Header

“Animal Planet” – Vəhşi dünyanın çempionları: Böcəklər

Aa4a

Böcəklərin izah edildiyi sənədli filmdə bu təkamülçü izaha yer verildi:

“Yarasalar və quşlar barmaq cütünü qanadlara çevirmişlər. Ancaq böcəklərin qanadları özbaşına çıxmışdır və çox möhkəmdir”.

Hər iki iddia da səhvdir. Sırayla araşdıraq.

Böcəklərin qanadlarının özbaşına inkişaf etdiyi iddiası “Animal Planet”in böyük yanılmasına işarə etməkdədir. Çünki “Animal Planet” böcəklərin birdən ortaya çıxdıqlarını və yüz milyonlarla ildə heç bir dəyişikliyə məruz qalmaqdıqlarını eyni proqramda qəbul etməkdədir. “Animal Planet” bu mövzuda aşağıdakı ifadələrə yer verməkdədir:

“Böcəklərin yer üzündə yaranması digər osminoqlarla birlikdə 350 milyon il əvvəlinə rast gələr… Qədim uçan böcəklər, HARADAN GƏLDİKLƏRİ BİLİNMİRMİŞ KİMİ BİRDƏN FOSİLLƏRİN ARASINDAN ÇIXIRLAR. Və milyonlarla il əvvəl necə görünürlərsə BU GÜN DƏ EYNİDİRLƏR”.

Görüldüyü kimi “Animal Planet”, birdən, yəni “təkamülsüz” ortaya çıxan və yüz milyonlarla il “təkamülsüzlük” göstərən böcəkləri yenə də təkamüllə birləşdirə bilməkdədir! Təkamülü açıqca çürüdən elmi gerçəkləri bir “təkamül dəlili” kimi qəbul etmək və təqdim etmək, darvinistlərə xas qəribə “məntiq icra etmə sistemi”dir!

Yarasa və quşlar haqqındakı iddia da eyni doqmatik yanaşmanın məhsuludur. Quşların və yarasaların mənşəyi təkamül nəzəriyyəsinin əhəmiyyətli çıxılmaz vəziyyətlərindən birini meydana gətirməkdədir. Quşların qanadlarının, xüsusi ağciyər strukturlarının sadələşdirilə bilməz quruluşda olması bu canlıların mərhələlərlə ortaya çıxdığı iddiasını qəti olaraq etibarsız etməkdədir. Necə ki, bilinən ən qədim quş olan Arxeopteriks, günümüz quşlarıyla eyni xüsusiyyətlərə malikdir; xüsusi quş quruluşuyla birdən ortaya çıxmışdır.

Yarasalar da fosil qeydlərində birdən ortaya çıxarlar. Əlli milyon illik ilk yarasa fosillərinin günümüzdəki nümunələrindən fərqsiz olması, yarasaların təkamülü iddiasının da bir xəyaldan ibarət olduğunu göstərməkdədir. Həm də yarasa sonarı kimi kompleks quruluşa bu qalıqlarda da rast gəlinmişdir. Bu qədər kompleks strukturların ən qədim yarasa nümunələrində də olması “Animal Planet”in təkamül iddialarını açıqca yalanlamaqdadır. (Baxın: “Həyatın Gerçək Mənşəyi”, Harun Yəhya, İstanbul 2000)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313