Əlbəttə, heç kim 4 milyard il əvvəlki mühiti gözüylə görməmişdir. Ancaq elmi sahədə aparılan işlər, ilk yer atmosferinin xüsusiyyətləri ilə əlaqədar əhəmiyyətli məlumatlar əldə etmişdir. Primitiv atmosferin metan-ammonyak sıxlıqlı olmadığını, yəni həyata əlverişsiz olduğunu yuxarıda ifadə etdik. Bir başqa əhəmiyyətli mövzu, təkamülçülərin uzun zaman rədd etməyə çalışdıqları oksigen problemidir.

“Bilim ve Teknik” jurnalının may 2000-ci il tarixli nəşrində yer alan və Ümid Sayın imzasını daşıyan “Dünyada həyatın başlanğıcı” başlıqlı yazıda, elmi kütlələr tərəfindən çoxdan rəfə qaldırılmış bəzi iddialar təkrar gündəmə gətirilmiş və bunlar elmi gerçək kimi önə sürülmüşlər. Mövzuyla əlaqədar gerçəkləri ictimaiyyətə açıqlamaqda fayda görürük.

 

Elm adamlarından başqa heç kim təkamül nəzəriyyəsini anlaya bilməz iddiası

yasambagbteknikÜmid Sayın insanların təkamül nəzəriyyəsini anlaya bilmələri üçün “daha çox elm təhsilinə və detallı aydın olmuş bəzi anlayışlara” ehtiyac duyduqlarını söyləyərək, daha yazının əvvəlində yazdıqlarının başa düşülməsinin mümkün olmadığı mesajını vermişdir. (Hətta Ümid Sayın yazısında xalqın “milyonlarla illik müddət olan təkamül” kimi sadə bir anlayışı belə anlaya bilməyəcəklərini iddia etmişdir) Bu mənasız mesaja görə təkamül doğrudur, ancaq bunu izah etmək də, anlamaq da çox çətindir və nəzəriyyənin böyük xalq kütlələri tərəfindən başa düşülə bilməməsinin tək səbəbi budur.

Halbuki, elmi inkişaflar təkamül nəzəriyyəsinin etibarsızlığını; bu etibarsızlığı anlamanın da, izah etmənin də çox asan olduğunu bütün açıqlığıyla ortaya qoymaqdadır. (Geniş məlumat üçün baxın: Harun Yəhyanın Təkamül yalanı, Darvinizmin Sonu  Həyatın həqiqi kökü adlı kitabları)

 

Klassik təkamülçü göz boyama üsulları

Yazıçı əvvəlki yazılarında olduğu kimi bu yazısında da (təkamül nəzəriyyəsini xalqın gözündə qurtarma məqsədiylə) etibarsızlığı ortaya qoyulmuş bəzi köhnə təcrübələrdən yapışmış və bu yolla insanları yanıltmağa çalışmışdır. Mövzunun məzmunuyla heç bir əlaqəsi olmayan, hətta Yaradılış gerçəyini ortaya qoyan şəkillərlə yazısını bəzəmiş, elmi hava vermək üçün də yazının sonuna 22 ədəd xarici qaynaq adı qoymuşdur. Halbuki, yazıda haqqında danışılan qaynaqların hamısından sitat yoxdur, klassik təkamülçü şərhlərdən fərqli heç bir məlumat yer almır.

