Ötən həftələrdə bir çox yerdə Homo Naledi adı verilən fosilin insanın əcdadı olduğunu iddia edən xəbərlər yer aldı. Çəkilən portretlər, yazılan hekayələr onun yarı-insan, yarı-meymun olduğu iddiasını zehinlərə yerləşdirməyi düşünürdü. Bəs insani kimi təqdim edilən bu fosil həqiqətdə nədir, bu iddiaların elmi əsasları varmı?

Bu yazımızda meymun sümüklərinin darvinistlər tərəfindən necə təbliğat materialı edildiyinə təkrarən şahid olacağıq.

 

TƏKAMÜL NAĞILINDA BİTMƏYƏN “ƏCDAD” PROBLEMİ

Homo Naledi, Cənubi Afrikada bir mağaranın dərinliyində tapılmış dağınıq haldakı 1550 sümük parçasından seçilərək bir araya gətirilən skeletdir. Uşaq və yeniyetmə olmaqla, 15 ayrı insana aid olduğu düşünülən irili-xırdalı sümüklər anatomik olaraq məntiqli şəkildə düzülməyə çalışılmışdır. Ortaya insan ilə meymun arası xüsusiyyətlərə malik mozaik canlı çıxarılmışdır. Əldə tam bir kəllə sümüyü olmamasına baxmayaraq, 4 natamam kəllə sümüyündən yola çıxaraq, bir-birinə dəymədən, havada duran hissələrdən ibarət yığma halqa təqdim olunmuşdur.

Belə kəllə sümüyünün daşıyacağı beyin tutumu 560-465 cc ola biləcəyi hesablanmışdır. Portağaldan bir az böyük olan bu həcm, şimpanze beyni ilə uyğunlaşır. Yaradılan kəllə sümüyünün üzünün alt hissəsi maili olub, bu xüsusiyyət də şimpanzelərlə uyğundur. İnsanlarda tipik olaraq görülən kənara doğru qabarıq burun sümüyü də yoxdur. Bütün bunlara baxmayaraq çalışmanı idarə edən Li Berqer, bu kəllənin insanla meymun arası, insanın əcdadı, “yeni” bir növə aid olduğunu irəli sürmüşdür.

 

BİR ŞEMPANZENİ MƏCBURƏN İNSANA BƏNZƏTMƏYƏ ÇALIŞMAQ

Araşdırmanın başında duran Li Berqerin də etiraf etdiyi kimi, bu fosillər məlum olan insan irqi ilə uyğun gəlmir. Bu da darvinist elm adamlarının qalıqları dərhal “yeni növ” kimi adlandırmasına yol açmışdır. Berqerin iddiasına görə bu sözdə yeni növ Australopithecuslar ilə insan arasındakı boşluğu dolduran ara insanı (homo) növüdür. Ancaq bu şərhin birtərəfli və qərəzli olduğu sümüklər araşdırılarkən aydın olur.

Yaradılan bu toplama skelet bütün xüsusiyyətləri ilə, şimpanzeyə bənzəyir. Çiyin oynaqları və maili barmaq sümükləri budaqlardan sallanan meymunlarla eynidir. Geniş bud sümükləri və aşağı doğru genişlənən döş qəfəsi isə australopithecus meymunlarına xasdır. Hər nə qədər insanın ayağına bənzədiyi iddia edilsə də, ayaq sümükləri insandan fərqli olaraq, aşağı bir qövsə malik olub, istiqamətinin də fərqli olduğu yenə eyni qrup tərəfindən qəbul edilir.

Darvinistlərə görə, australopictheus afarensis sözdə təkamül ağacında ilk əcdad qəbul edilməsinə baxmayaraq, baş barmaqlarının müasir şimpanze və meymunlardan daha uzun olduğu müəyyən olmuşdur. Bu xüsusiyyət təkamül iddiasının tamamilə əksinədir. Homo Naledinin baş barmağı isə australopithecus afarensisdən bir az daha uzundur. Bu da xəyali təkamül ağacını çürüdən tapıntıdır. Bu halda insanın barmağına heç oxşamamaqla bərabər, xəyali təkamül soy ağacında insani olaraq təbir edilən növlərdən də olduqca fərqlidir.

Homo Naledinin əli heç bir şəkildə insan əlinə bənzəmir, maili barmaq sümükləri və digər meymunabənzər xüsusiyyətləri ilə birlikdə canlının budaqdan-budağa sıçrayan meymun olduğunu bizə göstərir. Bu əl quruluşunun hər hansı aləti qavrayıb istifadə etməsi isə qeyri-mümkündür. Bununla bərabər, sümüklərin tapıldığı mağarada insan mədəniyyətinə dair hər hansı alət və ya əşya da tapılmamışdır.

Dinaledi mağarasında tapılan dişlər insan dişlərinə heç bənzəmir. Bu dişlər australopithecus seriyası meymunlarda görülən dişlərdən isə daha kiçikdir. Bu vəziyyət, meymun növləri arasında variasiya ilə izah edilə bilər, amma insana bənzərliyi yoxdur.

 

NALEDİNİN YAŞ PROBLEMİ

Bir canlının yaşını təyin etmək üçün arxeologiyada bir çox tarixləndirmə üsulu istifadə edilə bilər. Halbuki, Dinaledi mağarasındakı sümüklərin yaş təyininə dair təşəbbüs hələ tapılmamışdır. Dolayısı ilə, burada danışılan hekayə elmi dəlillərə deyil, insanın xəyali təkamül prosesində müxtəlif insana bənzər canlılar yaşamış ola biləcəyi qərəzinə əsaslanır. Berqerə görə, bu sümüklər 2-2,5 milyon il öncəsi zamana “yaxşı yaraşır”. Ona və işi maddi olaraq dəstəkləyən National Geographicə görə, “əgər bu yaş doğrudursa” Homo Naledi insani kimi dəyərləndirdikləri canlıların kökündəki əcdaddır. Göründüyü kimi, bu kimi şərhlər elmi faktlara deyil, ideoloji ön qəbullara əsaslanır. Əslində, keçiriləcək karbon14 yaş-təyin çalışması da bu nağılı çürütməyə kifayət edəcəkdir.

 

XƏYAL GÜCÜNÜN SƏRXOŞLUĞU

Berqerin nağılvari izahatına görə, Homo Naledi ölülərini mağaraya basdırırdı, bu mağara bir qəbir idi və tapılan sümüklər də bu ölülərə aid idi. Ancaq, bu həqiqət olması arzulanan yuxunun izahatından başqa bir şey deyil. Bu iddia, heyvanların zamanla insanlara çevrildiyi və əxlaqi davranışların da zamanla inkişaf etdiyi şəklindəki materialist fikirdən irəli gəlir. Halbuki, torpaq altına basdırma, ya da məzar etmə ancaq səmavi dinlərlə şüur və şüur sahibi insanlara öyrədilmiş dəyərlərdir.

Bir heyvanın isə, dar, uzun və qaranlıq koridorlardan keçərək, təhlükəli və akrobatik bir yolçuluq nəticəsində mağara kompleksinin ən dərinliyindəki başqa bir otağa meyitlərini daşımış olduğu hekayəsi həqiqətlərdən çox uzaqdır.

Təbii ki, bu sümüklərin mağaradakı varlığı daha məntiqli bir şəkildə izah oluna bilər. Məsələn, bu meymunları bir sel basqını buraya daşımış ola bilər, ya da daha əvvəl bu mağaranın başqa girişi varkən təbii fəlakətlərlə giriş bağlanmış və həmin heyvanlar burada tələyə qısılmış ola bilərlər.

“Keçmişimizi və nə olduğumuzu araşdırırıq” deyərək bu kimi imkansız nağıllar uydurub, sonra da bunlara inanmaq isə darvinist ideoloqlarının içinə düşdüyü çıxılmaz vəziyyəti nümayiş etdirir.

 

NƏSLİ TÜKƏNMİŞ BİR MEYMUN DAHA

Darvinist qərəzlərlə yazılmış bu hekayənin elmi əsası olmadığı aydındır. Li Berqerin Homo Naledinin “qeyri-adi mozaik ara növ” olduğunu irəli sürməsi və mediada çıxan lehinə xəbərlərə baxmayaraq, tədqiqatın nəticələri bütün xüsusiyyətləri ilə meymun fosili ortaya qoyur.

Elm adamları tərəfindən yaradılan məcburi yeni rekonstruksiyanın doğru olduğunu qəbul etsək də nəticə dəyişmir. Kiçik həcmli beyni, maili üzü, çənəsi, çiyinləri, əyri əl və ayaq barmaqları, döş qəfəsi və bud quruluşu tapılan qalıqlar bir australopithecus növünə, yəni soyu tükənmiş meymun növünə aiddir.