“Hürriyet” qəzetinin internet saytında, 27 iyul 2004-cü il tarixli “Mədəni təkamül heyvanlarda mümkündürmü?” başlıqlı xəbər nəşr olundu. Yazıda, “Science” jurnalında nəşr olunan və heyvanların bir-birlərini təqlid yoluyla öyrənmələrini mövzu alan bir çalışma1 yayımlanırdı. Haqqında danışılan çalışma təkamül nəzəriyyəsinə heç bir elmi dəstək vermirdi. Ancaq “Hürriyet” xəbərində çalışmanın təkamül nəzəriyyəsinə dəstək verdiyi kimi həqiqətdən kənar təəssürat yaradılırdı. Aşağıda, bu çalışmanın təkamül nəzəriyyəsinə niyə dəstək ola bilməyəcəyi qısaca izah edilməkdədir.
“Science” jurnalında nəşr olunan çalışma, heyvanların davranışlarını “İctimai məlumat (Public Information)” baxımından ələ almaqdadır. Buna görə heyvanlar, hansı fərdlə uyğunlaşacaqları və ya nə yeməkləri haqqındakı qərarlarında, digər fərdləri izləyərək seçim etməkdədir. İctimai məlumat, bir populyasiyadakı fərdlərin müvəffəqiyyətli davranışlarının digərləri tərəfindən izlənilə bilər olması sayəsində yayılmaqdadır. Məsələn, bəslənmə və ya yuva qurma ilə əlaqədar müvəffəqiyyətli seçimlər edən fərdlər, fərqində olmadan digər fərdlərə nümunə meydana gətirməkdədir. Digərləri də bu müsbət davranışları təqlid edərək bunların gətirisindən faydalanmaqdadırlar. Beləcə ictimai məlumatdan faydalanan fərdlər, bu müvəffəqiyyətli davranışları öyrənmədə alternativ üsul olan sınaq-yanılmanın yükləyəcəyi enerji sərfindən xilas olmuş olmaqdadırlar. Məsələn Norveç siçanları bir-birlərinin nəfəsini iyləyərək önlərindəki yeməklərin hansının ən ləzzətli olduğunu anlaya bilməkdədirlər.
“Hürriyetim.com.tr”-də bu çalışmanın “heyvanların təkamülünə” dəlil kimi təqdim edildiyi və bunun Darvinçi təkamül modelini dəstəklədiyi kimi təəssürat yaradıldığı görülməkdədir. Gerçəkdə bu təəssürat, tamamilə süni və yanıldıcı darvinizm təbliğatından ibarətdir.
Bu çalışma, növlərin başqa növlərdən varisliklə dəyişərək ortaya çıxdıqlarını iddia edən Darvinçi təkamül nəzəriyyəsinə heç bir dəstək vermir. Təkamülçülər arasında qəbul görən bioloji təkamül nəzəriyyəsi (Müasir sintez ya da neo-darvinist nəzəriyyə), canlıların, DNT-lərindəki təsadüfi dəyişikliklərin təbii seleksiya tərəfindən seçilməsiylə təkamülləşdiklərini iddia etməkdədir.[*]
“Hürriyetim.com.tr”-da verilən nümunələrdə, canlılar arasında təcrübə transferi və buna bağlı olaraq müəyyən davranışların populyasiyada yerləşməsindən söhbət gedir. Bu vəziyyət isə darvinçi təkamül nəzəriyyəsindən tamamilə müstəqildir. Çünki darvinçi təkamülün sözdə infrastrukturunu meydana gətirən genetik mutasiyalar, bir populyasiyada müəyyən davranışların yerləşməsindən müstəqildir. Məsələn, Norveç siçanı hansı yeməyi seçirsə seçsin, hansı yemək növü əsas qida maddəsi olursa olsun, bu vəziyyət onun DNT-sinə təsir etməz, genlərə yeni genetik məlumat əlavə edərək onu başqa canlılara təkamülləşdirməz. Bəzi siçan populyasiyaları müəyyən bir yeməyi seçərkən digərləri başqa yeməkləri seçim edə bilər amma siçanlar daim siçan qalacaq, başqa canlılara çevrilməyəcək.
“Hürriyet” qəzeti səlahiyyətlilərini, təkamül nəzəriyyəsinin elmi tapıntılar qarşısındakı etibarsızlığını qəbul etməyə dəvət edir və özlərinə təkamül təbliğatına son verməyə çağırırıq.
[*] Bu mexanizmlərin canlıları təkamülləşdirici heç bir rolu yoxdur. Bu mövzuda baxın. http://www.darwinizminsonu.com/mekanizmalar.html
1) Danchin et.al, “Public Information: From Nosy Neighbors to Cultural Evolution”, “Science”, nömrə 305, sayı 5683, səh. 487-491 , 23 iyul 2004