Hz Mehdi(əs)

Hörmətli Adnan Oktarın 20 dekabr 2013-cü il tarixli söhbətindən, Allahın zər aləmində bütün peyğəmbərlərdən hz. Mehdi (ə.s)-a kömək etməklərinə dair əhd aldığına işarə edən ayələrin şərhi.

DİDƏM ÜRƏR: Bir ayə oxumaq istəyirəm. Ali-İmran surəsi, 81-ci ayə. Şeytandan Allaha sığınaram: “Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”– deyə əhd almış və: “Razısınızmı, Mənim bu əhdimi qəbul edirsinizmi?”– demişdi. Onlar: “Razıyıq!”– demişdilər. (Allah da): “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”– demişdir.”

ADNAN OKTAR: MaşaAllah. Deməli, təbliğatçı, islahatçı bir hz. Mehdi (ə.s) gələcək, inşaAllah. Hər hansı peyğəmbərə də, ona da Peyğəmbərimiz (s.ə.v)-ə köməkçi olmadı. Amma orada hz. İsa (ə.s)-a da xitab var. Lakin hz. İsa (ə.s)-ın kömək edəcəyi kim var? Hz. Mehdi (ə.s) var, inşaAllah. Ayə əsasən buna işarə edir inşaAllah, Allahualəm.Ona mütləq inanıb yardım edəcəksiniz”– deyə (bütün peyğəmbərlərdən) əhd almış…” Məsələn,hz. Nuh (ə.s)-dan, hz. İbrahim (ə.s)-dan hz. Musa (ə.s)-dan, Məryəm oğlu İsa (ə.s)-dan əhd alınmışdır. Amma məhz burada çox əhəmiyyətli bir məqam var, çünki “səndən” deyir.

Bir də Peyğəmbərimiz (s.ə.v)-dən də əhd alır Allah. Allah hələ zər aləmində ikən: Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə.”-deyir.Yəni… ardı...

 

 

 

“Göydən bir əlin uzanıb, bu, hz. Mehdi (ə.s)-dır, ona tabe olun deməsi”

Qeza (N. b. Hammad) Zühridən belə rəvayət etdi: “…Səmadan belə bir səs eşidilər: “Allahın övliyası filankəsin əshabıdır”. (Yəni hz.Mehdi (ə.s) nəzərdə tutur).

Əsma binti Ümeys belə dedi: “O günün əlaməti səmadan uzadılmış və insanların ona baxıb qaldığı bir əldir.”1

“…Məhz o vaxt səmadan özünü bəlli edən bir əl görünər…”2

“SƏMADAN BİR ƏL ZÜHUR EDƏNƏ KİMİ və “əmiriniz Mehdidir” şəklində bir nida eşidilənə kimi nifaq və ixtilaflar davam edəcək.O GÜNÜN ƏLAMƏTİ: SƏMADAN BİR ƏL UZANACAQ və insanlar ona baxacaq və görəcəklər.”3

 

Əlini qoynundan çıxartdı və o, baxanlar üçün ağappaq parlaq bir əl oldu. (Əraf surəsi, 108)

 

R0093Peyğəmbərimiz (s.ə.v) hədislərində, hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl insanlara hz. Mehdi (ə.s)-ı tanıdacaq əlamətlərdən birinin də, “səmadan uzanacaq olan bir əl” olacağını xəbər vermişdir. Yenə hədislərə görə, “insanlar bu əli görəcək, ona baxacaqlar”. Hədislərdə səmadan uzanan bu əl ilə yanaşı insanlara “Allahın övliyası filankəsin əshabı olan hz. Mehdi (ə.s) budur” deyə səsləniləcək. Məhz insanlara səslənən bu səs hz. Mehdi (ə.s)-ın səsi olacaq. “Hz. Mehdi (ə.s), hz. Mehdi (ə.s) olduğunu iddia etməyəcək amma hz. Mehdi (ə.s)-ı ən yaxşı tanıyan adam kimi,… ardı...

 

PKK terroru hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindəndir

“FƏRAT ÇAYININ SULARI ÇƏKİLƏRƏK ALTINDAN BİR DAĞ ORTAYA ÇIXACAQ, İNSANLAR BUNU ƏLDƏ ETMƏK  ÜÇÜN VURUŞACAQ VƏ HƏR YÜZ ADAMDAN, YALNIZ BİRİ HƏYATDA QALACAQ. Bu zaman gələnə qədər qiyamət qopmaz. ” (Müslim, Fiten, 29)

 

 FƏRAT ÇAYININ QIZIL BİR DAĞ ÜZƏRİNDƏ AÇILMASI YAXINDIR. İnsanlar bunu eşidəndə ona gedəcəklər və onun yanında olan insanlar, “bundan bir şey alınmasına icazə versək, bunun hamısı götürülər” deyəcək. Ardınca ONUN ÜÇÜN MÜHARİBƏ EDƏCƏKLƏR VƏ HƏR YÜZ ADAMDAN DOXSAN DOQQUZU ÖLDÜRÜLƏCƏK. ” (Müslim, Fiten, 29)

 

(Müslim, Fitən, 29)

 

İNSANLAR ONUN ÜÇÜN MÜHARİBƏ EDƏCƏK VƏ HƏR YÜZ ADAMDAN DOXSAN DOQQUZU ÖLDÜRÜLƏCƏK, ONLARDAN HƏR ADAM “KAŞ Kİ, XİLAS OLAN MƏN OLAYDIM”, deyəcək buyurmuşlar. (Sahih-i Müslim, 11/320)

Fərat çayı ilə əlaqədar bu hədislərdə Axırzamanda bu bölgədə yaşanacaq qarşıdurmalara və bu əsnada çox sayda insanın həyatını itirməsinə diqqət çəkilmişdir. Bilindiyi kimi Fərat çayının suyunun kəsilməsi hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biridir.

Xüsusilə Fəratın üzərində qurulan su anbarları ilə, suyunun nəzarət altına alınması, yəni hədisdə istifadə olunan ifadə ilə “sularının çəkilməsi” hadisəsi mətbuatda;

 

“NƏHƏNG FƏRAT DOĞULDUĞU YERDƏ DAYANDI.” Kimi başlıqlarla  nəşr edildi.

 

keban
firat 0411_1973
Hürriyet Gazetesi, 4 Kasım 1973

 

Bu strateji vəziyyət hədisdə bildirildiyi kimi PKK terrorunun şiddətini yaxşıca artırmasına səbəb olmuşdur. Hədisdə; “hər yüz adamdan doxsan doqquzu öldürüləcək” ifadəsinin istifadə edilməsi isə burada çox böyük bir qırğının olacağını vurğulamaq üçündür.