tələbələr
ADNAN OKTARIN KAHRAMANMARAŞ AKSU TV VƏ QAZİANTEP OLAY TV-DƏKİ CANLI REPORTAJI (4 DEKABR 2010)
ADNAN OKTAR: Buruc surəsi. Rəhman Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınıram. Təbii ki, ilk Peyğəmbərimiz (s.ə.v)-in zamanındakı mənaları ayrıdır, Axırzamana baxan mənaları ayrıdır. Mən daha çox Axırzamana işarə edən tərəfiylə baxıram. Amma təbii ki, üçüncü, dördüncü mənaları olur, beşinci mənaları olur, çox mənası var.
Rəhman Rəhim olan Allahın adıyla.
“Bürcləri olan göyə and olsun,” Biz indi hansı dövrdəyik? Dolça; Dolça bürcü dövründəyik. Daha əvvəl Balıq bürcü vardı. Quranda nə deyir? Balıq, hz. Musa (ə.s)-ın yanında olan balıq suya girib, qaçır. Balıq bürcü bitir. Dolçanı, Yusif (ə.s)-ı götürməyə gələn qrup, dolçanı aşağı salır. Bax, Allah “dolça” deyir, dolça sözünü xüsusilə söyləyir. Tas, qab demir, ip salladılar demir, hər hansı bir şey demir, Allah dolçanı xüsusilə vurğulayır. “Dolçanı” deyir, “aşağı saldılar və Yusifi oradan götürdülər” deyir. Dolça dövründə Mehdi (ə.s) ortaya çıxır, inşaAllah. “Və o vəd edilən günə,” Mehdi (ə.s)-ın çıxış günü, İsa (ə.s)-ın eniş vaxtı, Qiyamət. “Şahid olana (görənə) və şahid olunana” şahid olan kimdir? Mehdi (ə.s)-dır, şahid olunan kimdir? Bütün müsəlmanlardır, inşaAllah.
Eyni zamanda şahid olan xalqdır, amma şahid olunan da Mehdi (ə.s)-dır, yəni hər ikisi. “Məhv olsun Əshabi-Uhdud” Allah deyir. “Məhv… ardı...
Adnan Oktarın 24 iyul 2010-ci il tarixli HarunYahyaTv müsahibəsindən
Adnan Oktar: … Kəhf surəsi. Şeytandan Allaha sığınıram. Bax, deyir ki, “…onların qəlbinə qüvvət verdik”. Səbir və qətiyyət verir Allah. Mehdi (ə.s) tələbələrinin xüsusiyyətlərindən ikisi -səbir və qətiyyət. Mehdi (ə.s) inanılmaz bir qətiyyətə sahib olacaq. “Qiyam etdiklərində” ki, 2012-ci ildir, inşaAllah. “Dedilər: Rəbbimiz göylərin və yerin Rəbbidir”. Yəni tək Allahdır. “Bir zaman gənclər…”, bir kərə bilinməlidir ki, Mehdi (ə.s)-ın tələbələri gənclərdən ibarət olacaq. Allah bax, “gənc” sözünü xüsusilə vurğulamışdır. Orta yaş da demir, gənc. Mehdiyyət gənclərdən təşkil olunacaq, o cür başlayacaq bir hərəkatdır, inşaAllah. ““Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!” – demişdilər”.
Mağaranın içində iş olarmı? Yatan birinin işi olarmı? Olmaz amma Allah, “olur” -deyir. İçində bir sirr var. Demək ki, biz dünyada bir növ yuxudayıq. Elə deyilmi? Yuxunun içərisində həyatı yaşayırıq, Quran buna işarə edir. Bir mənada maddə var, lakin biz onun təsvirini görürük. Bax, “işimizdə bizə düz yol göstər!” İndi mağarada yatır Əshabi-Kəhf, amma nə deyirlər; “işimizdə bizə düz yol göstər!” “… Onlar Rəbbinə həqiqətən iman gətirmiş gənclər idi”. İman gətirmiş gənclər, demir Allah. “Həqiqətən iman etmiş gənclər”, həqiqi iman ayrıdır. Çox nadirdir. “… Gənclər idi. Biz də onların hidayətini artırdıq”.… ardı...
ADNAN OKTAR-IN A9 TV VƏ KAHRAMANMARAŞ AKSU TV-DƏKİ CANLI SÖHBƏTİ
(16 MAY 2011; 00:30)
Bax, Allah Əshabi-Kəhf üçün nə deyir, şeytandan Allaha sığınıram. 14-cü ayə, hicri 1400-ə də işarə edir təbii ki. “Onların ürəkləri üzərində (səbri və qərarlılığı) məskun etdik.” Hz. Mehdi (ə.s) tələbələrinin xüsusiyyətidir. “Qiyam etdiklərində” dəccaliyyətə qarşı qiyam etdiklərində, “…demişdilər ki: “Bizim Rəbbimiz, göylərin və yerin Rəbbidir; İlah olaraq biz Ondan başqasına qətiyyən tapınmarıq, (əgər tərsini) söyləyəcək olsaq, and olsun, həqiqətin xaricinə çıxarıq.'” Darvinist, materialist olmarıq biz, dinsiz, imansız olmarıq deyirlər. “Bunlar, bizim qövmümüzdür; Ondan başqasını ilahlar etdilər, onlara açıq-aşkar bir dəlil gətirmələri lazım deyildi mi?” Madam bir iddian var, dəlil gətirin, deyir. “Elə isə Allaha qarşı yalan uydurub böhtan atandan daha zalım kimdir?” Darvinistlər də zülm etmiş olurlar. Dəlilləri olmadan danışdıqları üçün zülm edirlər. “Biz sənə onların xəbərlərini bir həqiqi (hadisə) olaraq nəql edirik. Həqiqətən, onlar Rəblərinə iman etmiş gənclər idi” Hz. Mehdi (ə.s) tələbələri gənclərdən ibarət olur, bilirsiniz. “Biz də onların hidayətlərini artırmışdıq.” Allah “Hadi” ismiylə təcəlli edir. Əbcədi 1996 tarixini verir.
Hörmətli Adnan Oktarın 14 iyul 2013-ci il tarixli söhbətindən hz. Mehdi (ə.s) və tələbələrinə işarə edən ayə izahları.
DİDƏM ÜRER: Şeytandan Allaha sığınıram. Ənam surəsi, 89-cu ayədə belə deyilir: “Əgər kafirlər ayələri inkar etsələr, Biz onları inkar etməyən bir qövmə həvalə edərik”.
ADNAN OKTAR: Yəni hz. Mehdi (ə.s) və tələbələri nəzərdə tutulur.
“Əgər kafirlər ayələri inkar etsələr, Biz onları inkar etməyən bir qövmə “camaata” həvalə edərik”.
Allah hz. Mehdi (ə.s)-ın tələbələrinə həvalə edir. Ənam surəsi, 89 və Maidə surəsi, 54-cü ayədə buna işarə edilir. Didəm müəllimim, onu da oxu!
DİDƏM ÜRER: Şeytandan Allaha sığınıram. “Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər”. (Maidə surəsi, 54)
ADNAN OKTAR: Ayəyə diqqət edirsənmi? Xırdalıqlara diqqət yetirin. Mehdiyyətlə əlaqədar olan nüanslar burada çox aydın görünür. Allah onları sevir. Bax, ən çox sevdiyidir, onlar da Allaha sevgiylə bağlıdırlar. Təməlində sevgi var, sevgi hakimiyyəti var. Diqqət edirsinizmi? Mehdi (ə.s)-ın camaatının əsas xüsusiyyəti sevgidir. Allah onları sevir, onlar da Allahı sevirlər. Allah Mehdi (ə.s)-ın camaatına işarə edərək birinci təyin edici xüsusiyyət olaraq sevgini bildirmişdir. “Möminlərə qarşı mülayim”. Bəs hansı möminlərə?
Bütün dünyadakı möminlərə qarşı mülayimdir və… ardı...
Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s)-ın tələbələri haqqında belə söyləmişdir:
Onlar Allah yolunda mübarizə edərlər və təkəbbürlük edənlər onları kiçik görər. Onların dəyəri dünyada bilinməz, lakin axirətdə yaxşı tanınarlar.(Muntakab el Ezhar, səh. 474)
Hədisdə, insanların böyük hissəsinin hz. Mehdi (ə.s)-ın tələbələrinin imanlarını lazımı kimi təqdir edə bilməyəcəklərinə diqqət çəkilmişdir.