Ümid Sayın əlində heç bir sənəd və dəlil olmadığı üçün yazı içində tez-tez “təkamül nəzəriyyəsi doğrudur”, “təkamül nəzəriyyəsi gerçəkdir”, “təkamül nəzəriyyəsinin doğruluğu mövzusunda son nöqtə qoyulmuşdur” kimi bayağı ifadələr istifadə edərək oxucuları təsir altında qoyma üsulundan istifadə etmişdir. Ümid Sayın təkamül mövzulu bütün yazılarında olduğu kimi bu yazısında da çox hamar bir ssenari yazmaqdadır. Elmin hər sahədə təkamül nəzəriyyəsinə dəlil verdiyini və bu mövzuda hər hansı ziddiyyət olmadığını iddia etməkdədir. Halbuki, artıq dünyada məşhur ən qatı təkamül müdafiəçiləri belə bu dərəcə qüsursuz ssenariylə ortaya çıxa bilmirlər. Ümid Sayının qələmə aldığı həyatın mənşəyi ssenarisinin hər cümləsi, gerçəkdə təkamülçülər arasında illərdir ixtilaf mövzusudur. Bu vəziyyət qərbli təkamül ədəbiyyatını daima izləyən şəxslərin yaxından bildikləri bir gerçəkdir. Məsələn, San Dieqo Scripps institutundan məşhur təkamülçü geokimyaçı Jeffrey Bada təkamül nəzəriyyəsinin həyatın mənşəyini anlatma mövzusunda içində olduğu çətinliyi, “Bu gün 20-ci əsri geridə buraxarkən, hələ, 20-ci əsrə girdiyimizdə sahib olduğumuz ən böyük həll edilməmiş problemlə qarşı-qarşıyayıq: Həyat yer üzündə necə başladı.” (Earth, Life’s Crucible, fevral 1998, səh. 40) sözləriylə ifadə edərkən, Ümid Sayın hələ problemsiz, toz çəhrayı təkamül ssenarisi yazmağa davam edir.

Gerçəkdə, Ümid Sayın bu yazını oxuyan elmi gerçəklərdən uzaq şəxslər üzərində, təkamülün sanki hər mərhələsində işıqlığa qovuşmuş elmi müddət olduğu təəssüratı meydana gətirməyə çalışır. Bu səbəblə də yazıda yer alan elmi yanılmaları şərh etməkdə fayda vardır.

 

Ümid Sayının həyatın başlanğıcı ilə əlaqədar yanılmaları

Ümid Sayın yazısında Harold Urey və Stanley Miller tərəfindən 1953-cü ildə aparılan Miller təcrübəsinin, amin turşularının primitiv atmosfer şərtlərində öz-özünə meydana gələ biləcəklərini, bu səbəbdən canlılığın yer üzündə təsadüflər nəticəsində ortaya çıxa biləcəyini isbat etdiyini iddia etmişdir. Həm də “ən böyük problem ilk canlılığın necə meydana gəldiyi mövzusu idi” cümləsiylə canlılığın necə meydana gəldiyi problemini “-di”li keçmiş zamanda izah edərək, artıq bu problemin çox qədimlərdə qaldığı havasını verməyə çalışmışdır.

 

Əvvəlcə bunu ifadə etməliyik: Primitiv dünyadakı bütün göllərin və dənizlərin amin turşuları ilə dolu olduğunu fərz etsək belə, bu amin turşularının uyğun say, növ və sıralamada düzülərək tək bir faydalı zülal molekulu da meydana gətirə bilmələrinin mümkün olmadığı, ehtimal hesablarıyla, fizika və kimya qanunlarıyla ortaya qoyulmuşdur. Bu səbəbdən, primitiv dünyada amin turşularının olduğu fərz edilsə belə, bunun canlılığın meydana gələ bilməsi baxımından heç bir mənası və təsiri yoxdur. Çünki amin turşularının zülallar yaratması, zülalların hüceyrənin orqanellərini yaratması, orqanellərin hüceyrə mayesi içində bir yerə gəlib son dərəcə kompleks pərdə ilə çevrilərək canlı hüceyrə meydana gətirmələri, molekulların öz-özlərinə edə biləcəkləri təsadüfi kimyəvi reaksiyaların sərhədlərinin çox kənarında, ağlasığmaz komplekslikdəki hadisələrdir. Şəxsən təkamülçü avtoritetlər belə təkamülün daha işin başındakı bu böyük çətinliyi, “bir zibilxanadakı dəmir yığınlarının yaranan qasırğa nəticəsində bir Boeing 747 meydana gətirməsinin qeyri-mümkünlüyü”nə bənzədərək dilə gətirmişlər. (Sir Fred Hoyle, Nature, 12 noyabr 1981) Məşhur Rus təkamülçüsü A. I. Oparin də gözardı edilə bilməyən bu gerçəyi belə ifadə edir:

 

“Təəssüf ki, hüceyrənin meydana gəlişi təkamül nəzəriyyəsinin hamısını içinə alan ən qaranlıq nöqtəni təşkil edir.” (A. I. Oparin, Origin of Life, səh. 196)

