22 fevral 2017-ci il tarixində NASA tərəfindən Spitzer Kosmos Teleskopu ilə 39 işıq ili uzaqlıqda Trappist-1 adı verilən ulduzun ətrafında 7 ədəd planetin kəşf edildiyi deyildi. Bu planetlərdən xüsusilə üçünün guya yaşamaq üçün əlverişli şərtlərə sahib olduğu və canlılığın təkamül prosesinə ev sahibliyi etmiş ola biləcəyi elan edildi. Bu iddiaya əsasən başda İngilis “The Telegraph” olmaq üzrə bir çox nəşr orqanında xəbər verildi. Ancaq bunlar elmi məlumatlardan tamamilə uzaq, sensasiyalı, oxucunun diqqətini çəkmək üçün xüsusi atılmış başlıqlardı. Başlığın bir neçə paraqraf altına baxanda, yeni olan planetlərdə guya canlılığın təkamülü iddiasını dəstəkləyən heç bir dəlil olmadığı dəqiq olaraq görülməkdədir. Bu planetlərdə canlı həyatın nə üçün ola bilməyəcəyini maddələr halında araşdıraq.

 

  1. İddia edilən “Yaşana bilər bölgə” tərifi canlılıq üçün yetərli deyildir

Yeni tapılan planetlərdən 3 dənəsi üçün NASA-dan edilən açıqlamada “Yaşana bilər bölgə” (Habitable Zone) tərifi edilmişdir. Yaxşı, həyat pəncərəsi olaraq da qiymətləndirilən bu “yaşana bilər bölgə”nin şərtləri nə olmalıdır? Bunu anlamaq üçün ideal ölçülərlə yaradılmış dünyamızı araşdırmaq kifayətdir. Məsələn Dünya üzərində yer alan “karbon əsaslı” canlılığın var ola bilməsi üçün istiliyin çox həssas dəyərlər içində qalması əsas şərtdir. İnsan və bir çox canlının zülalları 430C-dən sonra denaturasiya olaraq canlı xüsusiyyətlərini itirərlər.

120-1300C istiliyə bir müddət dözə bilən bəzi mikroorqanizmlər olsa da, uzun müddət bunu davam etdirə bilməzlər. Yenə 00C altında bir çox canlı donaraq həyatını itirərkən, çox azı həyat fəaliyyətlərini olduqca yavaşladaraq canlı qala bilər. Canlılıq fəaliyyətlərinin geriyə qayıda bilməsi üçün, 00C üzəri istiliyə qovuşmaları lazımdır. Qısacası mənfi 2730 C ilə milyonlarla dərəcə kimi çox dəyişən istilik dəyərləri qarşılaşdığımız kainatda, karbon əsaslı həyatın varlığı və davamı üçün bir neçə on dərəcəlik çox kiçik bir istilik dəyərinin qorunması və böyük dəyişmələrin yaşanmamağı əsas şərtdir. Bu dəyərlərin suyun maye olaraq qaldığı dəyərə gəlməsi də olduqca əhəmiyyətlidir. Məhz həyat pəncərəsi olaraq xarakterizə edə biləcəyimiz bu dəyərlərə sahib bir yerə “Yaşana bilər bölgə” (Habitable Zone) adı verilir.

Yaşana bilər bölgə, həyatın varlığı üçün mütləq lazımlıdır; ancaq tək başına heç bir vəziyyətdə kifayət ola bilməz. Dünya şərtlərini düşündüyümüzdə, istiliyin tarazlığı xaricində elmi olaraq da sübut edilmiş onlarla bəlkə də fərqində olmadığımız daha yüzlərlə “olmazsa olmaz” olaraq saya biləcəyimiz xüsusiyyət mövcuddur. Atmosferin varlığı, qalınlığı, qaz tərkibi, dünyanın fırlanma sürəti, su balansı, maqnit qalxan, Ayın varlığı kimi daha saya biləcəyimiz bir çox xüsusiyyətdən hər hansı birinin olmaması və ya yox olması demək, həyatın bütün dünya üzərində heç olmayacağı və ya bir anda yox olması deməkdir.

NASA-nın bu cür xəbərlə bildirdiyi “həyatın var ola biləcəyi planetlərin olduğu” iddiası isə, elmi həqiqətlərdən uzaq, insanların diqqətlərini çəkmək üçün edilmiş populist yanaşmadan ibarətdir. NASA-nın kəşfi yalnız, yaşana bilər bölgə istilik dəyərlərinə sahib bəzi planetlərin kəşfindən ibarətdir. Halbuki yuxarıda da qısaca toxunduğumuz kimi həyatın varlığı və davamı çox həssas dəyərlərin varlığını tələb edir.

