müsəlman
Hörmətli Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı (1 dekabr 2010)
ADNAN OKTAR: “Bunun üzərinə öz vicdanlarına müraciət etdilər. “Həqiqət budur ki; zalım olanlar sizlərsiniz (bizik)” dedilər,” yəni zülm etdiyini bilir. “Sonra yenə köhnə düşüncələrinə qayıtdılar”. Elədir, bəzi insanları razı salarsan, qapıdan çıxar yenidən azar. İzah edərsən “doğrudur, Allah razı olsun” deyər, hətta göz yaşı tökər. “Nə qədər doğru söylədin” deyər. Sanki 10 dəqiqə əvvəl sən izah etməmişsən kimi evə gedər bir də zəng edər baxarsan azmış, başı getmiş, “daha yeni izah etdim” deyirsən. “Yox, tam tərsinə döndüm” deyir. Mehdiyyət bununla da qarşılaşacaq. Bu çox məqbuldur, buna diqqət çəkilmiş olur. Yəni insanlar “eşitdik, itaət etdik” deyərlər. Bir müddət sonra azarlar, tam tərsi olar, heyrətlər içində qalar insanlar da, şok olarlar. Halbuki, o azma payını müsəlmanın hər zaman qoyması lazımdır. O çox sıx rast gəlinən bir şeydir. İzah etdim, doğru yola gəldi deyə əmin olmayacaqsan. Məsələn; “Müsəlmanam” deyər, beş vaxt namaza başlayar. Sabahısı gün, kommunist, dinsiz olduğunu açıqlayar. Şok olmağa heç ehtiyac yoxdur, bu Allahın adətullahında tez-tez rast gəlinən bir vəziyyətdir.
“Sonra yenə köhnə düşüncələrinə qayıtdılar. “And olsun, bunların danışmayacaqlarını sən də bilirsən” deyirlər. Bilirsənsə, o zaman niyə müdafiə edirsən. Deməli, psixopatlıq edənlər məntiqsizliklərini özləri də bilirlər. Şəxs-i mənəviçilər özlərinin də məntiqsiz, nalayiq danışdıqlarını bilirlər. Və yaxud darvinistlər də özlərinin azğın olduqlarını, səhv olduqlarını çox yaxşı bilirlər.
Hörmətli Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı (1 dekabr 2010)
ADNAN OKTAR: “Münafiqlər və ürəklərində xəstəlik olanlar belə deyirdilər: “Bunları (müsəlmanları) dinləri aldatdı.” (Ənfal surəsi, 49) Yəni İslam Birliyi, Türk-İslam Birliyi bunlar yoxdur, mehdiyyət yoxdur, hz. İsa (ə.s)-ın enişi yoxdur, deyir, haşa. “Halbuki, kim Allaha təvəkkül etsə, şübhəsiz Allah, üstün və güclü olandır, hökm və hikmət sahibidir.” Allaha buraxın, Allaha güvənin, cəhd edin, “Allah üstündür və güclü olandır”. O zaman müsəlmanlar üstün və güclü olan olur. Çünki Allah tərəfdarı olduqları üçün “hökm və hikmət sahibidir”, hökm Allahındır, Allahın olacaq; Mehdi (ə.s)-ın çıxışı ilə, “və hikmət sahibidir”, Allah mehdiyyətə hikmət verəcək, inşaAllah.
Adnan Oktarın 18 mart 2011 Kaçkar Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “İnsan əvvəldən, heç bir şey deyilkən, həqiqətən Bizim onu yaratmış olduğumuzu heç düşünmürmü?” deyir Allah. Biz yox idik, indi varıq. Bunu düşünmürsünüzmü, deyir Allah. Düşünmək çox əhəmiyyətli bir ibadətdir. İnsanlar namaz qılır, oruc tutur, zəkat verir, lap yaxşı. Amma düşünmək çox əhəmiyyətli bir ibadətdir. Düşünmənin içində o qədər çox hikmət, o qədər çox dərinlik var ki.