 

Qaldı ki, primitiv dünyada amin turşularının meydana gələ bilmələri də mümkün deyil. Miller amin turşularının öz-özlərinə primitiv dünya şərtlərində təsadüflərlə meydana gələ biləcəyini sübut edə bilmək məqsədi ilə apardığı təcrübə ilə gerçəkdə belə bir hadisənin qəti olaraq mümkün ola bilməyəcəyini şəxsən öz əlləriylə ortaya qoymuşdur. 1998-ci ilin fevral ayında nəşr olunan məşhur təkamülçü elm jurnalı “Earth”dəki “Həyat küpü” adlı məqalədə bu ifadələr yer alır:

 

“Bu gün Millerin ssenarisi şübhələrlə qarşılanır. Bir səbəbi, geoloqların indi primitiv atmosferin başlıca karbon dioksid və azotdan meydana gəldiyini qəbul edir olmalarıdır. Bu qazlar isə 1953-cü ildəki təcrübədə (Miller təcrübəsi) istifadə edilənlərdən daha az aktivdirlər. Qaldı ki, Millerin fərz etdiyi atmosfer var olmuş ola bilsəydi belə, amin turşuları kimi sadə molekulları daha kompleks mürəkkəblərə, zülallar kimi polimerlərə çevirəcək lazımlı kimyəvi dəyişikliklər necə meydana gələ bilərdi? Millerin özü belə, problemin bu nöqtəsində əllərini sürətlə irəli uzadıb, “bu bir problemdir” deyərək şiddətlə iç çəkməkdədir… “Polimerleri necə edəcəksiniz? Bu o qədər asan deyil”…”

 

Görüldüyü kimi, Millerin özü də bu gün təcrübəsinin, həyatın başlanğıcını izah etmə baxımından heç bir nəticəyə gətirməyəcəyini qəbul etmiş vəziyyətdədir.

 

Belə bir vəziyyətdə, yerli təkamülçülərin bu təcrübəyə dörd əllə yapışmaları bu şəxslərin çarəsizliyinin açıq göstəricisidir. “National Geographic” jurnalının mart 1998-ci ildəki nəşrində “The rise of life on Earth” məqaləsi də Miller təcrübəsini qərbli təkamülçülərin çoxdan tərk etdiklərinin bir ifadəsidir. Bu jurnalda aşağıdakı ifadələr yer alır:

 

“Bir çox elm adamının bu gün, primitiv atmosferin Millerin qarşıya qoyduğundan fərqli olduğuna dair şübhələri var. Primitiv atmosferin hidrogen, metan və ammonyak yerinə karbon dioksid və azotdan yarandığını düşünürlər. Bu isə kimyaçılar üçün pis xəbərdir. Karbon dioksid və azotla reaksiya apardıqlarında əldə edilən orqanik birləşmələr olduqca dəyərsiz miqdardadırlar. Böyük bir üzmə hovuzuna atılan bir damla qida rəngləndiricisi ilə eyni sıxlıqdadır. Elm adamları bu dərəcə seyrək məhluldakı bir şorbada həyatın ortaya çıxmasını xəyal etməyi belə güc tapırlar.”

 

Görüldüyü kimi, bu gün çox əhəmiyyətli elm adamları dünyanın meydana gəlmə əsnasındakı atmosferin metan, ammonyak qarışığından meydana gəldiyi mövzusundakı fikirlərini tərk ediblər. Bu şəxslərdən biri də şəxsən Stanley Millerdir. Miller 8-12 sentyabr 1985-ci illər arasında İsveçin Stokholm şəhərində, İsveç Kral Elmlər Akademiyası tərəfindən təşkil edilən “Molecular evolution of life” adlı simpoziumda təqdim etdiyi məlumatda bu ifadələrdən istifadə etmişdir:

 

“Metan, azot və yox deyiləcək qədər az miqdardakı ammonyak ilə su buxarı qarışığı primitiv dünya üçün daha həqiqi bir atmosferdir.” (Stanley Miller, Current Status of the Prebiotic Synthesis of Small Molecules, Molecular Evolution of Life, səh. 7, 1986)

 

