işarələr

Adnan Oktarın 7 yanvar 2010-cu il tarixli Çay TV və Kahramanmaraş Ağsu TV müsahibəsindən

 

Adnan Oktar: Yusuf bildiyin kimi gözəllərin ən gözəli idi, möhtəşəm gözəl, çox yaraşıqlı aslan olan bir cavan idi, qadınların onun gözəlliyindən nəfəsləri kəsilirdi. Qadınlar onun gözəlliyindən əllərini kəsdilər, elə deyilmi? Meyvə əvəzinə əllərini kəsdilər və qadın da hz. Yusufa yaxınlaşmaq istədi, hətta təcavüz etməyə qalxdı. O aslanlar aslanı, o nur insan qadından qaçındı.

Ey Rəbbim mən həbsə razıyam bunları mənə etməsinlər dedi. Mən zina istəmirəm, qeyri qanuni bir əlaqə istəmirəm dedi. Baxın birincisi zinanı qəbul etmədiyi üçün 7 il həbs çəkdi. Mənim aslanım. 7 il. Allah ona peyğəmbərlik mərtəbəsi verdi. Mənəvi dərinlik verdi. Baxın iffət abidəsi. Görürsənmi aslanım mənim maşaAllah. Abidə deyərkən yəni təmsilən, onu təmsil edən bir varlıq inşaAllah. Görürsənmi o qardaşlarının saxtakarlığını, saxtakarlıq deməyim, Allah bağışlasın çünki hz. Yusuf o zaman bağışlamış biz də bağışlayırıq. Allah bağışlasın.

Atanızın yanına qayıdın və deyin: “Ey atamız! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə şahidlik etdik. Biz qeybi bilənlər deyilik” Bax görürsənmi? İndi dövrümüzdə də bu var. Yəni o dövrdə də olub. Və müsəlman olduğunu iddia edərək böhtan atırlar. “Olduğumuz kənddən və birlikdə gəldiyimiz karvandan soruş. Biz, həqiqətən də, doğru danışırıq”. Halbuki doğru danışmırlar.… ardı...

 

Adnan Oktarın 24 dekabr 2009-cu il tarixli Çay TV və Maraş Ağsu TV müsahibəsindən

Adnan Oktar: Şeytandan Allaha sığınıram, Ənam surəsi,De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq” – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” Məsələn, bəzən xərçəng xəstəliyinə tutulur dua edir keçir, birdən azır yenidən nizamı pozulur. Və yaxud bir qəzaya uğrayır, dua edir yol qəzasını dəf edir.

Bu şiddətli ərköyün bir haldır. Halbuki insanın başına belə bir şey gəldiyində Allaha daha şiddətli, daha qərarlı dönər. Amma bəzi kəslər tam tərs bir rəftar göstərərlər. De: “Ondan və bütün başqa sıxıntılardan sizi Allah xilas edir. Sonra siz yenə də şərik qoşursunuz””. Mən xilas oldum deyir, elə gözüaçıq, cəld idimki qurtuldum deyir. Çox yaxşı bir həkim tapdım deyir, yaxşı da pul verdim məqsədəuyğun xəstəxananı tapdım, məni qurtardılar deyir. Halbuki onu Allah qurtarar, ən yaxşı xəstəxanaların meyitxanaları doludur. Yəni hara xilas olursan, elə deyilmi? Hər gün oradan insan ölüsü çıxır.

Ənam surəsi, 82-ci ayə: “İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” İman ediləcək, amma zülmlə qarışdırılmayacaq, məsələn iman edir, amma əxlaqsızlıq edir, zülm edir, insanları tərsləyir. Allaha şükür edir, Allahdan bəhs edir, hətta namaz… ardı...

