17 may 2010-cu il tarixli “Sansürsüz” proqramında klassik darvinist iddia bir daha təkrarlanmış və həqiqətlərin əksinə faydalı mutasiyaların var olduğu iddia edilmişdir. Mutasiyaların pozucu, öldürücü, yox edici təsiri hal-hazırda bütün elm dünyasında qəti elmi dəlillərlə bilinməsinə baxmayaraq, israrla müdafiə olunan bu iddia, əslində alçaldılma qayğısından qaynaqlanır. Çünki darvinizm yalnız mutasiyalara bel bağlamış nəzəriyyədir. Mutasiyaların məhvedici təsiri bir dəfə dilə gətirilsə, bunun darvinizmin sonu olacağını bütün darvinistlər kimi bu proqrama qatılanlar da bilir. Məhz bu səbəblə, elmi olaraq etibarsız və aciz nümunələrlə mutasiyaların faydalı ola biləcəyinə insanları inandırmağa çalışmışlar. Halbuki bu, tamamilə yalandır.

 

        Bir çox dəfə ifadə etdiyimiz kimi mutasiyaların dəqiq təsiri zərərlidir, yalnız 1% nisbətində təsirsiz ola bilərlər ki, bunların da əslində orqanizmə gələcəkdə zərər gətirdiyi son elmi araşdırmalar nəticəsində ortaya çıxmışdır.  Mutasiyaların dəqiq zərərli təsiri psixoloji müdafiəyə deyil, elmin ortaya çıxardığı çox dəqiq elmi həqiqətdir.

 

        Darvinistlər əgər buna etiraz etsələr birbaşa elmə etiraz etmiş olarlar. Çünki burada fərdi iddia deyil, elmi nəticədən bəhs olunur.

 

Mutasiyanın canlıya faydalı xüsusiyyət təqdim etməsi qeyri-mümkündür. Normal şərtlərdə canlı bədənindəki hər şey tam nizam, simmetriya və uyğunlaşma içindədir. Bundan əlavə bu sistemlər həssas tarazlıqlarla bir yerdə qalan, olduqca incə nizamlarla varlığını davam etdirən möhtəşəm komplekslikdə sistemlərdir. Radiasiya kimi təsirlərlə meydana gələn təsadüfi müdaxilələr, qopmalar, pozulmalar, yer dəyişdirmələr mənasını verən mutasiyalar, bu nizam, simmetriya, uyğunlaşma və komplekslik içindəki fövqəladə sistemlərə mütləq zərər verə bilər. Bunun əksinə bir şeyi müdafiə etmək tamamilə məntiqə və elmə ziddir.

 

        Çernobil, Hiroşima, Naqasakidə meydana gələn dəhşət verici görünüşlər tam olaraq mutasiyaların meydana gətirdiyi nəticələrdir. Düzgün quruluşdakı orqanizmlər mutasiyaların təsiriylə ölmüş və ya şiddətli zərər görmüş, hətta bu zərərli təsir sonrakı nəsillərdə də özünü göstərmişdir.

 

        Darvinistlər ümumiyyətlə “faydalı mutasiya var” iddialarını sübut edə bilmək üçün müxtəlif immunitet nümunələrini verərlər. Halbuki bu nümunələr, bakteriyada və ya immunitet hüceyrələrində meydana gələn variasiya və ya yenə pozulmadan ibarətdir.

 

        Bəzən mikroorqanizm, DNT-sindəki tək bir nukleotidin -yəni əsasın- yer dəyişdirməsi nəticəsində antibiotikə qarşı müqavimət qazana bilər. Bu vəziyyət hər nə qədər mikroorqanizmə faydalı olsa da, bu faydalı mutasiya deyil. Çünki bəhsi keçən mutasiya, mikroorqanizmə zərər vermişdir. Mikroorqanizmə aid ribosomun şəkli pozulmuş və bu vəziyyət də açar-kilid uyğunlaşmasını pozduğuna görə antibiotikin mikroorqanizmə bağlanmasına maneə törətmişdir. Yəni mikroorqanizmdə yenilənmə deyil, tam tərsinə məlumat itkisi əsas mövzudur.