Stanley Millerin bu məlumatı, “Molecular evolution of life” adlı kitabda tam mətn nəşr olunmuşdur. Şübhəsiz ki, Stanley Millerin “ilk atmosferdəki ammonyak miqdarı yox deyiləcək qədər az idi” şəklindəki şərhi Millerin metan-ammonyak modelindən imtina etdiyini göstərməkdədir. Çünki Miller təcrübəsi çox yüksək miqdarda ammonyakla reallaşdırılmış olan təcrübədir. Ammonyak olmadan aparılan təcrübələrdə heç bir amin turşusu əldə edilə bilmədiyinə görə, ortada Miller təcrübəsi deyə bir şey qalmır. (J. P. Ferris – C. Chen, Journal of American Chemical Society, 97:11, səh. 2966)

 

Lakin nədənsə Ümid Sayın bu əhəmiyyətli detalı görməzlikdən gəlməkdə, Miller təcrübəsini hələ böyük elmi dəlil kimi təkrarlamağa davam edir.

 

Kosmosdan gələn amin turşularının həyat yarada biləcəyi yanılması

Ümid Sayın primitiv dünya şərtlərində təsadüfən amin turşusu yarana bilməyəcəyi gerçəyi qarşısında yeni şərh axtarışlarına da yönəlmişdir. Bu iddiaya görə kosmosdan yer üzünə düşən meteorlarda olan amin turşuları və orqanik maddələr reaksiyaya girmiş və beləliklə, canlılıq meydana gəlmişdir.

Ancaq başda da ifadə etdiyimiz kimi, ilk dünya şərtlərində, kosmosdan bol miqdarda amin turşusu gəlsəydi və hətta başda da ifadə etdiyimiz kimi, yer üzü tamamilə amin turşuları ilə örtülü belə olsaydı; bu, canlıların mənşəyini açıqlayan bir vəziyyət olmazdı. Çünki amin turşularının təsadüfən və təsadüfi bir yerə gələrək son dərəcə mürəkkəb, üçölçülü zülalı və zülalların da hüceyrənin orqanellərini, ardından da bu orqanellərin bütün möcüzəvi quruluşuyla bir canlı hüceyrəni yaratması mümkün olmazdı.

Bu əsassız iddia ilə Ümid Sayın molekulyar biologiya, biokimya, kimya, riyaziyyat qaydalarını tamamilə nəzərə almadığını ortaya qoymuşdur. Çünki yer üzündəki ən mürəkkəb molekullardan biri olan zülalların mənşəyini Miller kimi ən məşhur təkamülçülər də həlli mümkün olmayan problem olaraq görərkən, Ümid Sayın göz qırpımında “kosmosdan gələn maddələr reaksiyaya girdi və canlılıq yarandı” deyə bilir. Halbuki, bir az biologiya məlumatı olan bir kimsə;

 

– zülalların ən kiçiklərinin də yüzlərlə amin turşusunun müəyyən sayda, uyğun növdə və xüsusi bir sıralamada düzülmələrindən yarandığını,

– tək bir amin turşusunun çox, əskik, ya da yerinin fərqli olmasının o zülalı funksiyasız hala gətirəcəyini,

– bir zülalda olan amin turşularının yalnız sol-əlli olanlardan meydana gəlməsi lazım olduğunu, tək bir sağ-əlli amin turşusunun araya qarışmasının belə o zülalı işə yaramaz hala gətirəcəyini,

– amin turşularının aralarında yalnız peptid bağı deyilən xüsusi kimyəvi bağla bağlanmalı olduğunu, digər kimyəvi bağların zülalın quruluşunu pozacağını,

– zülala funksiyasını qazandıran maddənin onun üçölçülü quruluşu olduğunu, bu üçölçülü quruluşun çox vaxt hüceyrə içindəki ribozomda zülal sintez edilərkən, xüsusi fermentlərin köməyiylə reallaşdığını, bu quruluşun bir çox zülal növündə öz-özünə yarana bilməyəcəyini bilir.

