Bu sənədli filmdə üç fərqli meymunun qabiliyyətləri izah edilir və bəzi ağıllı davranışları ilə insan zəkası arasında bənzərliklər qurulmağa çalışılır. Aparıcısı məşhur ateist və darvinist olan Oksford Universitetinin məzunu və psixoloq Susan Bləkmorun olduğu proqram yanlışlıqlarla doludur.
“National Geographic TV” ekranlarında 4 aprel 2003-cü il günü, “The Cleverest Ape in the World (Dünyadakı ən ağıllı meymun)” başlıqlı sənədli film yayımlandı.
Sənədli film, kanalın son günlərdə təkan verdiyi meymun mərkəzli təkamül təbliğatının əsaslarından birini təşkil edirdi.
Anladılan meymunlardan ilki, ABŞ-dakı Ohio Universiteti araşdırma laboratoriyasında olan Şiba adlı şimpanzedir. Baxıcısı, onları ziyarətə gələn Bləkmora xüsusi bir otaqda Sibanın bəzi qabiliyyətlərini göstərir. İçində müxtəlif oyuncaqlar olan otağın Şiba üçün oyun otağı olaraq təşkil edildiyi aydın olur. Otağın ortasında kiçik maketin olduğu görünür. Model, əslində otaq modelidir. Otaqda olan hər şey maket içində miniatür olaraq yerləşdirilmişdir. Otaqda yerdə tərs vəziyyətdə dayanan böyük qırmızı vedrə də, bu otaq maketi içində miniatür surətiylə yerləşdirilmişdir. Baxıcısı Şibanı otaq maketinin qarşısına gətirir və maket içindəki şanın içinə, Şibanın da görəcəyi şəkildə, kiçik bir cisim yerləşdirir. Şibaya maket içində vedrəni təkrar-təkrar göstərir, sonra “tap onu Şiba” əmriylə maketdə yeri göstərdiyi cismi otaqda tapmasını istəyir. Şiba da maketin onsuz da tam yanında dayanan şanın yanına keçər və onu qaldıraraq altındakı obyekti tapır.
Bləkmorun ifadələrindən, Şibanın bu müvəffəqiyyətini heyrətlə qarşıladığı aydın olur:
“Meşədə yaşayan və davamlı ağaclara dırmaşan heyvanın üç ölçülü təsviri dərhal qəbul edəcəyini düşünürsünüz. Amma onun bunu kiçik maketdə istifadə qabiliyyəti ağıl tələb edir. Düzü, onun bunu bu qədər asan etməsini gözləmirdim və etdi!”.
Halbuki Şiba, Bləkmorun ifadə etdiyi kimi meşədə yaşayan və davamlı ağaclara dırmaşan bir heyvan deyil. Təbii həyatı heç tanımayan Şiba zooparkında doğulmuş və sonra laboratoriyaya alınmış meymundur. Əgər təbiətdə yaşayan şimpanzenin, laboratoriyada edilən belə sınağın hələ ilkində bunu bacardığı göstərilsəydi, bəlkə, bu, təəccüblü olardı. (Amma yenə də “National Geographic”in eyham etdiyi kimi təkamülə dəlil olmazdı.) Bləkmorun izahları bu davranışın müvəffəqiyyətini şişirtdiyini göstərir.
Əslində bu cür aksiyalar böyük ölçüdə aldadıcı ola bilər. Çünki ekran başındakı tamaşaçılar Şibanın bu davranışına ilk dəfə şahid olurlar . Buna görə bir insan, Şibanın ilk dəfə qarşılaşdığı bir vəziyyət qarşısında mühakimə, yəni mücərrəd düşüncə qabiliyyəti sayəsində həll etdiyi zənninə qapıla bilər. Halbuki bu davranış mükafat-cəza sisteminə əsaslanan bir müddət sonra da ortaya çıxır. Şanın altına obyektin yanında bir bananın qoyulması vəziyyətində bu davranışın vərdiş halına gəlməsi də çox asandır. Oyun otağı və maketinin varlığı da bu sınaqların daha əvvəl dəfələrlə edildiyinin göstərir.
Ancaq Şibanın belə bir vəziyyətlə ilk dəfə qarşılaşdığı və problemi həll etdiyi göstərilsə belə bu davranışından darvinizmə yəni insan ilə meymun arasında qohumluq olduğu iddiasına çıxarılacaq pay həqiqi olmazdı. Digər canlılar bənzər qabiliyyətlərə malikdir. Məsələn, Nyu Kaledonia adasında yaşayan bir qarğa növünün təbiətdə daha əvvəl heç qarşılaşmadığı vəsaitlərdən müəyyən məqsədlə istifadə etdiyi məlumdur. Beti adlı qarğa laboratoriyada tapdığı incə bir teli, dərin bir qabın dibindəki yeməyə daxil olmaq üçün xüsusi çəngəl şəklinə salmış, bundan istifadə edərək yemək yeməyi bacarmışdır. Üstəlik on sınaqdan doqquzunda bunu təkrarlayaraq təsadüf ehtimalını aradan qaldırmışdır. Bu hadisə şimpanzelərin ağıllı davranışlarını guya insan təkamülünə dəlil göstərən darvinistlər tərəfindən açıqlanmayan vəziyyət ortaya çıxarır. Xəyali təkamül ağacında insana şimpanzenin daha uzaq canlı, hər hansı şimpanzenin göstərəcəyi qədər ağıllı davranış ortaya qoymuşdur. BBC-nin məlumatına görə, “Beti bizim yaxın qohumlarımızı utandırırdı”. Əlbəttə, heç kim çıxıb mükəmməl şəkildə alətlər etdiyi üçün qarğa Betinin insanın qohumu olduğunu deməmişdir.
