Adnan Oktarın 17 aprel 2011-ci il A9 Tv, Kanal Avropa  və Çay Tv-dəki canlı söhbətindən

 

Adnan Oktar: Qiyamət surəsi, Rəhman və Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınıram. “And içirəm Qiyamət gününə!” Qiyamətdir bu, ayağa qalxmadır. “And içirəm peşmançılıq çəkən nəfsə!” İnsanın özünü, nəfsini, qınaması çox məqbuldur. Ağıllı olmasını təmin edər. Nəfsini təmizə çıxardığında insan xəstə olar, əqli tarazlığı pozular. Elə tiplər vardır, tənqid etdiyində dərhal özünü tərifləməyə başlayır. “Yox elə deyil belədir” deyərlər. Halbuki “doğrudur, Allah razı olsun, daha yaxşı olaram, inşaAllah. Qüsurlu, səhv istiqamətlərimi düzəldərəm” desə, ağılın qapısı oradadır. Yəni Allah qorxusu və nəfsi təmizə çıxartmamaq, nəfsi qınamaq, hətta Ələq surəsində, nəfsini ucaldan insandan bəhs edir. Darvinin vaxtını, Darvinin ölüm tarixini verir, inşaAllah. Şeytandan Allaha sığınıram; “İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik.” Təbii ki, bir araya gələn sümüklər, məzardakı sümüklər deyil, yeni bir inşa ilə Allah yaradır. Yeni bədənlə yaradır. Bir dəfə edirsə, min dəfə də edər, milyon dəfə də edər. Davamlı edir. Onsuz da Allah etdiyini göstərir. Dünyaya davamlı insan təqdim edir. Bir gənclə qarşılaşırıq, 1980-ci ildə dünyaya təqdim edilmiş, kimisi 1990-cı ildə dünyaya təqdim edilmişdir. Davamlı gənclərlə, insanlarla qarşılaşırıq. “Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik.” Allah Quranda barmaq ucundakı təfərrüatlara diqqət çəkir. Həqiqətən hər kəsin barmaq ucları fərqlidir, çox heyrətamizdir, dünyadakı heç kimin barmaq ucu bir-birinə heç bir şəkildə bənzəmir. Onların təfərrüatlı olaraq yaradılmasını Allah edir. “Lakin insan bundan sonra da günah etmək fikrindədir.” İnsanın nəfsində günaha qarşı meyil vardır. “O: “Qiyamət günü nə vaxt olacaq!” – deyə rişxəndlə soruşur.” Cübbəli də qiyamət vaxtını rədd edir; “700 il sonradır” deyir. “Gözlər bərələ qalacağı, ay tutulacağı və günəşlə ayın qovuşacağı zaman -”  Bu ayələrdə ay tutulmasına, günəş tutulmasına da işarələr var. “O gün insan deyəcəkdir: “Hara qaçaq?” Qiyamət anında, qaçacaq yer axtaracaqlar. Hər yer hərəkət halında olacaq amma qurtuluş yeri olmayacaq.