 

Lisey səviyyəsində riyaziyyat və kimya məlumatına sahib olan bir şəxs yuxarıda saydığımız şərtlərin tək birinin belə öz-özünə təsadüflər nəticəsində reallaşmasına ehtimal hesablarının icazə vermədiyini bilir. Qaldı ki, bütün bu şərtlərin eyni anda və birlikdə reallaşması ehtimalı ağılın qavrayış sərhədlərinin çox kənarında astronomik rəqəmlərə çatmaqdadır. İdarəli bir sınaq-yanılma mexanizmanın, yəni amin turşularını bir şəkildə bir yerə gətirib təsadüfi birləşdirən, bu düzülüş işə yaramadığında yanlış zənciri pozub yeni bir təsadüfi ehtimalı sınayan şüurlu mexanizmanın olduğunu fərz etdiyimiz bir mühitdə, 500 amin turşuluq orta hesabla bir zülal molekulunun doğru düzülməsini tutma ehtimalı qeyri-mümkündür.

 

  • Tək bir zülalın meydana gəlməsi üçün DNT lazımdır
  • Zülal olmadan DNT yarana bilməz
  • DNT olmadan zülal yarana bilməz
  • Zülal olmadan zülal yarana bilməz
  • Tək bir zülalın yaranması üçün 60 ayrı zülal lazımdır
  • Bu zülalların biri belə əskik olsa, zülal var ola bilməz
  • Ribozom olmadan zülal yaranmaz
  • RNA olmadan da zülal yaranmaz
  • ATP olmadan zülal yaranmaz
  • ATP-ni törədən mitoxondri olmadan da zülal yaranmaz.
  • Hüceyrə nüvəsi olmadan zülal yaranmaz
  • Sitoplazma olmadan da zülal yaranmaz
  • Hüceyrədəki orqanellərdən biri əskik olsa zülal yarana bilməz
  • Hüceyrədəki bütün orqanellərin var olması və çalışması üçün də zülallar lazımdır
  • Bu orqanellər olmadan da heç bir şəkildə zülal olmaz.

 

Bu sistem, bir yerdə çalışmaq məcburiyyətində olan iç-içə bir sistemdir. Biri olmadan digəri ola bilməz. Tək bir parçası var olsa belə, sistemin digər parçaları olmadan bu parça heç bir işə yaramaz.

 

Qısacası,

BİR ZÜLALIN VAR OLMASI ÜÇÜN HÜCEYRƏNİN HAMISI lazımdır. Hüceyrə, bu gün araşdırdığımız və çox az bir qismini anlaya bildiyimiz mükəmməl kompleks quruluşu ilə var olmadığı müddətcə, TƏK BİR ZÜLAL BELƏ YARANA BİLMƏZ.

 

Miller təcrübəsini etibarsız edən nöqtələr

Millerin 50 il əvvəl apardığı təcrübə ön mühakiməli və tək tərəfli təkamülçü məntiqiylə deyil, həqiqi bir gözlə qiymətləndirildiyində, vəziyyətin təkamülçülər baxımından heç də o qədər ümidləndirici olmadığı görülər. Çünki amin turşularının primitiv dünya şərtlərində öz-özlərinə meydana gələ biləcəkləri tezisindən yola çıxan bu təcrübə bir çox istiqamətdən əsassızdır. Ümid Sayının da yazısında üzərində dayandığı bu nöqtələrdən bəziləri bu şəkildədir:

 

1) Ümid Sayın bu yazısında əvvəlcə Miller təcrübəsini etibarsız edən “soyuq tələ” (cold trap) adlı mexanizmdən bəhs edir. Bu mexanizm amin turşularını meydana gəldikləri anda mühitdən təcrid etməkdədir. Çünki əks halda, amin turşularını yaradan mühitin şərtləri bu molekulları yaranmalarından dərhal sonra məhv edərdi. Halbuki ultrabənövşəyi, ildırımlar, müxtəlif kimyəvi maddələr, yüksək oksigen miqdarı, və s. kimi maddələri ehtiva edən primitiv dünya şərtlərində bu növ şüurlu qurğuların var olduğunu düşünmək belə mənasızdır. Bu mexanizm olmadan, hər hansı bir növ amin turşusu əldə edilsə belə, bu molekullar eyni mühitdə dərhal parçalanacaqlar. Kimyagər Richard Bliss bu ziddiyyəti belə izah edir:

 

