axirət

ADNAN OKTARIN KAHRAMANMARAŞ AKSU TV-DƏKI CANLI REPORTAJI (6 DEKABR 2010)

 

“Artıq onların tapınmaqda olduqları şeylər mövzusunda, əsla şübhədə olma. Daha əvvəllər, ataları necə tapınırdılarsa, onlar da ancaq elə tapınırlar. Şübhəsiz Biz, paylarını azaltmadan onlara ödəyəcək olanlarıq”. (Hud surəsi, 109)

 

Quran hər zaman keçərli olan bir Kitabdır. Qiyamətə qədər keçərlidir.

 

Baxırıq darvinizm, materializm var. Bu inancın mənşəyinə baxırıq. Bunlar nəyə inanırlar? Atomun ağıl sahibi olduğuna inanırlar, yəni hər atomun Allah kimi ağıllı olduğuna inanırlar. (Allahı tənzih edərik) Yəni belə bir batil dindir. Və o ağılla atomların bir araya gəldiyinə, şüursuz atomların, görməyən atomların bir araya gəlib gözü meydana gətirdiyinə, eşitməyən atomların bir araya gəlib eşitməni meydana gətirdiyinə, dadmağı bilməyən atomların dadmağı meydana gətirdiyinə, ağılı bilməyən atomların da bir araya gəlib ağlı meydana gətirdiyinə inanan bir batil dindir; darvinizm, materializm. Nə zamandan bəri? Şumerlərdən bəri və daha da qədim. Qədim Misirdə şumerlərdən qalan bir bütpərəstlik dinidir. “Daha əvvəllər, ataları necə tapınırdılarsa”, necə darvinist və materialist düşüncələr içindədirsələr.

 

Məsələn, Firon nə deyirdi? “Nilin palçığından canlılar təsadüflər nəticəsində meydana gəldi. İnsanlar və bitkilər, heyvanlar hamısı Nilin palçıqlarından meydana gəldi” deyirdi. Şumerlər nə deyirdi? Bütün canlılar, heyvanlar, bitkilər təsadüflər nəticəsində və təkamüllə meydana gəldi deyirdilər. İndikilər nə deyirlər? Eynisini deyirlər. Allah… ardı...

 

Adnan Oktarın 26 fevral 2011 Kahramanmaraş Aksu Tv və Qaziantep Olay Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Nur surəsi, Şeytandan Allaha sığınıram. “Diqqətli olun, göylərdə və yerdə olanların hamısı Allahındır.” Deməli, şəxsə aid bir mal yoxdur. “O, üzərində olduğunuz şeyi əlbəttə bilər və Ona qayıdacaqları gün etdikləri özlərinə xəbər veriləcək. Allah hər şeyi biləndir.” Bizə bəlkə kiçik bir kristal parçası kimi bir şey veriləcək, bir yaddaş. Bütün həyatımızı ehtiva edən bir yaddaş. Bütün söhbətlərimizi, bütün təsvirlərimizi ehtiva edən yaddaş. Orada, o kanalla bizim bütün etdiklərimiz bizə göstəriləcək. İman edənlər sağ əllərinə götürürlər, iman etməyənlərin sol əllərinə verilir. Əgər sağ əlindədirsə, o rahatlaya bilər. Onun üçün Quran mədəniyyəti, Quran məlumatı çox əhəmiyyətlidir. Quranı yaxşı bilən, axirətdə də o istiqamətiylə çox rahatlayar. Çünki, məsələn, o kiçik kitab bütün məlumatları ilə sağ əlinə verilir; kitab deyirəm artıq anlayın deyə söyləyirəm, məlumat xəzinəsidir. O insan mütləq cənnətə gedəcək deməkdir. Məsələn, ön tərəfində işıq varsa və sağ tərəfində də işıq varsa mütləq cənnətə gedəcək deməkdir. Allah; “qüvvətlə ümid edərlər” ümid edərlər, deyir. Və heç bir şəkildə mömin axirətdə sıxıntı duymaz. İnsan zənn edir ki, ölərkən canı yanar və yaxud qorxar. Heç bir şey olmur, Allah onların heç birini hiss etdirmir. Çünki imtahanı bitdiyi üçün, imtahan bitdikdən… ardı...

