şərh etmək

Adnan Oktarın Adıyaman Asu TV-dəki canlı reportajı (24 yanvar 2011)

 

ADNAN OKTAR: Məsələn, ən başda belə bir qarışıqlıq çıxmaz.  Çıxmış olsa belə, Mehdi (ə.s)-ın tək bir sözü ilə sakitləşər. Tək bir sözü ilə dərhal mövzu bitər. Baxın, Mehdi (ə.s)-ın olmaması, minlərlə insanın vəfatına, minlərlə insanın şəhid olmasına, qan axmasına, quruda, havada, hər yerdə fəsad çıxmasına səbəb olur. Baxın, indi ayədə deyir ki; Rum surəsi, 41 “İnsanların öz əlləriylə qazandığına görə, quruda və dənizdə fəsad çıxdı.” Fitnə  çıxdı. “Ümid edilər ki, dönərlər deyə (Allah) onlara etdiklərinin bir qismini özlərinə daddırdır.” Rum surəsi, 41. “Quruda və dənizdə fəsad ortaya çıxdı.”  Əbcədi 1851 tarixini verir. 1851 tarixi, Darvinin Allahsızlığını elan etdiyi tarixdir. Və dəniz canlılarının təkamüllə meydana gəldiyinə dair şərhini etdiyi tarixdir. Baxın, “quruda və dənizdə fəsad çıxdı.” 1851-ci il ilk ortaya qoyduğu azğın fikirlər və ilk yanlış fikirləri ortaya atdığı zamandır. O zamandan azdılar, ondan sonra hadisələr başladı. Ayənin 1851 tarixinə diqqət çəkməsi, “quruda və dənizdə fəsad çıxdı.” ayəsinin 1851 tarixini verməsi möcüzədir. Quranda bir çox mövzu bu şəkildə  kodlaşdırılmışdır. Baxın, adam “balıqqulağının dəyişən şərtlər qarşısında, funksiyalarının dəyişə biləcəyini, dəniz canlılarının təkamül keçirdiyi” iddiasını ilk dəfə o zaman ortaya qoyur. Və 1851-də eyni zamanda Allahsızlığını elan edir. Peyğəmbərimiz (s.ə.v) bir şeyi üç dəfə söyləmişdir, əhəmiyyətli olduğu üçün mən də bir neçə dəfə vurğulayıram.

 

ADNAN OKTARIN SAMSUN AKS TV VƏ TV KAYSERİDƏKİ CANLI REPORTAJI (3 OKTYABR 2010)

 

ADNAN OKTAR: “Onlar andlarını sipər edib insanları Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!” (Munafiqun surəsi, 2)

 

Bax, münafiqlərin sipərə ehtiyacı var, Quran buna diqqət çəkir. Sipər, and; and nədir? Allahı xatırlamaq. Münafiq nə edər? Quranı sipər edər, hədisi sipər edər, İslam alimlərini sipər edər. Onların arxasından müsəlmanlara yaxınlaşar və müsəlmanlara hücum edərkən də Quranı şərh edərək, alimlərin sözlərini təhrif edərək və öz məqsədinə uyğun hala gətirərək hücum edər. Peyğəmbərimiz (s.ə.v.) zamanında elə idi. Quran ilə hərəkət edirdilər. Amma Quranı istifadə edərkən dillərini əyib bükürdülər. Yəni ayədə də o ifadə edilir. “Dillərini əyib bükərlər” deyir. Yəni öz mənfəətinə uyğun hala gətirir. Məsələn, deyir ki, Peyğəmbərimiz (s.ə.v); “cihada çıxaq; təbliğ etməyə, İslamı yaymağa” “Ya Rəsulullah (ə.s), ayə var” deyir “analarınız, oğullarınız”. Məsələn, “Allah evlənin deyir” deyir “ayə var” “Yaxınlarınızı qoruyun deyə ayə var, əgər icazə versəniz, mən bu ayəni tətbiq etmək istəyirəm” deyir. Yaxşı, cəhd nəyi əmr edir? Bütün müsəlmanları qurtarmağı əmr edir. O nə deyir? “Mən ailəmi qurtarmaq istəyirəm” deyir. Ailəni niyə qurtarmaq istəyirsən? “Çünki miras qalacaq, yemək bişirəcək, gedib yatacaq, rahatlayacaq, onu təhlükələrdən qoruyacaq. Cəhddə nə var? Təhlükə var, ac qalmaq var, susuz qalma var, yaralanma var, həbs edilmə var. Münafiq bunu istəməz. Münafiq onsuz da Allaha xidmət etmək istəməz, dinə xidmət etmək istəməz. Onun üçün də bu tərz bir stil yaradır.

 

Hörmətli Adnan Oktarın yeni açıqlamaları

Musiqidən xoşlanmaq cənnət sevgisindəndir. Çünki cənnətdə musiqi var, ağaclar rəqs edər, cənnət qadınları, gəncləri gözəl səsləriylə mahnı oxuyarlar. Quşlar da mahnı oxuyar, çünki cənnətdə hər şey şüurludur. Deməli, mahnı oxumaq, şənlənmək, gülmək, rəqs etmək cənnət əxlaqından irəli gəlir.

