materyalizm darwinizm ile ilgili görsel sonucu

Bu gün yer üzündə din əleyhinə ən böyük fitnələrdən biri materializm və materializmdən törəyən müxtəlif ideologiya və cərəyanlardır. Bütün bu cərəyanları əhatə edən, hamısının guya elmi çıxış və dayaq nöqtəsi olan düşüncə isə darvinizmdir. Darvinizm, ortaya atıldığı tarixdən etibarən materialist və din əleyhdarı ideologiya və cərəyanların təməli halına gəlmiş, bu ideologiyaları müdafiə edənlər tərəfindən sanki bir din halına gətirilmişdir. Darvinizmin, Axırzamanda dəccalın dini halına gətiriləcəyini böyük İslam alimi Bədiüzzaman Səid Nursi də bu şərhi ilə diqqət çəkmişdir:

“Təbiətçilik və materializm fəlsəfəsindən çıxan Nəmrudanə bir axın, Axırzamanda fəlsəfə vasitəsilə getdikcə yayılaraq qüvvə tapar, ilahlıq iddia edəcək bir dərəcəyə çıxar. 1

Tam da Bədiüzzamanın “təbiətçilik və materializm fəlsəfəsindən çıxan Nəmrudanə bir axın” şəklində ifadə etdiyi kimi, darvinizm, təbiətə müstəqil bir güc ətf edən, bütün canlıların təsadüflərin əsəri olduğunu, yaradılmadığını iddia edən, insanları Allaha imandan uzaqlaşdırmağa çalışan bir təlimdir. “Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi” adlı, Peyğəmbərimizin hədislərinin bir araya gətirildiyi və hədislərin izahlarının yer aldığı kitabda isə bu mövzu belə şərh olunmuşdur:

“Dəccalın yol açdığı Axırzaman fitnəsinin ən bariz və ən mühüm xüsusiyyəti dinə qarşı olmasıdır. Axırzamanda ortaya çıxacaq bir qisim humanist görüşlər və dəyərlər, dinin yerini almağa çalışacaq. Bu yeni din, insan üstündə mövcud hər növ İlahi hakimiyyəti qaldırmaq üçün inkarı özünə təməl alır … Təməl ilahı maddə və insan olan dindən kənar bir dindir. ” 2

Darvinistlər, təkamül nəzəriyyəsini həmişə elm olaraq göstərməyə cəhd etmişlər. Canlıların cansız maddələrdən əmələ gəldiyini və təkamül keçirərək inkişaf etdiyini, bütün canlı növlərinin bir-birlərindən mərhələlərlə törədiyini iddia edərlər. Ancaq darvinizm, bu iddianın heç bir mərhələsini sübut edə bilməmiş, buna baxmayaraq elmi olaraq təqdim edilməyə davam edilmiş inanc sistemidir. Darvinizmə görə, bu xəyali inkişafın ən böyük xəyali mexanizmi “təsadüflərdir”. Təsadüflər darvinizmin saxta ilahıdır. Darvinistlərə görə bu saxta ilah qeyri-mümkünü reallaşdırma gücünə malikdir. Bu saxta ilah; darvinistlərə görə, bir parça palçıqlı sudan canlı hüceyrə meydana gətirir, balığı pələngə çevirir, ayılardan balinaları meydana gətirib onlarda heç yoxdan ağciyərlər meydana gətirir. Bu saxta ilah darvinistlərə görə, insanı meymundan törəyən bir canlı olaraq hesab edir, insana ağıl, yaddaş, qabiliyyət kimi bacarıqlar verir, yer üzündə heç bir şəkildə təqlidi edilə bilməyəcək insan şüurunu yoxdan var edir. Elə ki, təsadüflər bütün bunları xəyali bir şəkildə edərkən hər necəsə sanki idarəli, planlı, ağıllı davranır, səhv etmir, üstəlik lazım olan vəziyyətlərdə dərhal tədbir görür. Darvinin təkamül nəzəriyyəsinə görə təsadüflər ağıllı və idarəli saxta yaradıcı hökmündədirlər.

Təsadüfləri büt etmiş olan bu batil nəzəriyyə, bu məntiqsiz iddiaları hər necəsə demoqoqluq və saxtakarlıqlarla kütlələrə hakim ola bilmişdir. Məhz bunun səbəbi dəccaldır. Dəccalı izah edən bir çox hədisdə müxtəlif bənzətmələrlə təsvir edilən xüsusiyyətlər, bir ideologiyanın xüsusiyyətləri olaraq qiymətləndirildiyində dəqiqlik qazanır. Buna görə məntiqsiz və əsassız iddialarla ortaya çıxan, insanları inkara sürükləyən, din əxlaqından uzaqlaşdıran, insanlar arasında fitnə və qarışıqlıq çıxmasını təmin edən hər cür ideologiya və düşüncə sistemi, dəccalı təmsil edir. Darvinizm, bu dəccal sisteminə uyan başlıca ideologiyadır. Uca Rəbbimiz Allah bir ayəsində dəccalın azğın sisteminə uyanları bu şəkildə təsvir edir:

Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər. (Qamər surəsi, 47)

1 İsmail Mutlu, Bediüzzaman”ın Yorumları, Işığında Kıyamet Alametleri, Mutlu Nəşriyyat, İstanbul, 1996, s.117

2 Kütüb-i Sitte Muhtasarı, Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 13-cü Cild, Ankara, 1992, s.457-458