1980-ci illərin ikinci yarısında ABŞ-da təkamül nəzəriyyəsinə qarşı “ağıllı dizayn” adı verilən nəzəriyyə ortaya atıldı. Bu nəzəriyyə bütün canlıların, darvinizmin iddia etdiyi şəkildə təsadüflərlə deyil, “ağıllı dizayn” nəticəsində meydana gəldiklərini müdafiə etməkdədir.

Ancaq bu hərəkətin müdafiəçiləri, bütün canlıların Yaradıcısının aləmlərin Rəbbi olan Allah olduğunu açıqca dilə gətirməməkdədirlər.

 

Bu hərəkətin qabaqcıl adlarından Michael Behe “ağıllı dizayn”ın nə olduğunu açıqlayarkən, “ağıllı dizayn, dinə əsaslanan düşüncə deyil, amma dindar insanlar bu nəzəriyyədən öz müzakirələrində faydalana bilərlər” deməkdədir.

 

“Allah yaratmışdır” deməyib “ağıllı dizayn vardır” demək müsəlmanın istifadə edəcəyi üslub deyil!

Ölkəmizdə də “ağıllı dizayn nəzəriyyəsi”ni müdafiə edən şəxslər var. Ancaq bu şəxslərin diqqət çəkən bir xüsusiyyətləri vardır. Bunlar, bu nəzəriyyəni müdafiə edərkən bu hərəkətin Qərbli dəstəkçilərinin üslubunu təqlid etməyə çalışmaqda və Allahın adını xatırlamaqdan xüsusilə qaçmaqdadırlar.

Bütün kainatı, canlı və cansız varlıqları Allah yaratmışdır” demək yerinə izahlarında, “kainatda ağıllı dizayn vardır” şəklində bağlı ifadələrə müraciət etməkdədirlər. Bu tutumları, Allahın adını xatırlamaqdan məqsədli olaraq qaçındıqları qənaətini meydana gətirməkdədir.

Əlbəttə ki, müsəlman olmayanların, dinsizlərin, ya da bir sıra fəlsəfəçilərin bu cür üslub istifadə etmələrində yadırğanılacaq yön yoxdur.

Ancaq, “mən müsəlmanam” deyən bir kimsənin eyni üslubu istifadə etməsi qəbul edilə biləcək vəziyyət deyil. “Allah yaratdı” deməkdən həmişə qaçaraq, “bir güc yaratdı”, “ağıllı dizaynın əsəri” şəklində izahlardan istifadə etmək müsəlman bir kimsənin rəftarı və üslubu ola bilməz.

Çünki bu cür bir üslub, “Mən “Allah” demək istəmirəm, “bir güc var, ağıllı dizayn var” demək istəyirəm” mənasını verər ki, bunun da Qurana, İslama uyğun gələn heç bir yönü yoxdur.

“Hər şeyi Allah yaratdı”, “hər şey aləmlərin Rəbbi olan Allahın “OL!” deməsiylə oldu” deməkdən qaçaraq yalnız “kainatda ağıllı dizayn vardır” demək ancaq, Allahın varlığına həqiqətən iman etməmiş zehniyyətin məhsulu ola bilər.

Yoxsa, ibtidai məktəbdə oxuyan uşaq da bilir ki, səmanı, ceyranları, balıqları, quzuları, almanı, bananı, üzümü, portağalı yaradan Allahdır, “ağıllı dizayn” deyil.

“Ağıllı dizayn”, “ağıllı güc” ifadələriylə Allahın xaricində kim nəzərdə tutula bilər?

Allahın varlığı görməməzdən gələrək (Allahı tənzih edirik) qarşıya qoyulan “ağıllı dizayn” iddiası son dərəcə ağılsızca və məntiqsiz olaraq bir iddiadır.

Normal zəkaya sahib vicdanlı insan, bir az düşündüyündə, kainatda hazırlanmış kimi bir mükəmməllik varsa bunu yaradanın Allahdan başqası ola bilməyəcəyini anlayar.

Kainatdakı canlı-cansız bütün varlıqların Allahın sonsuz ağılının, elminin, gücünün, üstün yaratma sənətinin təcəlliləri olduğunu görər.

