qoymuşdular.

Hörmətli Doğana qısa bir araşdırma ilə müasir elmin tapıntılarının, materializmi rədd etdiyini görə biləcəyini xatırladır, həyatın mənşəyinin şüurlu dizayn olduğunu qəbul etməsini tövsiyə edirik.

 

 

(*)Mars Global Surveyor: 1997-ci ildə, Mars ətrafındakı orbitinə oturdulan kosmos vasitəsi ilə reallaşdırılan altı mərhələli araşdırma proqramı.