“Millerin alətlərinin əsas hissəsi olan “soyuq tələ”, kimyəvi reaksiyalardan formalaşmış məhsulları toplama tapşırığı görürdü. Həqiqətən, bu soyuq tələ olmadan, kimyəvi məhsullar elektrik qaynağı tərəfindən korlanmış olacaqdı.” (Richard B. Bliss and Gray A. Parker, Origin of Life, Kaliforniya, 1979, səh. 14)

 

Təkamül haqqındakı tənqidi işləriylə tanınan Henry Morris də, vəziyyəti belə açıqlayır:

 

“Miller cihazlarına amin turşularını yarandığı anda tutacağını əlavə edərək onları çıxarıldıqları mühitdən ayırmışdır. Əgər belə etməsəydi, eyni atmosferik şərtlərdə o amin turşuları dərhal parçalanacaqdılar. Halbuki, Millerin bu qoruyucusuna bənzəyən bir vasitə primitiv yer üzündə yox idi.” (S. L. Millər, “Production of Amino Acids Under Possible Primitive Earth Conditions”, Science 1953, sayı 117, səh. 258)

 

Necə ki, Miller eyni vəsaitləri istifadə etdiyi halda soyuq tələ yerləşdirmədən etdiyi daha əvvəlki təcrübələrdə tək bir amin turşusu belə əldə edə bilməmişdi. Millerin məqsədi amin turşusu əldə etmək idi və istifadə etdiyi üsul və qurğular bu amin turşularını əldə edə bilmək üçün xüsusi olaraq nizamlanmışdı.

 

Ancaq primitiv atmosferdə bu cür metod nizam və intizamları təmin edəcək zəkanın varlığını qəbul etmək isə, hər şeydən əvvəl təkamülün öz məntiqiylə ziddiyyət təşkil edir. Ümid Sayın nümunə olaraq verdiyi isti su qaynaqlarının birdən soyuyaraq soyuq tələ meydana gətirdikləri tezisi də eyni təsadüflər zəncirinin davamından başqa bir şey deyil. Ümid Sayın yenə yazısının təməlini fərziyyələrdən kənara çıxmayan bir sayıqlama üzərinə qurmuş, içində olduğu elmi əsassızlığı isə “təbiətdə bu gün təxmin edilə bilməyən bir çox quruluş, bunu meydana gətirə bilər” kimi səthi ifadələrlə dilə gətirmişdir.

 

2) Millerin təcrübəsində canlandırmağa çalışdığı primitiv atmosfer mühiti həqiqi deyildi. Bu gerçəyi, 1980-cli illərin ortalarına doğru mövzuyla maraqlanan bəzi geoloqlar ortaya çıxardılar. Buna görə Miller süni mühitində olmalı olan azot və karbon dioksidi nəzərə almır, bunların yerinə metan və ammonyak istifadə etməyi seçirdi.

Yaxşı bəs, təkamülçülər niyə primitiv atmosferdə ən çox metan (CH4), ammonyak (NH3) və su buxarının (H2O) olduğunu təkid etmişdilər? Cavab sadə idi: Ammonyak olmadan, bir amin turşusunun sintez edilməsi qeyri-mümkün idi. Kevin M. Kean, “Discover” jurnalında nəşr etdiyi məqalədə bu vəziyyəti belə izah edir:

 

Miller və Urey dünyanın əvvəlki atmosferini metan və ammonyak qarışdırararaq köçürdülər. Onlara görə dünya, metal, qaya və buzun homogen qarışığı idi. Halbuki, son çalışmalarda o zamanlar dünyanın çox isti olduğu və ərimiş nikel ilə dəmirin qarışığından meydana gəldiyi aydın olmuşdur. Beləliklə, o dövrdəki kimyəvi atmosferin daha çox azot (N2), karbon dioksid (CO2) və su buxarından (H2O) meydana gəlməsi lazımdır. Halbuki, bunlar orqanik molekulların meydana gəlməsi üçün ammonyak və metan qədər uyğun deyildirlər. (Kevin McKean, “Bilim ve Teknik”, sayı 189, 7)

 

Məşhur geoloq Philip Abelson da metan/ammonyak modelinin etibarsız olduğunu belə vurğulayır:

 

