Skip to content

Açıq Quran — ərəb əlifbası ilə ayələr, isti işıqda

Ərəb Dilində Olan Ayələrin Mənası və Təfsirin Doğruluğu Haqqında Bilinməsi Vacib Olan Şeylər

Açıq Quran — ərəb əlifbası ilə ayələr, isti işıqda

Ərəbcə olan mətni tam başa düşmək, yəni onu düzgün tərcümə etmək üçün bəzi məqamlara diqqət yetirilməlidir:

1) Ərəbcə sözlərin istifadəsini nəzərə almaq

Günəş işığında açıq Quran — ərəbcə mətnin düzgün başa düşülməsi

Qadınlar üçün təsəttür meyarlarını tam müəyyən etmək üçün diqqət yetirilməsi vacib olan mövzuda ərəbcədə “örtük” sözünün necə işlədilməsidir. Ümumiyyətlə, ərəb dilində “örtük” sözü, örtüləcək obyektlə yanaşı vurğulanaraq işlənir. Məsələn, “örtük” sözünün yanına “masa” sözü əlavə olunduqda “masa örtüsü” olur, “örtük” (“xımar”) sözünün yanına “baş” (“rə’s”) sözü əlavə olunduqda “xımaru-rə’s”, yəni “başörtüsü” sözü yaranır. Əgər Quranda, qadınların başını örtmələri bildirilsəydi, işlədilən ifadələrdən biri də “xımaru-rə’s” olardı. Qurani-Kərimin Maidə surəsinin 6-cı ayəsində dəstəmazla bağlı “baş” kəlməsi başın məsh edilməsi baxımından “rə’s” ilə vurğulanır.

“Ey iman edənlər! Namaza duracağınız zaman üzlərinizi, dirsəklərlə birlikdə əllərinizi yuyun, başınıza məsh çəkin və ayaqlarınıza da…” (Maidə surəsi, 6)

Ərəbcə oxunuşu: “Ya eyyühellezıne amenu iza kuntüm iles salati fağsilu vücuheküm ve eydiyeküm ilel merafikı vemsehu bi ruusiküm.”

Göründüyü kimi, əgər Allah, qadınlara hicab taxmağı əmr etsəydi, bu əmr Quranda açıq şəkildə bildirilmiş olardı. Ancaq qadın geyimi ilə bağlı ayələri araşdırdıqda Quranda “baş” sözünə aid belə bir vurğunun olmadığını görürük.

2) Qurandakı sözlərin digər ayələrlə araşdırılması

Quran səhifələrinin yaxın planı — sözlərin digər ayələrlə müqayisəsi

Qurani-Kərimi araşdırarkən, ayədəki müvafiq sözün başqa sözlərlə necə işlədildiyinə və bu sözün digər ayələrdə necə keçdiyinə də baxmaq lazımdır.

Nur surəsinin 31-ci ayəsində, “xımar” (“örtmək”) sözünün yanında işlənən və mövzunu vurğulayan söz “cuyub” sözüdür ki, yuxarıda araşdırdığımız kimi, bu sözün işlədildiyi bütün digər ayələrdə “sinə” hisəsi üçün işlədilmişdir. Buna görə də, örtülməsi lazım olan yer sinədir.

3) Ərəbcə sözlərə mötərizə içində məna əlavə edərkən diqqətli olun

Yaşıl üzlü açıq Quran — tərcümə və təfsirə diqqət

Ərəb dili, çox geniş bir dildir və bir çox başqa dillərə nisbətən zəngin mənalar və sözlər çoxdur. Çox az sözlə çox şey izah etmək olur və bir sözün çox fərqli istifadəsi və buna görə də, fərqli mənaları olur. Məhz bu səbəbdən, ayənin mənasının aydın olmasına baxmayaraq, bir çox təfsirlərdə mötərizədə şərhlər əlavə edilir və tərcüməçinin şəxsi təfsirinə uyğun fikir irəli sürülür.

Nəzərə alın ki, Quranı tərcümə edənlərin bəziləri klassik islam anlayışına sahib insanlar olduqlarına görə və ya bu şəxslərin tərcümələrinə etibar edildiyinə görə, ayələrin tərcümələrinə edilən şəxsi şərhlər də, əsasən qəbul edilir və mövzular hədislərə uyğun şərh edilir. Bu təfsirçilər mötərizə və ya izahlarla ayənin mənasını – bilərəkdən və ya bilməyərəkdən – uydurma hədislərin mənalarına uyğun dəyişirlər.

Nur surəsinin 31-ci ayəsinin mealda tərcüməsini araşdırdıqda görürük ki, ayənin heç bir yerində “bas örtüsü” ifadəsi keçmədiyi halda, təfsirçilər mötərizədə və ya birbaşa mətnin özündə “bas örtüsü” sözünü işlədirlər. Ayədə “baş” sözü, yəni “rə’s” sözünə qəti şəkildə rast gəlinməməsi və “örtük” sözü “sinə” sözü ilə birlikdə işlənməsinə, yəni örtülməsi lazım olan yerin sinə olduğunu açıq şəkildə bildirilməsinə baxmayaraq; “hər hansı bir örtük” mənasını verən “xımar” sözü sanki “baş” sözü ilə birlikdə işlənirmiş kimi “baş örtüsü” olaraq tərcümə olunur. Məhz bu səbəbdən, ayədəki hökm dəyişdirilmiş, dəyişdirilən hökm bu şəkildə yayılaraq ənənəyə çevrilmiş və qadınların baş örtüsü taxması nəticəsinə gəlmişlər.

Lakin sonradan təfsirçilər tərəfindən əlavə edilən bu təfsir aradan qaldırıldıqda, ayənin “sinə” nahiyəsinin örtülməsinə işarə etdiyi aydın olur. Ayəni birbaşa oxuyan hər kəs bu məna ilə qarşılaşar.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis hədislər Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet istəmək izah küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə Türk İslam Birliyi təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam aləmi İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz