Header

İnsanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək

Aa4a

“Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək.” (Kəhf surəsi, 7)

Qüdrətli Allah ayəsində qullarını dünya həyatında sınayacağını bildirir və bu səbəblə dünya həyatını xüsusi olaraq insanların xoşuna gələcək bəzəklərlə birlikdə yaratmışdır. Bu bəzəklər, Allahın sınağıdır və insanı yanıltmamalıdır. Hamısı keçici və aldadıcıdır. İnsanın dünyadakı vəzifəsi, Qüdrətli Allaha və axirətə iman etmək, Quranda bildirildiyi şəkildə gözəl əxlaq sahibi insan olmaq, Allahın sərhədlərini qorumaq və Onun məmnuniyyətini qazanmağa çalışmaqdır.

İnsanların həyatları boyunca sahib olmaq istədikləri və bu məqsədlə böyük səy və əzmlə çalışdıqları hər şey əslində yaşadıqları bu həyatın bəzəkləridir. Dünya üzərindəki hər şey, insana ilk baxışda çox cazibədar və gözəl görünə bilər. Dünya üzərindəki gözəlliklər insanlar üçün nemətdir. Hər insan ətrafında gördüyü və ya sahib olduğu bütün bu nemətlərin ona verilmə səbəbinin, yalnız Rəbbimiz Allahın sınağı olduğunu unutmamalıdır. Sahib olduğu və ya olacağı hər şeylə Allahın razılığını qazanacaq gözəl davranış göstərməlidir. Allah verdiyi hər nemətlə birlikdə, insanın Özünə şükür edici olub-olmadığını, gözəl əxlaq göstərib göstərməyəcəyini də sınayar.

İnsanın əsl məqsədi, bütün bu gözəllikləri bizə verən Rəbbimizə qulluq etmək, Ona ən gözəl şəkildə şükür etmək və Quranda bildirdiyi gözəl əxlaqı göstərməkdir. Əlbəttə yaşadıqlarının imtahan verdiyinin fərqində olan və Allahın razılığına uyğun olduğunu düşündüyü şəkildə qərar verən və Quran əxlaqına uyğun gözəl davranışlar göstərən möminlər, bu imtahanı qazanmağı və Allahın Quranda bildirdiyi kimi cənnət həyatı ilə mükafatlandırılmağı ümid edə bilərlər. Bu imtahan dünyasının ən böyük sirlərindən biri, iman edənlər üçün mütləq xeyirlə nəticələnməsidir. Ən böyük qazanclardan biri isə, iman edənlərin bu sınaqlar qarşısında göstərdikləri gözəl əxlaq, cəsarət və mətanətin, onların axirətdəki qarşılıqlarını və dərəcələrini artırmasıdır.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313