Məsələn, nə deyir Allah; Bəqərə surəsi 269; şeytandan Allaha sığınıram, “Təmiz ağıl sahiblərindən başqası öyüd alıb, düşünməz.” – “De ki; “Korla görən bir olar mı? Yenə də düşünməyəcəksinizmi?” Ənam surəsi 50. Ənam surəsi 80; “Yenə də öyüd alıb düşünməyəcəksinizmi?” Ənam surəsi 126; “Öyüd alıb düşünməsini bilən bir birlik üçün ayələri belə bir-bir açıqladıq.” Yunis surəsi 3; “Yenə də öyüd alıb düşünməyəcəksinizmi?” Hud surəsi 30; “Heç düşünməzsinizmi?” “Ümid edilər ki, qorxub çəkinərlər, ya da onlar üçün düşünmə qabiliyyətini meydana gətirər” Taha surəsi 113. Muminun surəsi 68; “Onlar yenə də o sözü (Quranı) gərəyi kimi düşünmədilərmi? Yoxsa onlara keçmişdə atalarına gəlməyən bir şey mi gəldi?” “İçdən Allaha yönələndən başqası öyüd alıb düşünməz”
Ancaq içdən Allaha yönəldisə, öyüd alıb düşünər, deyir Allah. “Lakin özlərinə gəldikdən sonra öyüd alıb düşünmələri onlara nə fayda… ardı...
Adnan Oktarın Kaçkar Tv–dəki canlı reportajı (29 dekabr 2010)
Adnan Oktar: Taha surəsi, şeytandan Allaha sığınıram. 114-cü ayə; “Haqq olan, tək hökmdar olan Allah Ucadır. Onun vəhyi sənə gəlib-tamamlanmadan əvvəl, Quranı (oxumada) tələsmə və de ki: “Rəbbim, elmimi artır.” Müsəlmanlar da, elmlərinin artması üçün Allaha dua edəcəklər. “Rəbbim, elmimi artır” deyəcəklər. Biz də Allaha deyirik; “Rəbbim, elmimi artır”. “Quranı (oxumada) tələsmə” deməli, Quran oxunarkən düşünərək, təfəkkür edərək, yavaş-yavaş oxumaq lazımdır, anlayaraq. “And olsun, Biz bundan əvvəl Adəmə əhd vermişdik, lakin o, unutdu. Biz onda qətiyyət görmədik.” Adəm (ə.s)-da Allah iki şeyə diqqət çəkir. Bir, verdiyi sözü unutması, iki qətiyyətli olmaması. Qətiyyət görmədik, Allah deyir. Müsəlmanın yaddaşı çox güclü olacaq, diqqəti çox iti olacaq, ikincisi qərarlı olacaq. Dini yaymada, İslam Birliyində, Türk-İslam Birliyində, Allahı sevmədə, Allah qorxusunda, Qurana xidmətdə qərarlı olacaq, heç bir şəkildə diqqəti dağılmayacaq, inşaAllah.
Adnan Oktarın Kaçkar Tv-dəki canlı müsahibəsindən (15 dekabr 2010)
Adnan Oktar: Əraf surəsi, 128. Şeytandan Allaha sığınıram, “Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin””. Müsəlman həmişə Allahdan kömək istəyəcək. Hər yardım diləməsi həm savabdır, ibadətdir, həm də ürəyini açar, həddən artıq gözəl bir ibadətdir. “Və səbir edin”. Yaxşı əxlaqda səbir etmək, təbliğdə səbir etmək, dostluqda səbir etmək. Məsələn, müsəlmanların bir-birlərini sevməsi Allahın bir əmridir, ona görə də müsəlmanlar bir-birlərini sevər. Amma ildə bir dəfə görüşürsə insan, bu normal bir hərəkət deyil. Bu səmimi sevgi deyil, əgər sevirsə. Səhabələr nə edirdi? Həmişə görüşürdülər, həmişə bir-birlərini sevirdilər. Səhabə sevgisini əgər nümunə götürürlərsə müsəlmanlar, bir-birlərinə düşkün olmalı və bir-birləri ilə görüşməlidirlər.
Çox nadir görüşmək istəyirsə, görüşmək istəmirsə, demək ki, Allah ürəyindən sevgini almışdır. Bu nə deməkdir? İman zəifliyi və ağıl zəifliyi deməkdir, bunun başqa izahı yoxdur. Baxsınlar bir müsəlmana, əgər onun müsəlman qardaşlarına qarşı içində bir sevgi yoxdursa, onlarla söhbət etməkdən narahat olursa, onlara yaxın olmaqdan narahat olursa, imanı xəstədir. Buna görə də, dediklərində səmimi deyil, izah etdikləri də səmimi deyil. Həm Risalə-i Nura dəvət edəcəksən, həm Qurana dəvət edəcəksən, həm Rəsulullah (s.ə.v)-in… ardı...