 

Adnan Oktarın 18 may 2011 A9 Tv, Aks Tv və Tv Kayseridəki canlı söhbətindən

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah “Bizim zikrimizə arxa çevirən və dünya həyatından başqasını istəməyəndən üz çevir” deyir. Yəni əhli-dünyadırsa, özünü dünyaya verdisə, axirətlə maraqlanmırsa, onda bir dərinlik olmaz, gözəllik olmaz; şəfqət, mərhəmət olmaz; eqoizm, eqoistlik olar. Onunla sən onsuz da rahat yaşaya bilməzsən, gözəllik tapa bilməzsən. Allah, “üz çevirin, yoldaş olmayın. Allah əlaqə qurmağınıza ehtiyac yoxdur” deyir. Çünki Allaha inanan, Allahı sevəndə dərinlik vardır, gözəllik vardır, ağıl vardır, şəfqət vardır, qoruyuculuq vardır, köməksevərlik vardır, səxavət vardır, haldan anlama vardır, bağışlayıcılıq vardır. Bunlar hamısı bir-birindən gözəldir və ruhun qidasıdır. Ruh onunla rahatlayar, gözəl əxlaqla rahatlayar. Ruh tərslik gördükcə sıxılar. Sevgi gördükcə, qardaşlıq gördükcə; dürüstlük, düzgünlük gördükcə, səmimiyyət, sirdaşlıq gördükcə rahatlayar, amma əksi olanda sıxılar, insan xoşbəxt ola bilməz.

 

Adnan Oktarın 25 may 2011 A9 Tv və Kaçkar Tv-dəki canlı söhbətindən

Şeytandan Allaha sığınıram; Taha surəsi, 123 “Artıq sizə Məndən bir yol göstərici gələcəkdir; kim Mənim hidayətimə uyarsa” hz. Mehdi (ə.s)-a uyarsa “artıq o azmaz və bədbəxt olmaz.” Əbcədi; 1982 tarixini verir. “Artıq sizə Məndən bir yol göstərici gələcəkdir”; 1982. Açıb baxsınlar, Taha surəsi 123. “Kim də Mənim zikrimdən üz çevirsə, artıq onun üçün sıxıntılı bir dolanışıq vardır” iqtisadi böhran, “və Biz onu qiyamət günü məşhərə kor olaraq gətirərik” deyir Allah. Çünki onlar; “təsadüfən göz yaradıldı” deyir. Təsadüfən yaradılmış gözün necə olacağını görəcəklər axirətdə. Çəp və kor; təsadüfən olunca, elə olar. Çünki “ruh yoxdur” deyirlər. O zaman kimdir görən? İnanmayanlar qaranlığı görəcəklər, inşaaAllah.

qurani-kc999rim-3

 

Adnan Oktarın 19 aprel 2011 A9 Tv və Olay Tv-dəki canlı söhbətindən

 

ADNAN OKTAR: Saffat surəsi, 12 “Xeyr, sən (bu möhtəşəm yaradılışa və onların inkarına) təəccüblədin.” Bunlar necə inkar edir deyə, müsəlmanlar təəcüblənir, deyilmi? “Bu möhtəşəm yaradılışa təəccübləndin” deyir Allah. “Bu ehtişama, xromosomlardakı quruluşa, atomun quruluşuna, hüceyrənin quruluşuna, hamısına təəccübləndin”. “Və onların inkarına təəccübləndin” deyir. “Onlar isə lağ edirlər.” “Öz ağıllarına uyğun lağ edirlər” deyir Allah “Onlara öyüd verildikdə, öyüd götürmürlər. Bir ayə (möcüzə) gördüklərində də, lağ mövzusu edib əylənirlər.” “Heç cür qəbul etmirlər” deyir Allah “Bu, açıqca bir cadudan başqası deyildir” dedilər. “Biz öldüyümüz, torpaq və sümük olduğumuzda mı, həqiqətən biz mi dirildiləcəyik?”  “Və ya əvvəlki atalarımızda mı?” De ki: “Bəli, üstəlik boyun bükmüş kəslər olaraq (dirildiləcəksiniz).” “Həm də yazıq mövqedə qaldıracağam size” deyir Allah.

4

“Məhz o, təkcə dəhşətli bir səs olacaq; artıq özləri (dirildilmiş olaraq) görməyə başlayacaqlar. ” deyir. Bir qışqırıq səsiylə, heyrət qışqırığı atacaqlar, inşaAllah, bir qışqırıq səsi eşidiləcək, ayənin bir işarəsi də budur, bir də baxacaqlar ətrafa, dümdüz bir ərazi, ayaq üstədirlər. “Baxıb dayanırlar” Allah, təəccüblənir, heyrətlənirlər ətrafa nə oldu deyə. “Dedilər ki, vay halımıza! Bu ki, Haqq-hesab günüdür!” Nəzərdə tutulan bu imiş, həqiqətən deyilənlər doğruymuş deyirlər.

“Bu, sizin yalanladığınız… ardı...