Header

Peyğəmbərimiz (s.ə.v) müsəlmanların diqqətini münafiqlərə çəkir

Aa4a

Peyğəmbərimiz (s.ə.v) müsəlmanların diqqətini münafiqlərə çəkir

Əli İbn Əbu Talibin (Kərramallahu vəchəh) bildirdiyinə görə Rəsulullah (səllallahu əleyhi vəsəlləm) belə buyurmuşdur:

“MƏN ÜMMƏTİM HAQQINDA BİR MÖMİN VƏ YA MÜŞRİKDƏN QORXMURAM. ÇÜNKİ, MÖMİNLƏR (pis əməllərdən) İMANI ƏNGƏLLƏYƏR. MÜŞRİKLƏR DƏ KÜFRÜ DƏF EDƏR. LAKİN ƏSL DİLBAZ MÜNAFİQDƏN NARAHAT OLURAM. ÇÜNKİ O, SİZİN XOŞUNUZA GƏLƏCƏK ŞEYLƏR SÖYLƏYƏR , AMMA XOŞUNUZA GƏLMƏYƏCƏK İŞLƏRİ EDƏR. ” (Hədisi Təbərani, əl-Mucəmul-övsat və əl-Mucəmus-sağir, Elm Kitabı, Münafiqin polemikası, səh. 512)

0282

Peyğəmbərimiz (s.ə.v) hədisi-şərifində müsəlmanların diqqətləri “dilbaz münafiqlər” olaraq xarakterizə etdiyi kəslərə çəkmişdir. Bilindiyi kimi, münafiqlər müsəlmanlar arasında hiyləgər kimi yaşayıb onlara özlərini müsəlman kimi tanıdan, onların imkanlarından istifadə edən və mənfəət qazanmaq məqsədində olan kəslərdir. Əslində Allaha iman etmədikləri halda özlərini iman etmiş kimi göstərən münafiqlər hz. Mehdi (ə.s) dövründə də, hz. Mehdi (ə.s)-ın 313 nəfərdən ibarət camaatı içində də olacaqlar. Necə 1400 il əvvəl sevimli Peyğəmbərimiz (s.ə.v)-ə və səhabələrinə qarşı münafiqlik içində olarlarsa, eyni şəkildə hz. Mehdi (ə.s) və camaatındakı səmimi müsəlmanlara qarşı da eyni hiyləgər hərəkətlərlə İslama qarşı mübarizə edəcəklər. Günah, fəsad və qarışıqlıq çıxarmaq, müsəlmanları bir-birlərinə qarşı qoymaq, dini və müsəlmanları (haşa) özlərincə lağ etmək kimi üsullar istifadə edərək İslama qarşı mübarizə edəcəklər.

Quranda münafiqlərin danışma üslubları Allahın diqqət çəkdiyi bir istiqamətləridir:

Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər! (Munafiqun surəsi, 4)

Peyğəmbərimiz (s.ə.v) hədisi-şərifində ayədə olduğu kimi münafiqlərin bu tərəflərinə diqqət çəkmişdir. Danışılan kəslər danışqanlıqlarını və hazırcavablılıqlarını dinin lehinə deyil, İslamın əleyhinə istifadə edərlər. Din və müqəddəs dəyərlərlə əlaqədar olaraq lağ üslubuna keçərlər, nalayiq zarafatlar edərək insanları güldürmə səyi içində olarlar. Ancaq bu etdikləriylə əslində Qurana və Allahın dininə qarşı hiyləgərcəsinə mübarizə edər və inkar edənlərin müsəlmanlara qarşı etdikləri mübarizədə onlara dəstəkçi olarlar.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313