Bunun nəticəsində də, “ağıllı dizayn var”, “ağıllı güc var” deməz, “Allah vardır, Allah yaratmışdır” deyər.

Bilindiyi kimi, İslamiyyətdən əvvəl Məkkədəki müşriklər daşlardan və taxtalardan yonduqları heykəllərə Allahın sifətlərini yaraşdıraraq özlərinə bir sıra bütlər əldə etmişlər idi.

“Lat”, “Menat”, “Uzza”, və s. kimi müxtəlif adlarla adladırdıqları bu bütlərin güc sahibi olduqlarını, yaratdıqlarını, ruzi verdiklərini, qoruyub gözlədiklərini qarşıya qoymaqda, qısaca Allahın sifətlərini bu bütlərə isnad edərək Allaha şirk qoşmaqda idilər.

Eyni şəkildə bu gün edilmək istənən də, Allahın üstün sifətlərini “ağıllı dizayn” “ağıllı güc” kimi adlarla adlandırılan mücərrəd anlayışlara yükləyərək insanları Allah inancından uzaqlaşdırmaqdır. Bunun mənası isə “ağıllı dizayn” adı verilən bir büt əldə etməkdən başqa bir şey deyil.

 

Quranda müşriklərin bu tutumu haqqında belə buyurulmaqdadır:

 

Bu (bütlər isə,) sizin və atalarınızın adlandırdığınız adlardan başqası deyil. Allah, onlarla əlaqədar “heç bir dəlil” endirməmişdir. Onlar, yalnız zənnə və nəfslərinin heva olaraq arzu etdiklərinə yatırlar. Halbuki and olsun, onlara Rəblərindən yol göstərici gəlmişdir. (Nəcm Surəsi, 23)

 

Masonlar da eyni məntiqdə, əsərlərində kainatı “ümumi güc”ün, “bir şüur”un idarə etdiyini, lakin bundan nəzərdə tutduqlarının (haşa) qəti olaraq Allah olmadığını qarşıya qoyarlar.

Görüldüyü kimi “ağıllı dizayn” tərəfdarları da masonik izahlardakı məntiqin birə-bir eynisini müdafiə etməkdədirlər.

 

Allahın yaratmaq üçün dizayn etməyə ehtiyacı yoxdur

Bilinməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı “dizayn” etməyə ehtiyacı yoxdur. Allah bu cür nöqsanlardan münəzzəhdir.

Bəlkə, Allahın yaratmasındakı mükəmməllik, “hazırlanmış kimi bir mükəmməllik var” şəklində ifadə edilə bilər, o qədər…

Allahın, bir şeyin ya da bir işin olmasını dilədiyində, onun olması üçün yalnız “Ol!” deməsi kifayətdir.

Ayələrdə belə buyurulmaqdadır:

 

Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Yasin surəsi, 82)

 

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

 

“Ağıllı dizayn” izahları səmimi olaraq dinə meyl göstərən şəxsləri də mənfi istiqamətdə təsir edə bilər

Bura bir gerçəkdir ki 21-ci əsrdə bütün dünya, sürətlə materialist və ateist fikirləri tərk etməkdədir.

 

Təkamül nəzəriyyəsinin etibarsızlığının, bu nəzəriyyənin elm və ağıldan kənar olduğu gerçəyinin gündən günə daha çox başa düşülməsiylə insanlarda Allah inancına doğru səmimi yönəlmə yaşanmaqdadır.

Bunun ən təəccüblü nümunələrindən biri, bütün həyatını ateizmi müdafiə etməyə həsr etmiş olan məşhur elm adamı Anthoy Flewdir. Flew, keçdiyimiz aylarda onunla edilən reportajda ateizmi tərk etdiyini və artıq Allaha inandığını ifadə etmişdir.

Yenə bənzər şəkildə bir çox elm adamı, sənətçi və siyasətçi bəyanatlarında Qurana qarşı duyduqları əlaqəni və marağı açıqca dilə gətirməkdədirlər.

Vəziyyət belə ikən, “ağıllı dizayn” kimi səmimiyyətdən və İslami şüurdan uzaq izahların iman etmə meylində olan kəsləri də mənfi istiqamətdə təsir edəcəyi açıqdır. Bu cür gizli və bağlı izahlar dinə meyl göstərən insanların tərəddüd və ziddiyyətə düşməsinə, başlarının qarışmasına, zehinlərinin bulanmasına səbəb ola bilər.

