özəllik

 

Hz. Mehdi (ə.s) geniş çiyinli olacaq, sümük quruluşu isə gənc olacaq

Hz. Mehdi (ə.s)-ın çiyin ucu sümüyü mülayim, iri iki çiyininin arası genişdir.(Bihar :cild: 13, səhifə 8,9,10,11,109,110,112,115,118,119,125,167 və Yenabiul Məvəddət cild: 3, səhifə: 407 və İsbatul Xuda cild: 3 səhifə: 593 və Şərhi Nəçhul Bəlağa(İbni Əbil Hədid) cild: 1, səhifə 281,282 və Ən Nəcm-ağıl Sağıb cild: 1 səhifə 279 və Əl Fusulil Muhimmə səhifə: 289-290 və Elamul Məlumat: cild: 2 səhifə 294 və Umdəti Sahibul Ahbar cild: 2 səhifə 499 və Mucəmi Məlahimi Fitən cild:1 səhifə: 203 – 214 və cild: 3 səhifə 76 – 80)      

2ivdvk2(1)

 

Hz. Mehdi (ə.s)-ın sağ ayağında dərisinin rəngindən tünd bir iz olacaq

Hz. Mehdi (ə.s)-ın ayaqları kök, böyük  olacaq və sağ ayağında dəri rəngindən bir az tünd bir iz olacaq. (Mucem-ul Ehadis-i İmam Mehdi cild: 4 səhifə: 154; Kəmal-ud Din cild: 2 səhifə: 376; Bihar cild: 52 səhifə: 322)

Hz.Mehdi (ə.s)-ın sağ ayağında qara rəngli bir ləkə (xal) vardır.  (Şeyx Məhəmməd İbn İbrahim-i Numani, Qeybət-i Numani səh. 251 )    

36

 

Hz. Mehdi (ə.s)-ın üzü iffət nuruyla və əzəmətlə doludur

Rəsullulah (s.ə.v) buyurdu: “Mehdinin qaş çatığı aypara şəkillidir. Çiyinləri genişdir, dişləri parlaqdır. İncə və gözəl bir burnu vardır. Alnı geniş və parlaqdır. Çiyinləri bir qaya qədər möhkəmdir. Yanaqları daha  az dolğundur və (yuxusuz qaldığından ötəri) bəzən solğundur. Əzələləri qövslü və güclüdür. Saçları qulağının üzərində qıvrılar. Dodaqları mükəmməl və gözəldir, görünüşü  yaxşı və yaraşıqlıdır. Üzü iffət nuruyla və əzəmətlə doludur. Görkəmli bir lider görünüşü vardır. Baxışları fərqlidir, səsi güclü və nəfəs kəsicidir.” (Remembrance of The Beloved, Questions and Answers About Imam Mahdi (p. b. u. h) , By Seyed Husain Husaini)

5