Metan və ammonyak qazlarını ehtiva edən primitiv atmosfer fərziyyəsinin möhkəm təməllərdən məhrum olduğu ortaya çıxdı və həqiqətən də, çürüdüldü. Artıq geoloqlar bir başqa alternativ görüş mənimsədilər. Atmosfer və okeanlar, vulkanlardan çıxan qazlardan meydana gəlmişdilər. (Philip H. Abelson, “Chemical Events o the Primitive Earth, National Academy of Science Proceedings, sayı 55, 1965, səh. 1365)

 

Nəticə olaraq, primitiv yer atmosferinin Millerin təxmin etdiyindən daha fərqli qazlardan yarandığı ortaya çıxmışdı. Yaxşı, bu qazlar istifadə edilərək aparılacaq təcrübələrdə amin turşusu əldə edə bilmək mümkün idimi? Amerikalı elm adamları J. P. Ferris və C. T. Chenin araşdırmaları bu suala lazımi cavabı verdi. Ferris və Chen karbon dioksid, hidrogen, azot və su buxarından ibarət olan bir atmosfer mühitində Stanley Millerin təcrübəsini təkrarladılar. Və bu qaz qarışığıyla bir tək molekul amin turşusu belə əldə edə bilmədilər. (J. P. Ferris and C. T. Chen, “Photochemistry of Methane, Nitrogen and Water Mixture As a Model for the Atmosphere of the Primitive Earth”, Journal of American Chemical Society, cilt 97, sayı 11, 1975, səh. 2964)

 

Millerin təcrübəsinə duyulan güvən olduqca sarsılmışdı. Buna baxmayaraq, elm adamları və əlaqədar media quruluşları, Ferris və Chen təcrübəsini xalqa eşitdirməməyə diqqət göstərdilər. Miller təcrübəsi gündəmdə tutulmağa davam edildi. Ancaq təcrübədən tam 33 il sonra, 1986-cı ildə Stanley Miller, ammonyakın yüksək miqdarlarda istifadə edildiyi primitiv atmosfer təcrübələrinin həqiqi olaraq müəyyənləşdirilməyəcəyini şəxsən özü açıqlayaraq belə dedi:

 

Metan (CH4), Azot (N2), çox az miqdarlardakı ammonyak (NH3) və su buxarından ibarət bir atmosfer, primitiv dünya üçün daha həqiqi bir atmosferdir. Çünki ammonyak qazı okeanlarda həll olunacağından atmosferdə çox miqdarda ola bilməzdi. (Stanley Millər, “Molecular Evolution of Life: Current Current Status of the Prebiotic Synthetis of Small Molecules”, 1986, səh. 7)

 

Lakin nədənsə yuxarıda da bəhs etdiyimiz kimi, təcrübənin şəxsən sahibi də öz təcrübəsinin etibarsızlığını elan edərkən, yerli təkamülçülər bu köhnə təcrübə ilə təkamül yalanına dəstək olmağa davam edirlər.

 

Təkamülçülərin “Görmədiyinə inanmama” kompleksi

Bu yazıda diqqət çəkən başqa bir nöqtə isə Ümid Sayının təkamülün ziddiyyətlərini “4 milyard əvvəlı gedib müşahidə edə bilmərik!” üsuluyla ört-basdır etmə cəhdidir. Ümid Sayın, “Heç kim 4 milyard il əvvələ getməmişdir; o gündən bu günə də tək iz qalmamışdır; elmi yaradılışçılar nə söyləyirlərsə söyləsinlər, 4 milyard il əvvələ aid qəti dəlillərlə təkamülçülərin qarşısına gəlmədən təkamülçülərin heç bir söylədiyini çürütmüş sayıla bilməzlər…” bəzi məntiqlərlə Yaradılış gerçəyini müdafiə edənləri çətin vəziyyətə saldıqlarını sanırlar.