 

        Mutasiyalar düzgün quruluşa adətən pulemyotla atəş etmək kimidir. Möhkəm bir şeyin üzərinə atəş açılması o quruluşu tamamilə ortadan qaldırar. Güllələrin birinin təsirsiz qalması və ya bədəndəki mövcud infeksiyanı yandıraraq yaxşılaşdırması bir şeyi dəyişdirmir. Orqanizm onsuz da özünə isabət edən 99 güllə ilə yerlə bir olmuşdur.

 

        Darvinistlərin bu cür şərhlərlə verdikləri nümunə, tək bir infeksiyanı yandıraraq sağaldan güllə nümunəsi kimidir. Orqanizm mutasiyalar nəticəsində məhv olmuşdur, lakin onlar yalnız bu infeksiyanı sağaldan təsir üzərində dayanırlar.

 

        Mutasiya mövzusu darvinistlərin ən böyük məhv etmə nöqtələrindən birini meydana gətirdiyi üçün darvinistlər kiçik variasiya nümunələrini və ya yuxarıdakı kimi təsirləri əhəmiyyətli dəlilmiş kimi təqdim edərək demaqoqluq edərlər. Halbuki bütün canlıların mutasiyalarla hal-hazırkı simmetrik və kompleks strukturlarını aldıqlarını iddia edən təkamül müdafiəçilərinin, bir-birinin ardınca inkişaf edən və hamısı faydalı olan, həm də orqanizmə yeni məlumat əlavə edən mutasiya nümunələri verə bilmələri lazımdır.

 

        Bundan əlavə darvinistlərin, makro səviyyədə canlının öz fiziologiyasından tamamilə fərqli başqa canlıya çevrilmə ssenarisinə mutasiyalarla dəlil göstərə bilmələri lazımdır. Lakin belə bir dəlil gətirə bilmirlər. Dəlil gətirə bilməzlər, çünki özləri də çox yaxşı bilirlər ki, mutasiyalar yıxıb, qoparıb, yox edir, bəzən orqanizmi tamamilə ortadan qaldıracaq nümunələr meydana gətirir.

 

        Bundan əlavə, bu əhəmiyyətli nöqtənin də ifadə edilməsi lazımdır: Mutasiyalar heç vaxt orqanizmə, onun genomunda var olmayan yeni bir məlumat əlavə etməz. Bu qeyri-mümkündür. “Sansürsüz” proqramında da “yeni məlumat əlavə olundu” şəklində təqdim edilən nümunələr son dərəcə hiyləgərdir. Heç bir şəkildə yeni gen məlumatı əlavə olunmamış, canlının genində mövcud olan məlumat variasiyalar nəticəsində diqqətə çarpan hala gələrək istifadə edilməyə başlanmışdır.

 

        DNT-i meydana gətirən əsaslardakı qopmalar və yer dəyişdirmələr, yeni məlumat təmin etməzlər. Canlıda var olmayan məlumatın əlavə olunması mənasını verməzlər. Bunu darvinistlər də şübhəsiz çox yaxşı bilər. Lakin proqramda israrla gen əsaslarındakı yer dəyişdirmələr yeni məlumat olaraq təqdim edilmişdir. Məhz bu vəziyyət darvinist demaqoqluğun hansı ölçülərə çatdığını açıqca göstərir.

 

 

Mutasiyalar mövzusu ilə əlaqədar şərhlərimizi buradan oxuya bilərsiniz:

<http://www.harunyahya.org/evrim/hy_evrim_aldatmacasi/evrim12.html>

<http://www.harunyahya.net/V2/Lang/tr/Pg/WorkDetail/Number/1054>

<http://tr1.harunyahya.com/Detail/T/7EZU2FZ0164/productId/16838/>

mutasiyaların təkamülləşdirmə gücünün olmadığına dair təkamülçülərin etirafları üçün baxın:

<http://harunyahya.com.tr/evrim/evrimcilerinitiraflari/itiraflar07.html>

Oraq hüceyrə anemiyasının təkamülə dəlil meydana gətirmədiyi mövzusu ilə əlaqədar ətraflı məlumat üçün baxın:

<http://harunyahya1.org/bilim/kan_kalp/kanvekalp4.html>

<http://www.evrimteorisi.info/evrim-acmazi/orak-hucre-anemisi>