Header

Əraf surəsi, 196, 198, 200, 204, 205-ci ayələrinin təfsiri

Aa4a

Əraf surəsi, 196, 198, 200, 204, 205-ci ayələrinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Əraf surəsi, 196-cı ayə: “Şübhəsiz ki, mənim vəlim Kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər!”. İndi, axırzamana işarə edən istiqaməti ilə baxdığımızda nə anlayırıq? Hz.Mehdi (ə.s)-ı, hz.İsa (ə.s)-ı, tələbələrini Allah qoruyar. Türk Millətini Allah qoruyur, Türkiyəyə kommunizmin gəlməsinə,Türkiyənin batmasına, yıxılmasına, bölünməsinə maneə törədən Allahdır. Türkiyə min dəfə batardı, min dəfə bölünərdi. Salehləri Allah qoruyur, bunu görürük. Şeytandan Allaha sığınıram. 198-ci ayə: “Əgər onları doğru yola çağırsanız eşitməzlər”. Biz də bir qisim cins tipləri, xurafatçı dəstəni doğru yola, Qurana çağırırıq: eşitmirlər, anlamırlar. “Sən onları sənə baxar (kimi) görərsən, halbuki onlar görməzlər”.

Məsələn, televiziyada seyr edir, amma anlamır, qavraya bilmir. 199-cu ayə: “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!”. Biz də nə edirik? Asanlıq yolunu mənimsəyirik, dini çətinləşdirməkdən çəkinirik. Quranın sadə izahatına tabe oluruq. “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et”. Adam anlamırsa, biz də ondan üz çeviririk. 200-cü ayə: “Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!”. Allah bizi şeytandan qorusun, şeytanın şərindən, təsirindən qorusun. Çünki şeytanın təsiri var.

Allah bizi dua etdiyimizdə şeytanın təsirindən qoruyacağını söyləyir. Allaha sığınırıq. 204-cü ayə: “Quran oxunduğu zaman, dərhal onu dinləyin və susun”. Məsələn, insanların Quran oxunduğunda dinləməmələri böyük bir bəladır.“Ümid edilir ki, sizə rəhm olunsun!”. Mən məscidlərə gedirəm, molla Quran oxuyur, topluca danışırlar. Ayaqda belə dedi-qodu edir, arı pətəyi kimi, uğultulu olur. Halbuki, Quran oxunduğunda susub dinləmələri lazımdır. Bax, “dərhal onu dinləyin və susun”. Adam nə susur, nə dinləyir. “Axırzamandan, darvinizmdən çox bəhs edirsiniz, başqa mövzuları bizə izah etmirsiniz” deyirlər. Budur izah edirəm. Görməməzliyə vurursunuzsa, təbii ki, anlamazsınız. 205-ci ayə:

“Rəbbini səhər-axşam, yüksək olmayan bir səslə, öz-özünə…” tək, “…ürpərərək…” dərin bir həyəcanla, huşu ilə “yalvara-yalvara zikr et”. Dua, Allahı zikr etmək belə olar. Bir daha söyləyirəm, “səhər-axşam” səhər-axşam nə deməkdir? Günün hər saatında, səhərdən axşama qədər, axşamdan səhərə qədər, həmişə “səhər-axşam, yüksək olmayan bir səslə…” qışqıra-qışqıra deyil, məscidlərdə elələri var ki, qışqıra-qışqıra dua edirlər, Allah bunu istəmir. “Öz-özünə…” tək, “ürpərərək…”, yəni “tüklərin ürpərsin”. Allah Təala: “Elə səmimi dua et ki, onun həyəcanı ilə tüklərin tikan-tikan olsun” deyir. Və “yalvara-yalvara və ürəkdən…” içindən gələrək, coşğu ilə Allahı zikr et, dua et:“qəflətə qapılanlardan olma.”

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313