 

  1. Tapılan yeni planetlər Dünya şərtlərinə bənzəmir

“Kosmosda yeni Dünyalar olduğu” iddiasıyla xəbəri edilən bu planetlərin, əslində istilik dəyərləri və ölçüləri xaricində demək olar ki, heç bir xüsusiyyəti Dünyaya bənzəmir.

Məsələn, Trappist-1, bizim Günəşimizin yanında olduqca kiçik və sönük bir ulduz. Günəşlə müqayisə etdiyimizdə 200 dəfə daha az istilik və işıq verir. Günəşin səthinin istiliyi 5778K olduğu halda, Trappist-1 2550K istiliyə sahibdir. Yəni yalnız alaqaranlıq deyə biləcəyimiz aydınlıq təmin edir.

Bu aşağı enerji yaylımına baxmayaraq Dünya ilə bənzər istiliyə sahib olmalarının səbəbi isə planetlərin ulduza çox yaxın orbitə sahib olmalarıdır. Bu yeni kəşf edilən planetlər Trappist-1-ə, Günəşə ən yaxın planet olan Merkuridən belə daha yaxındır. Bunun nəticəsi olaraq da ulduz ətrafında dönüş müddətləri də çox qısadır. Ulduza ən yaxın mövqedəki planetin, Trappist-1 ətrafında tam bir dövr etməsi yalnız 1.5 gün, ulduza ən uzaq altıncı planetin tam bir dövr etməsi isə 18.8 gün davam edir.

Bu 7 planetin bir-birinə olan məsafələri də olduqca yaxındır; bəziləri Dünyanın Ay ilə olan məsafəsində belə daha yaxındır.

Göründüyü kimi, əslində bu planetlərin Dünya şərtləri ilə heç bir bənzərliyi yoxdur. Çox sürətli orbitlərinin olması və bir-birlərinə çox yaxın olmaları belə, planetlərin səthindəki şərtlərin olduqca fərqli olmasına bəs edəcək xüsusiyyətlərdir. Bu şərtlər altında, planetlərdə var ola biləcək suyun maye olaraq qalması istisna olmaqla, həyatın varlığını təmin edəcək heç bir xüsusiyyət Dünya ilə bənzərlik göstərmir.

 

  1. Bu planetlərdə həyatın varlığına dair dəlil yoxdur

Yeni kəşf edilən planetlərdə istilik xaricində həyat üçün lazımlı şərtlərin varlığına dair heç bir tapıntı əldə edilmiş deyil. Yaşana bilər bölgə olaraq adlandırılmasında ən əsas xüsusiyyət olan suyun varlığına dair məlumat da yoxdur. Planetlərdə atmosfer var mı?, varsa oksigen təşkil edirmi?, planetlərin səthi yaşamaq üçün əlverişli olacaq şəkildə möhkəm yer qabığına sahibdir mi? … Bu mövzuların heç biri haqqında məlumat yox ikən, sırf istilik dəyərləri bənzər deyə bu planetlərin həyata əlverişli ola biləcəyini iddia etmək elmdən çox uzaq yanaşmadır.

 

  1. Mars və Venera də iddia edilən “Yaşana bilər bölgə” içindədir, amma həyat yoxdur.

Əslində uzağa getməyə ehtiyac yoxdur. Kəşf edilən və yaşana bilər bölgə olduğu iddia edilən planetlərə bənzər, hətta onlardan daha çox Dünyaya bənzər iki planet dərhal yanımızda saya biləcəyimiz uzaqlıqda yer alır: Venera və Mars. Ancaq bilindiyi kimi bu planetlərdə həyat yoxdur.

Venerada qədim zamanlarda su olduğu təxmin edilir. Ancaq planet, Dünya bənzəri maqnetik sahə qorumasına sahib olmadığı üçün, Günəş küləklərinə intensiv olaraq məruz qalır. Bu səbəblə zamanla hidrogen və oksigen atomlarının kosmosa savrulduğu düşünülür. İndi çox az su buxarı atmosferində var. Maye halda su, Venera səthində yoxdur; çünki güclü karbondioksiddən ibarət atmosferi, istiliyi 4000C üzərinə çıxarmış vəziyyətdə. Görüldüyü üzrə yalnız maqnit qalxanın olmaması, həyat üçün lazımlı olan digər şərtlərin da pozulması demək olur.