 

“Ağıllı dizayn” şeytanın fərqli yalanıdır

Təkamül kimi batil iddianı rədd edərkən şeytanın yeni bir tələsinə düşməkdən şiddətlə qaçmaq lazımdır. Çünki şeytanın ən böyük məqsədlərindən biri hər nə şəkildə olursa olsun, Allahın adının xatırlanmasını maneə törətmək, insanları Allahın zikrindən üz çevirtməkdir.

Necə ki, şeytan təkamüllə aldada bilmədiyi insanları bu səfər də “ağıllı dizayn” kimi fərqli istiqamətə yönləndirərək yenə məqsədinə çatmış, insanları Allahın adını xatırlamaqdan uzaqlaşdırmış olacaq.

Şeytanın bu şəkildə haqq adına ortaya çıxıb insanların doğru yollarına oturaraq onları sapdırmasına Quranda belə diqqət çəkilməkdədir:

 

İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Əraf surəsi, 16-17)

 

Bilinməlidir ki, təkamül nəzəriyyəsinin çürüdülməsi və təsadüf məntiqinin etibarsızlığının ortaya qoyulması ağıllı dizaynı deyil Allahın varlığını, hər şeyin Allah tərəfindən yaradıldığını gözlər önünə sərər.

 

“Təkamül, yoxsa ağıllı dizayn vardır” demək təkamüldən sonra yeni bir saxta ilah etməkdən başqa bir şey deyil.

 

Müsəlmana yaraşan Quranda nümunə verilən peyğəmbərlərin və elçilərin yolunu mənimsəməsidir

Müsəlmanlar bu və ya başqa elm adamının, ya da elmi axının deyil, Quranda nümunə verilən peyğəmbərlərin və elçilərin yolunu izləməklə, bu mübarək şəxslərin üslubunu nümunə götürməklə mükəlləfdirlər.

Rəsulların hər dövrdə qövmlərinə təbliğ edərkən istifadə etdikləri üslub son dərəcə açıq, dəqiq, qərarlı və aydın olandır. Hamısı qövmlərinə Allahın varlığını və birliyini, Allahdan başqa ilah olmadığını, hər şeyi Allahın yaratdığını açıqca təbliğ etmiş, insanları yalnız Allaha qulluq etməyə dəvət etmişlər. Heç biri də təbliğ edərkən Allahın adını açıqca və cəsurca zikr etməkdən çəkinməmişdir.

Necə ki, Rəsulların bu xarakterlərinin təsvir edildiyi ayələrdən bəziləri belədir:

 

Həqiqətən, Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?” (Muminun surəsi, 23)

 

İbrahimi də xatırla! Bir zaman o öz qövmünə demişdi: “Allaha ibadət edin və Ondan qorxun! Heç bilirsinizmi bu sizin üçün nə qədər xeyirlidir? (Ənkəbut surəsi, 16-17)

 

Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı tanrılar yaxşıdır, yoxsa Tək olan, hər şeyə Qalib gələn Allah? Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir… (Yusuf surəsi, 39-40)

 

O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin! … (Şuəra surəsi, 161-164)

 

… (Şuayb) “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur… (Əraf surəsi, 85)

 

(İsa) “Şübhəsiz Allah, O, mənim də Rəbbim, sizin də Rəbbinizdir; bu halda Ona qulluq edin. Dümdüz yol budur. (Zuxruf Surəsi, 64)

 

Görüldüyü üzrə Quranda izah edilən peyğəmbərlərin heç birisi “dizayner”, “ağıllı dizayner” və ya bənzəri anlayışlardan nəinki istifadə etmək, işarə də etməməkdədir. Rəsulların hər biri açıqca Allahın Uca adını zikr edərək cəsurca Allahın hökmünü bəyan etməkdədir.

Quranın və sevimli peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ın yolunu mənimsəyən hər müsəlman da, Rəsulların bu üstün əxlaqını, nümunə rəftar və üslubunu özünə rəhbər etməklə məsuldurlar.