1298819087_kus2

 

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (21 Avqust 2012-ci il, saat 22:00)

Mehdi (ə.s) çıxana qədər, təəccübləndirici, heyrətləndirici, insanları ürküdən hadisələr dalbadal davam edər.  Məsələn, Mehdi (ə.s) müjdələnir, Peyğəmbərimiz (s.ə.v ) deyir, Bədiüzzaman deyir, valideynlər deyir, eyni dedikləri kimi olur, amma yavaş- yavaş inkişaf edir. Yəni, ana bətnində uşağın inkişafı kimi. Məsələn, ana bətnində bir uşağın inkişafını izləmək mümkün deyil. Əvvəl döl halındaykən,   bilməyən birinə göstərsən və “Bu, insan olacaq, bir müddətdən sonra insan olaraq çıxacaq, danışacaq, söhbət edəcək” desən inanmaz. Mehdiyyət də rüşeym halındadır. Tam formalaşmadığı üçün insanlar tam tanıya bilmirlər. Allah yavaş-yavaş formalaşdırır. Allah, o dölü bir müddət sonra  tam bir insan görünüşündə və insanların sevəcəyi bir görünüşdə gətirəcək və insanlar başqa bir yol olmadığını görəcəklər.s

 

İnsanlar, ölümündən sonrakı dirilişində heyrət içində qalmağı, sarsılmağı məqbul qarşılayırlar. Dirilməsinin fərqində olmayacaqlar. Ayədə də bildirildiyi kimi onlar: “bizi yatdığımız yerdən kim oyandırdı?” –deyəcəklər. Kimin onu oyandırdığı haqqında aktual məlumat istəyir. Axirət belədir. İnsanlar axirətdə o qədər də təəccüblənmir. Ona görə, məsələn, cəhənnəmdə belə peşmançılıqlarını gizlədirlər. Yenə orada da əxlaqsızlıqlarına davam edirlər. Allah: “Gözlərinin ucuyla baxarlar” -deyir. Artıq bir yolla, bir üsulla onun əldə edildiyinə inanır, amma yenə də axirətə getdiyinə inanmır. Dirildiyinə də inanmır, onun əleyhinə bir şey edildiyini düşünür. Allah inancını ona sübut etmək üçün ona qarşı bir oyun olduğu qənaətindədir. Orada iman gətirsə, yenidən dünya həyatı ona göstərilsə, yenidən dünyaya qayıtsa, yenə də iman gətirməz, yenə də eqoist olar, qürurlanar.

Ramadan-2013-Al-Quran-HD-Wallpaper

 

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (22 Avqust 2012-ci il)

Bu il və  gələn il də çətin illərdir. Sonra get-gedə Allah sevgisinin, qorxusunun artması ilə mütanasib olaraq bəlalar sakitləşməyə başlayacaq. Bu, Allah varlığının bir dəlilidir. Həm bərəkət artacaq, həm də iqdisadi böhran dayanacaq. İnsanlar başa düşəcək  ki, Allahı sevdikcə, Allah, bərəkəti, bolluğu, gözəlliyi, nuru, işığı, fərahlığı, ədaləti, nizamı artırar. Allaha qarşı çıxanda isə, Allah bəlanı, iqtisadi böhranı, anarxiyanı, terroru, yoxsulluğu, narahatçılığı, kefsizliyi, bədbəxtliyi, insanların çirkinləşmələrini, xəstəlikləri, çətinliyi artırar.

Məsələn, Rəsulullah (s.ə.v) dövründə bərəkətsizlik,  iqdisadi böhran, mübahisə, səs-küy, anarxiya, terror var idi. İnsanlar çox çirkin idi, çox pis bir mühit var idi. Rəsulullah (s.ə.v) gələndən sonra hər yer nurlandı, bərəkətlə doldu. İnsanlara, əşyalara, mala, nəbatata, heyvanlara bərəkət gəldi. İnsanlar gözəlləşdi, nurlandı. Möhtəşəm bir mühit yarandı, insanlar bir-birlərinə qardaş oldular. Allah bir ayədə: “Qardaşlar olaraq sabahladınız ” –deyir. Cəhənnəm qorxusu həmişə sevginin önündəki maneələri dəf etmək üçündür. Eqoizmi, qısqanclığı aradan qaldırır və sevgi yolu açılır. Çünki, qısqanclıq sevgiyə ziddir. Sevgiyə hücum edən bir xəstəlikdir. Allah o xəstəliyi Allah qorxusuyla aradan qaldırar. Qısqanclıq, həsəd yox olduqda fərahlıq olar, sevgi olar. Allah insanlara sevgi üçün müxtəlif yollar, cürbəcür yollar, tövsiyələr təqdim edir.

Peyğəmbərləri göndərir. Namazın məqsədi Allah sevgisidir. Məsələn, səcdəyə qapanaraq,… ardı...