Digər tərəfdən Marsa baxacaq olsaq; Dünya atmosferinə görə 100 qat daha incə və 95% karbondioksiddən ibarət atmosferi var. Bu da istiliyin qoruna bilməməsinə və gecə-gündüz istilik fərqlərinin 200C ilə mənfi 700C arasında dəyişməsinə səbəb olur. Oksigen və suyun olmaması onsuz da bilinən həqiqətlər.

Hər iki planetdə də istiliyin səviyyəsi və müəyyən səviyyədə tutulması kimi bir çox komponentin həssas nizamda olması lazımdır. Halbuki tapılan planetlərdə bu komponentlərə aid heç bir məlumat yoxdur. Qaldı ki, bütün bu məlumatlar bilinsə və tam olaraq həyata əlverişli olsa belə, həyatın təsadüfə əsaslanan təkamül xarakterli proseslə kainatın heç bir yerində meydana gələ bilməyəcəyi çox açıqdır.

 

Darvinistlərin sığınacaq nöqtəsi: Dünyadan kənar yerlərdə həyat axtarışları

Təkamül nəzəriyyəsinin ən qaranlıq nöqtəsini həyatın başlanğıcı yaradır. İlk hüceyrənin necə ortaya çıxdığı mövzusu haqqında heç bir elmi dəlil əldə edilməmişdir. Konkret dəlillər bir yana, təkamülçü elm insanları ilk hüceyrənin necə ortaya çıxdığı mövzusunda fərziyyə belə yarada bilməmişdirlər. Belə olduğu halda, təkamül nəzəriyyəsini yaşatmaq üçün son ümid olaraq bir fikir ortaya atılmışdır: “Həyat kosmosdan gəldi.” Beləcə üzərində araşdırma edilməsi, dəlil toplanması olduqca çətin olan kosmosda həyatın mənşəyi axtarılsa təkamülçülərin elmdən uzaq şərhlərini kamuflyaj etmələri də asan olacaq.

Təkamülçülər həyata əlverişli, hətta canlı həyatın hər yeri doldurduğu Dünya mühitində belə canlıların necə olub da ortaya çıxdığını açıqlaya bilməzlər. Buna baxmayaraq yalnız istilik səviyyələri uyğun bölgədə olduğu üçün “yeni kəşf edilən planetlərdə həyat ola bilər” iddiasını ortaya atmaları təkamülçülərin elmdən nə qədər uzaq yanaşma içində olduqlarını göstərir. Bu iddiaları təkamülçülər həyatın kosmosdan gəldiyi boş sözünü öz aləmlərində qüvvətləndirməyə çalışırlar. Halbuki, Yerdəkinə oxşar karbon əsaslı həyatın o planetlərdə meydana gələ bilməyəcəyini özləri də çox yaxşı bilirlər. Ancaq bunu qəbul etmək, həm özlərini, həm də ideologiyalarını yalanlamaq olacağı üçün bunu əsla dilə gətirməzlər.

Həyatın mənşəyini yəni canlıların yaranmasını bu qədər asanmış kimi göstərmək ictimaiyyətdə yaradılmaq istənilən təkamülçü bir qəbul əməliyyatıdır. Mövzu haqqında kifayət qədər məlumat sahibi olmayan insanlara bu şəkildə, canlılığın çox sadə şərtlərdə belə meydana gələ biləcəyi hissi verilərək, həyatın möcüzəvi yönü gizlənməyə çalışılır. Halbuki canlı həyatın var olması və davamlılığını təmin etməsi yuxarıda saydığımız olmazsa olmaz bir çox şərtin bir yerdə olmasını tələb edir. Bütün bu həssas nizam və mükəmməllik əsla təsadüflə açıqlana bilməz.

 

Allah hər yerdə və hər vəziyyətdə canlılığı yarada bilər

Allah diləsə hər mühitdə uyğun şərtləri meydana gətirərək canlı həyatını yarada bilər. Bizim burada tənqid etdiyimiz və mümkün olmadığını açıqladığımız vəziyyət təkamülçülərin elmdən uzaq, qərəzli yanaşmalarıdır. Trappist-1 sistemində Yerdəkinə oxşar karbon əsaslı həyatın var ola bilməyəcəyi elmi məlumatlar işığında bu qədər açıq ikən təkamülçü cəfəngiyatlarla ictimaiyyətin zehninin bulandırılmaya çalışılması böyük sayıqlamadır. Allah dilədiyi təqdirdə hər mühitdə həyat yaradıla bilər.

 

De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. (Yasin surəsi, 79)

 

Mənbələr

  • nasa.gov/press-release/nasa-telescope-reveals-largest-batch-of-earth-size-habitable-zone-planets-around
  • http://www.telegraph.co.uk/science/2017/02/22/nasa-announcement-live/