10 fevral 2001-ci il tarixli “Hürriyet” qəzetində, “Taleyə genetik nizam” başlıqlı xəbər nəşr olundu. Yaradılış gerçəyinə və taleyə qarşı çıxmaq, bir tərəfdən də təkamül təbliğatı etmək məqsədiylə hazırlandığı açıqca müəyyən olan bu xəbərlə əlaqədar bəzi xüsusları ictimaiyyətin məlumatına təqdim etmə gərəyi hiss edirik.
Xəbər, önümüzdəki 30 il içərisində insanların genetik strukturlarının təsbit edilə biləcəyi, bu sayədə hər kəsə xüsusi dərman istehsal oluna biləcəyi, genetik pozuqluqların aradan qaldırıla biləcəyi mövzusunda İnsan genomu proyektinin memarlarından Francis Collinsin etdiyi şərhlərə əsaslanılaraq hazırlanmışdır.
İnsan genomu proyekti, həqiqətən də, insanlıq üçün böyük ümidlər daşımaqdadır. Bu sayədə bir çox xəstəliyə çarə olması gözlənilməkdədir. Ancaq, bu inkişafın tale gerçəyinə müxalif heç bir istiqaməti yoxdur. Bu, bəzi materialist görüşə sahib kütlələrin, heç cür tale mövzusunu qavraya bilməmələrindən ya da anlamazlıqdan gəlmələrindən qaynaqlanan bir yanılmadır. Bu səbəblə tale gerçəyinin nə olduğunu bir dəfə daha xatırlatmaq lazımdır.
Tale, Allahın keçmiş və gələcək bütün hadisələri tək bir an olaraq bilməsidir. Allah yaşanmamış hadisələrin də hamısını əvvəldən bilər. İnsanların əhəmiyyətli hissəsi, Allahın hələ yaşanmamış hadisələri əvvəldən necə bildiyi mövzusunu, yəni tale gerçəyini anlaya bilməzlər. Halbuki, insanın hələ qarşılaşmadığı bir hadisə onun üçün yaşanmamış hadisədir. “Nəticəsi bilinməyən” olaraq xarakterizə edilən bütün hadisələr yalnız bizim üçün “naməlum”dur. Sonsuz elmin sahibi olan Allah isə zamana və məkana bağlı deyil; onsuz da zamanı və məkanı yaradan Özüdür. Bu səbəblə Allah üçün keçmiş, gələcək və indi hamısı birdir. Allah qatında bizim indi yaşamaqda olduğumuz və irəlidə yaşanacaq olan hər şey olub bitmişdir. Bütün insanlar Allahın özləri üçün yaratdığı taleyə, zamanı gəldiyində şahid olarlar.
Film kadrlarını əlinə alan bir insanın filmin əvvəlini, sonunu, arada baş verən hadisələri bir bütün olaraq, tək bir anda görə bilməsi kimi Allah yaratmış olduğu bütün insanlarla əlaqədar hər şeydən xəbərdardır. Hər şeyi tək bir an olaraq bilən Allah, bu tək bir anda yəni sonsuz kiçik zamanda sonsuzluğu yəni sonsuz böyük zamanı yaradaraq gücünün sərhədsizliyini bizə göstərməkdədir.
Gerçəkdə, Allah bütün hadisələri əvvəldən bilməkdədir, çünki bütün bunları yaradan onsuz da Allahdır. Allah gəlmiş-keçmiş bütün insanların həyatlarını bütün detallarıyla birlikdə, daha o insan dünyaya gəlmədən əvvəl təyin edər. Hər insan və hər hadisə üçün bu vəziyyət etibarlıdır. Heç kimin Allahın özü üçün yaratdığı taleyə müdaxilə etməsi, hadisələrin axışında hər hansı dəyişiklik etməsi mümkün deyil. Məsələn, “Hürriyet”dəki xəbəri yazan adamın taleyində bu xəbəri hazırlamaq, belə böyük yanılma içində olmaq, və taleyə tabe olmasına baxmayaraq, heç cür tale gerçəyini anlaya bilməmək vardır. Bu adam onu Allah diləmədikcə dəyişdirə bilməz.
