Bu proqramda virusların, siçanlarla birlikdə təkamül keçirdikləri iddia edildi və məməli mütəxəssisi Dr. Terri Yeytsin mövzuyla əlaqədar bu sözlərinə yer verildi:

“Virusu daşıyan heyvan zaman içində dəyişdikcə virusun da yeni mühitə uyğunlaşması üçün dəyişməsi lazımdır. Daşıyıcı heyvan təkamül prosesində iki növə ayrılırsa, virus da eyni prosesdən keçəcək.”

Ancaq bu sözlər Yeytsin yalnız öz ön mühakimələrini ortaya qoymaqdadır. Təkamülçü ön mühakimələrlə hərəkət edən Yeyts, virusları da növlərin bir-birlərindən ayrılaraq ortaya çıxdığı fərziyyəsinə inanmaqdadır. Ancaq siçanların başqa canlılardan təkamülləşdiyi fərziyyəsi heç bir elmi dəlilə sahib deyil.

 

Bu canlının daxil olduğu məməlilər qrupu son dərəcə xüsusi quruluş və sistemlərə malikdir. Məməlilərə daxil bütün qruplar, fosil qeydlərində anidən ortaya çıxar. Məməlilərin saxta təkamüllü mənşəyi tamamilə qaranlıqdadır və bu canlılardakı xüsusi -və son dərəcə kompleks- sistemlərin gerçək mənşəyi şüurlu dizayn, yəni yaradılışdır.

 

(Məməlilərin mənşəyi haqqında baxın. http://www.darwinizminsonu.com/doga_tarihi_2_10.html )