Header

Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər

Aa4a

“O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər.” (Ali İmran surəsi, 135)

Qüdrətli Allah bu ayəsində möminlərin Quran əxlaqına uymayan rəftar göstərdiklərində dərhal ardından Allahı xatırlayıb tövbə etdiklərini və Allahdan bağışlanma dilədiklərini xəbər verir və Öz qatında qəbul edəcək tövbənin necə olmalı olduğunu bildirir.

İman edən insan, əlbəttə ki, səhv etməməyə və günah işləməməyə, Allahın sərhədlərini qorumağa çox diqqət yetirər və hər an şüurunun açıq olması üçün səy göstərər. Ancaq buna baxmayaraq səhv etdiyində, tövbə edib Allahdan bağışlanma diləməsi də çox gözəl mömin xüsusiyyətidir. Qürətli Allah, sonsuz rəhməti ilə insanlara, hər zaman səhvlərindən ötrü bağışlanma diləmə və tövbə etmə imkanı tanımışdır.

Əslində möminin etdiyi hər səhv, onun Allaha yaxınlaşmasına gətirib çıxarar. Çünki etdiyi davranışın səhv olduğunun şüurunda olması, möminin şükür etməsinə vəsilə olar. Səhv etdikdən sonra bağışlanma diləməsi və ardından tövbə edib Allaha sığınması da onun Allahla olan əlaqəsini gücləndirər.

Allahın sonsuz şəfqət və mərhəməti insanlar üçün çox böyük lütf, çox böyük nemətdir. Allahın Qaffar (bağışlaması çox olan), Qabil (qəbul edən, razılıq edən, bağışlayan), Vəhhab (mükafatı çox olan, qarşılıqsız hədiyyə edən), Həlim (qullarına qarşı çox yumşaq olan) və Təvvab (bağışlayan və əsirgəyən, tövbələri qəbul edib günahları yaxşılıqlara çevirən) adları, səhvlərindən peşman olan və tövbə edib Allaha yönəlib dönən möminlərin üzərində təcəlli edər.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313