Genom proyekti nümunəsini düşünsək: Allah hər insanı müəyyən bir ömür ilə yaratmışdır və hər insanın ölüm anı Allah qatında yer, zaman və şəkil olaraq da müəyyəndir. Məsələn, bir insanın tutulduğu xəstəlik o insanın taleyində, özü doğulmadan milyardlarla il əvvəlində müəyyəndir. O xəstəlikdən xilas olub ya da xilas olmayacağı da, Allah taleyində təyin etmişdir. Hətta sağalmasına vəsilə olacaq olan həkimlər, tibb bacıları, xəstəxana, dərmanlayar, müalicə üsullarına taledə Allah qatında əvvəldən yazılmışdır. Bu səbəbdən, əgər bir insan sağalsa, bu, onun taleyini məğlub etdiyi, taleyini idarəsi altına aldığı mənasını verməz. O insan, taleyində sağalmaq yazılı olduğu üçün sağalmışdır.
Əgər gələcəkdə bir gün, bir insanın həyat genlərinə edilən doğru müdaxilələrlə uzadılsa, bu hadisə də həmin adamın öz taleyini dəyişdiyi mənasını verməz. Bunun mənası budur: Allah bu insanı uzun ömürlə yaratmışdır və gen xəritəsinin çıxardılmış olmasını da bu insanın ömrünün uzun olmasına vəsilə etmişdir. Gen xəritəsinin olması da, bu adamın genlərlə əlaqədar texnoloji inkişafların yaşandığı dövrdə yaşaması da, yenə o insanın ömrünün tibbi imkanlarla uzadılması da onun taleyindədir; hamısı Allah qatında daha o insan dünyaya gəlmədən əvvəl müəyyəndir. Heç bir şey bu gerçəyi dəyişdirməyə güc çatdıra bilməz.
Eyni şəkildə bu proyekt çərçivəsində edilən görüşlər nəticəsində ölümcül xəstəliyi müalicə edilən insan da, yenə taleyini dəyişdirməmişdir. Çünki bu insanın taleyində, keçirdiyi xəstəlikdən bu proyektin vəsiləsi ilə xilas olmaq vardır. Ya da ürəyi dayanan və həkiminin ürək masajı ilə təkrar həyata dönən bir insan taleyini məğlub etməz, həkim də onun taleyinə qarşı mübarizə verməz. Xəstə də, həkim də taleyində olanı yaşayarlar. Ona ömrünü geri verən, həkimi buna vəsilə edən Allahdır. Allahın diləməsi xaricində yer üzündə tək bir yarpaq da yerə düşməz.
Nəticədə, insanın gen xəritəsinin çıxardılmış olması və insan oğlunun genetik proqrama müdaxilə edə biləcək imkanları əldə etməsi, Allahın yaratdığı taleyə qarşı gəlmək demək deyil. Əksinə, bu şəkildə insanlıq Allahın özləri üçün yaratdığı inkişafları izləməkdə, Allahın yaratdığı məlumatı kəşf etməkdə və istifadə etməkdədir.
Qısacası “taleyimi məğlub etdim”, “taleyimi dəyişdirdim”, “taleyə müdaxilə etdim” kimi ifadələr, tale gerçəyini bilməməyin gətirdiyi cəhalətdən qaynaqlanmaqdadır. Və bir insanın bu ifadələri istifadə edərək danışması da onun taleyində əvvəldən təyin olunmuşdur. İnsanın bu cümləni harada, nə vaxt, hansı şərtlər altında istifadə edəcəyi də Allah qatında təsbit edilmişdir. Allah hər şeydən xəbərdar olandır.
Allah, hər şeyin qatında bir kitabda yazılı olduğunu bildirmişdir. Bizlər, bu kitabda yazılı olanların eynisini, heç bir əskiklik və ya çoxluq olmadan yaşayarıq:
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid surəsi, 22)
“Hürriyet” qəzetinin hər fürsətdə Allah inancına, taleyə və dinə qarşı şərhlər ehtiva edən xəbərlər hazırlaması da bu qəzetin taleyindədir. Biz hər nə qədər hər dəfə bu xəbərlərdəki məntiqsizlikləri, ziddiyyətləri, elmə və ağla zidd nöqtələrini açıqlasaq da, bunları yalnız Allahın icazə verdiyi və dilədiyi şəxslər anlayar. İnsana düşən səmimiyyətlə Allahdan anlayış və qavrayış istəməkdir.