17 may 2010-cu il tarixli Senzurasız proqramında darvinist iştirakçılardan biri, əxlaq anlayışının canlılarda onsuz da var olan anlayış olduğu, canlıların doğuşdan buna sahib olduqları, bu səbəbdən əxlaqlı olmaq üçün Allah inancına ehtiyac olmadığı (Allahı tənzih edirik) iddiasını etmişdir. Bunu dəlilləndirmək üçün isə müxtəlif canlılardakı fədakarlıq nümunələrini göstərmişdir. Halbuki bu mövzuda ciddi şəkildə yanılır.

 

  • Qüdrətli Allah insanları fitrət üzərinə yaradır. Bu fitrət Qüdrətli Rəbbimizin Quranda bildirdiyi ən gözəl davranış forması və ən gözəl rəftarı ehtiva edər. Bu səbəbdən insan, Allahın özünə ilham etdiyi vicdana görə hərəkət etmə, yəni fitrətinə görə davranma xüsusiyyətinə əlbəttə malikdir.
  • Lakin insan eyni zamanda nəfsindəki eqoist ehtiraslarla birlikdə yaradılmışdır və nəfs, Quranda ifadə edildiyi kimi, “Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər”. (Yusif surəsi, 53)
  • İnsan, bu dünyada imtahana tabe olduğuna və vicdanı yaxşı olanı özünə ilham edərkən, nəfsi davamlı pisliyi özünə əmr etdiyinə görə, bu dünyada seçim etmək məcburiyyətindədir.
  • İnsanın pisliyi əmr edən nəfsinə uyması asandır. İnsan özünü buraxdığında, vicdanını korlaşdıra bilər, nəfsində onsuz da var olan eqoizm, vəfasızlıq, qısqanclıq, qəzəb kimi xüsusiyyətlərin dərhal pəncəsinə düşə bilər. Əgər bu adam Allahdan gərəyi kimi qorxmursa və fikir sistemi, ətrafı və əsl olaraq da inandığı ideologiya buna imkan verirsə, nəfsinin pəncəsinə düşməməsi üçün heç bir səbəb yoxdur.
  • Məhz darvinizm, insanları bu istiqamətiylə əxlaq anlayışlarından uzaqlaşdırar. Darvinizmə inanan adam, bütün insanların təməlində təsadüfən meydana gəlmiş bir heyvan olduğuna, hətta bəzilərinin az inkişaf etmiş olduğuna, bu həyatın da zəiflərin aradan qaldırılması lazım olan bir döyüş sahəsi olduğuna inanaraq ideologiya irəli sürür. Hər darvinist bu fikirdə olmaya bilər, lakin darvinizmin inkişaf etdirdiyi fikir sistemi, qaçınılmaz olaraq insanları bu cür vəhşi baxış aspektinə yönəldir.
  • Belə bir mühitdə, eynilə darvinist ideologiyanın tutqunu olduqlarını açıqca ifadə edən Hitler, Lenin, Stalin və Maonun etdikləri kimi, kütlələrə zülm etmək, kütlələri qətl etmək, hər cür əxlaqdan uzaq anlayışı məqbul görmək sanki normal hala gəlir. Allah qorxusu olmadığı müddətcə, əxlaq çöküntüsü, düşmənçilik, qəzəb və döyüş ən son sərhədinə qədər gedə bilər.
  • Gözəl əxlaqlı olmaq isə; səy, cəhd, fədakarlıq və dərin düşünmə istəyən üstünlükdür. Vicdanını dinləməyən, Allahdan qorxmayan kimsə, bu üstünlüyü qəti olaraq əldə edə bilməz. Allahdan qorxan insan, Allahın yaratdıqlarını sevən insandır. Allahın bəyəndiyi əxlaqı bəyənən insandır. Və mütləq vicdanının səsinə görə hərəkət edən insandır. Bununla sınandığını, axirətdə bu səyinin ən gözəl şəkildə qarşılığını alacağını bilər. Buna görə hər davranışına diqqət edər, yaşadığı hər an, gözəl əxlaqlı ola bilmək üçün səy içində keçər. Məhz inanclı bir insanı digərlərindən ayıran ən böyük fərqlərdən biri budur.
  • Bu səbəbdən gözəl əxlaq bir insanın “təbii olaraq” əldə edə biləcəyi bir şey deyil. Təbii həyatına buraxıldığında insan nəfsinin əsiri olmaqdan xilas ola bilməz. Ancaq dərin düşünüb Allahın ucalığını təqdir edə bildiyində, Allahdan gərəyi kimi qorxduğunda, ancaq yaşadığı hər andan, etdiyi hər işdən sorğuya çəkiləcəyini bildiyində və Allahı dərin eşqlə sevdiyində bu dərin və gözəl əxlaqa sahib ola bilər.
  • Bəhsi keçən iddia ilə əlaqədar olaraq bəzi heyvan davranışlarının nümunə olaraq verilməsi isə son dərəcə əsassızdır. Heyvanlar, öz varlıqlarının şüurunda olmayan, yalnız Allahın özlərinə ilham etdiyi şəkildə davranan varlıqlardır. Acdığında qida tapa bilmək üçün ən vəhşi şəkildə ovlayan bir heyvan lazım olduğunda uşaqlarını qoruya bilmək üçün günlərlə yatmadan müdhiş fədakarlıq göstərər. Bu onun hər hansı bir əxlaq anlayışına sahib olması səbəbiylə deyil, Allahın ilhamıyla hərəkət etməsi səbəbiylə belədir.
  • Heyvanın yaxşı və pisi bir-birindən ayıra bilmə qabiliyyəti yoxdur. Lakin insan, belə bir qabiliyyətə sahibdir. Ayədə ifadə edildiyi kimi bu qabiliyyət, yalnız Allahdan qorxanlara verilmişdir:

 

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.  (Ənfal surəsi, 29)