 

Adnan Oktarın 9 yanvar 2010-cu il tarixli Kral Qaradəniz və Kanal 9 müsahibəsindən

 

Adnan Oktar: Rum surəsi, Rəhman və Rəhm olan Allahın Adıyla, Şeytandan Allaha sığınıram. “Əlif, Lam, Mim! Rumlular məğlub oldular”. Rum diyarı. Əvvəllər Rum haraya deyirdilər? İstanbula. “Əlif, Lam, Mim! Rumlular məğlub oldular”. Yəni İstanbuldakı darvinistlər və materialistlər, ateistlər məğlub oldu. Əbcədi 1980-ci il tarixini verir. Mehdi (ə.s.)-ın çıxış tarixini verir. Hər kəs baxsın hərf-hərf. “Ən yaxın bir yerdə. Lakin onlar (bu) məğlubiyyətlərindən sonra qalib gələcəklər. Bir neçə ilin içində”. Baxın, “Bundan əvvəl də, sonra da əmr Allahındır”. Yəni mütləq güc Allaha aiddir. “O gün möminlər sevinəcəklər”. Əbcədi 2010-cu il tarixini verir.

 

Adnan Oktarın 21 noyabr 2009-cu il tarixli Kral Qaradəniz və Kanal Urfa müsahibəsindən

 

Adnan Oktar: “Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk”. Bu ayənin əbcədi əsrimizə işarə edir. Bununla yanaşı Mehdiyə də işarə edir. Çünki Kəhf surəsi Mehdi ilə əlaqəli bir surədir. Peyğəmbərimiz axırzamanda Əshabu-Kəhfin Mehdinin köməkçiləri olduğunu bildirmişdir. Bu nə deməkdir? Kəhf surəsi və Mehdi iç-içədir. “Kafirlər isə batil dəlilləri ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər”. Bu da kimdir? İddia edilən Ergenekon Təşkilatı, yəni dəccaliyət. “Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər. Rəbbinin ayələri yadına salınarkən …”. Məsələn, biz də, ayələri xatırladırıq. “Onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər?” Üz döndərir məsələn, izah edirsən, amma dinləmək istəmir. Öz işinə baxmaq istəyir. “Əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər?” Məsələn, yaxşılıqlar da etmiş, amma onları da unutmuş, gözəl ibadətləri olmuş, gözəl hərəkətləri olmuş onlardan da imtina etmiş. “Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik”. Bu mütəşabeh deyil. Allah bu insanları anlamayacaq, qavramayacaq şəkildə yaradır. Yəni “ölüdürlər” deyir. Allah: “Siz onu diri zənn edərsiniz” deyir. Allah onsuz da mövzuya açıqlıq gətirir, yəni bunlar yeriyən ölüdürlər. “Qulaqlarına da… ardı...

 

Adnan Oktarın 12 noyabr 2009-cu il Çay TV və Maraş Aksu TV-dəki reportajından

 

ADNAN OKTAR: Baxın, yenə Axırzaman üçün, şeytandan Allaha sığınıram, Rəhman Rəhim olan Allahın adıyla: “De ki: Ey kafirlər”— ateistlər, masonlar, kommunistlər, faşistlər, yəni hamısı. “Mən sizin tapındıqlarınıza tapınmaram”. Yəni sizin ideologiyanıza, inancınıza qətiyyən inanmaram. “Mənim tapındığıma da siz tapınacaq deyilsiniz”. Siz də müsəlman olmursunuz. “Mən də sizin tapındıqlarınıza tapınacaq deyiləm” heç bir şəkildə o inanca yanaşmaram. Allah bir daha vurğulayır: “Siz də mənim tapındıqlarıma tapınacaq deyilsiniz”.  Altıncı ayə baxın, demokratiyanın təməl dəlilini verir: “Sizin dininiz sizə, mənim dinim mənə”. Mən sizə qarışmaram, siz də mənə qarışa bilməzsiniz. Quran hər kəs fikirində azaddır deyir. Baxın Axırzamandakı hadisəyə dəqiq cavab. Baxın “Sizin dininiz sizə, mənim dinim mənə”. Sən kommunistsənsə, faşistsənsə və ya masonsansa sən öz inancında qala bilərsən. Mən də müsəlmanam öz inancımda qalaram. Sən mənə təzyiq edə bilməzsən, mən də sənə təzyiq etmərəm. Hər dövrə işarə edər, amma Axırzamana da edir. Çünki əbcədlərinə baxdığımızda Axırzamanı verir.