Halbuki diqqət yetirilsə, bu cümlələrdə, təkamülçü zehniyyət baxımından çox böyük “geri addım”dan söhbət gedir. Təkamülçülər yaxın zamana qədər, “həyatın mənşəyini açıqladıq, növlərin mənşəyini izah etdik, təkamül konkret və mübahisəsiz bir gerçəkdir” tərzində danışırdılar. İndi isə “bəli, biz iddialarımızı əsaslandıra bilmirik, amma 4 milyard il əvvəli tam bilmək mümkün olmadığı üçün nəzəriyyələrimizi çürüdə bilməzsiniz” deyər hala gəlmişlər. “Çürüdə bilməzsiniz” dedikləri iddialar da, yuxarıda toxunduğumuz və “bəlkə də primitiv dünyada soyuq tələlər vardı, nə bilirsiniz” şəklindəki gülməli təsəllilərdir. Bu təsəllilər, təkamül nəzəriyyəsinin elmin kənarına çıxdığını, sanki bir “uno nağılı”na çevrildiyinin açıq göstəricisidir. Qaldı ki, bu təsəlliləri də çürütmək çox asandır.

Əlbəttə, heç kim 4 milyard il əvvəlki mühiti gözüylə görməmişdir. Ancaq elmi sahədə aparılan tədqiqatlar ilk yer atmosferinin xüsusiyyətləri ilə əlaqədar əhəmiyyətli məlumatlar əldə etmişdir. Primitiv atmosferin metan-ammonyak sıxlıqlı olmadığını, yəni həyata əlverişsiz olduğunu yuxarıda ifadə etdik. Bir başqa əhəmiyyətli mövzu, təkamülçülərin uzun zaman rədd etməyə çalışdıqları oksigen problemidir. Primitiv yer atmosferində Ümid Sayının iddia etdiyi kimi həyatın meydana gələ bilməsi üçün ozon təbəqəsinin qoruyuculuğu əsas şərtdir. Ozon təbəqəsi var olmadığı müddətcə dünya üzərindəki canlıların kosmosdan gələn kosmik, radioaktiv şüalara, ultrabənövşəyi şüalara məruz qalması mümkün deyil. Amma eyni zamanda bilirik ki, ozon təbəqəsini meydana gətirəcək miqdarda oksigenin olduğu bir mühitdə, təsadüfən meydana gəlmiş də olsa, kosmosdan yer üzünə enmiş də olsa, amin turşularının parçalanması qaçılmaz nəticədir. Yəni hər nə vəziyyətdə olursa olsun, ilk dünya şərtlərində təsadüfən canlıların meydana gəlməsi mümkün deyil. Bunlar bu gün elmin ortaya qoyduğu gerçəklərdir. Biz o mühitə şahid olsaq da olmasaq da, bu qanunların işlədiyini bilirik.

Bunlar ön mühakiməsiz hər insanın qavraya biləcəyi gerçəklərdir. Ancaq həyatlarını təkamül yalanını təsdiqləmə səyi içində keçirən şəxslər, bir tərəfdə elm imicinə sığınıb digər tərəfdə elmin ortaya qoyduğu bu gerçəklərə əhəmiyyət vermirlər.

 

Nəticə

Hörmətli yazıçıya və onunla eyni anlayışda olan təkamülçülərə baxsaq, atmosferdəki azot, karbon dioksid, hidrogen və su molekulları zaman içində təsadüfən dəyişərək; qüsursuz şəkildə rəngli və üçölçülü görə bilən, səs, dad, qoxu, istilik qəbul edə bilən, məsələn yediyi yeməyin dadını, qoxusunu, konsistensiyasını anlaya bilən, xatirələri olan və bunları xatırlayıb sevinən və kədərlənən, musiqi əsərləri bəstələyə bilən, dinlədiyi musiqi ilə rəqs edən sənətçiləri, elm adamlarını, mühəndisləri, professorları meydana gətirmişdir! Yəni, təkamülçü anlayışa görə, şüursuz atom birləşmələri düşünə bilməkdə, görə bilməkdə, qəbul edə bilməkdə, sənət əsərləri yarada bilməkdə, özlərini meydana gətirən atomların quruluşunu, kütləvi ağırlıqlarını araşdıra bilməkdədirlər! Təkamülçülər bütün bunların mümkün olduğuna inanırlar. Ağılına və vicdanına uyan insan isə, bunların axmaqlığını asanlıqla görər. Çünki o bilir ki, kainatdakı canlı-cansız bütün varlıqları Allah çox böyük elm və sənətlə yaratmışdır.