İman həqiqətlərinin əhəmiyyəti ilə əlaqədar ayələr
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Təala Bəqərə surəsi 8 və 9-cu ayələrində buyurur: “İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik”―deyirlər”. Məsələn, adam: “Müsəlmanam” deyir, amma adamın müsəlmanlıqdan xəbəri, əlaqəsi yoxdur. 9-cu ayə: “Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar”. İman həqiqətlərinin nə qədər əhəmiyyətli olduğunu buradan anlayırıq.
Fussilət surəsi, 54-cü ayədə Allah Təala buyurur: “Bilin ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, O (Öz elmi və qüdrəti ilə) hər şeyi ehtiva edəndir!”. Axirətə inanmamaqları iman zəifliyindəndir.