Sənədli filmdə bəhs olunan ikinci meymun isə Şantek adlı oranqutandır. Şantek iyirmi il ərzində birlikdə olduğu baxıcısıyla işarə dili istifadə edərək xəbərləşə bilir. Müəyyən obyektlər üçün müəyyən işarələr düzəldən, müəyyən sualları müəyyən işarələrlə soruşan baxıcısına Şantek də bəzi işarələrlə cavab verə bilir. O, “Simon deyir ki” oyununu baxıcısı ilə oynaya bilir. Baxıcısı melodik şəkildə söylədiyi mahnıda, “simon deyir ki” nəqarətilə Şantekdən bəzi davranışlar etməsini istəyir. Növbə ilə “Simon deyir ki: başını tut, ayaqlarını yerə vur, alqışla” kimi melodiyalar söyləyərək Şantek də sırası gəlincə başını tutur, ayaqlarını yerə vurur və alqışlayır. Ancaq baxıcısı artıq edilən hərəkətləri göstərir. Yəni Şantek, “başını tut” sözlərinin mənasını bilmir. Başını tutaraq başını tut deyən baxıcısını görür və onu təqlid edir. Baxıcısından meyvə alaraq mükafatlandırılır. Meymunların qarşısındakını təqlid etmək bacarığı əsrlər boyu bilinir. Şantek də uzun illər ərzində və çoxlu sayda banan qarşılığında baxıcısına müəyyən obyektləri müəyyən şəkillərdə ifadə etməyi öyrənmişdir.
“National Geographic” şərhçisi Bləkmor isə Şantek işarə etdikcə heyrətlə qışqırmaqda və tamaşaçılara Şantek sanki danışır kimi təəssürat verir. Bləkmor Şantekin yanından ayrılarkən bunları söyləyir:
“İnsan oranqutanla danışma fürsətini hər gün qazanmır. Üzgünəm, ayrılıram.”
Darvinizm təbliğatına alət edilən üçüncü meymun isə “Ay” adını daşıyır. Ay, Yaponiyada araşdırma təşkilatında saxlanılır və rəqəm təyin etmə və sıralama qabiliyyəti araşdırmalarında istifadə edilir. Nömrələr ilk olaraq Aya təqdim edildi və 0-dan 9-a qədər nömrələr öyrədildi. Məsələn, altı ədəd verilmiş və altı ədəd göstərilmişdir. Sənədli filmdə, araşdırmaçılar Aya kompüter ekranında bir anda çıxan rəqəm qruplarını göstərirlər. 4-lük və 5-lik qruplar halında və ekrana kompleks şəkildə paylanmış rəqəmlər toxunduqları anda ortadan qalxırlar. Ay da onları kiçikdən böyüklərə toxunaraq onları söndürür. Ay yaxşı vəziyyətdədir. Lakin bu, uzun bir təlim kursu ilə həyata keçirildi. Yəni nə Şiba, nə Şantek nə də Ay, zehin gücünə, yəni düşünmə qabiliyyətinə sahib deyildirlər. Etdikləri hər nə qədər kompleks görünsə də uzun illər ərzində mükafat cəza və təqlid üsullarıyla qazandıqları qabiliyyətlərdir. Həmçinin Qarğa Beti nümunəsində göstərdiyimiz kimi, daha əvvəl heç qarşılaşmayan bir problem həll edilsə də, bu vəziyyət şimpanzelərin insana qohum olduğunu göstərməz.
Ancaq “National Geographic TV” bu həqiqəti qəbul etməyərək meymun davranışları haqqında bu darvinist şərhləri edərək proqramı bağlayır:
“Ən yaxın qohumlarımız olduğu üçün şimpanzelər üzərində aparılan araşdırmalar sayəsində, insanların xüsusi və ayrı bir növ olmadığına, üstəlik keçmişdə ortaq əcdadları paylaşdığmıza, zəka haqqında danışılan olduğunda belə çox ortaq nöqtəmiz olduğuna, onlarla çox şeyi paylaştığımıza razı oluruq.”
Göründüyü kimi “National Geographic TV”, təkamül nəzəriyyəsinə heç bir dəlil təmin etmədiyi halda bu meymun davranışlarını göstərməkdə və bunlar vasitəsilə darvinizm propaqandası edirlər. Lakin bu təbliğat əsassızdır. Çünki əvvəldə də ifadə etdiyimiz kimi, həm meymunların zəkası qəsdən şişirdilir, həm də heyvanlar aləmində onlardan daha ağıllı davranışlar göstərən (məsələn, bal arıları, delfinlər, termitlər kimi) və insanla arasında heç bir təkamül əlaqəsi qurulamayan canlılar vardır. Təkamülçülər, yalnız nəzəriyyəyə görə ehtiyac duyduqları məlumatları alır, ön plana çıxarır və yanlış şərhlər edirlər. İnsanların quşlarla təkamül qohumluğu olduğuna inanan birisi də, tutuquşularla insanlar arasındakı “dil bənzərliyinə” diqqət çəkərək bənzər yorumlar edə bilər. Bu necə elmdən kənar və səthi hekayədirsə, “National Geographic”in meymun hekayələri də elmdən kənar və səthidir.
“National Geographic”in heç cür anlaya bilmədiyi həqiqət isə yaradılışdır: Allah insan və şimpanzenin və digər bütün canlıları ayrı-ayrı yaratmış, yalnız insana Ruhundan üfləmişdir. Şimpanze və ya bir başqa heyvan davranışının insanla müqayisə edilməməsi də bundandır. İnsan ağıl və ruh sahibi varlıq olaraq bütün canlılardan üstün və fərqlidir.