Peyğəmbərimiz (s.ə.v)

Adnan Oktarın 27 mart 2010-cu il Qaziantep Olay TV-dəki reportajından

 

ADNAN OKTAR: “Ona bu Quranı üstün, olduqca çətin bir güc sahibi olan Cəbrayıl öyrətmişdir”. Cəbrayıl (ə.s) Peyğəmbərimiz (s.ə.v)-in üzərinə gəlib, belə sanki Peyğəmbərimiz (s.ə.v)-i örtürdü. Peyğəmbərimiz (s.ə.v)-ə vəhy gəldiyində, Peyğəmbərimiz (s.ə.v) dərin yuxunu xatırladan bir görüntü verirdi. Yəni dərin nəfəs alıb-verməyə başlayırdı və gözünü yumurdu. Peyğəmbərimiz (s.ə.v)-in üzərini səhabələr ipək ilə örtürdülər, vəhy gəldiyində və hamımız ağırlıq hiss edirik deyirdilər. Yəni Cəbrayıl (ə.s) gəldiyində müdhiş bir təzyiq meydana gəlir. Hətta dəvə üzərindəykən gəldiyində, dəvə çökür, heyvan təzyiqin təsiri ilə yerə oturur. “Ona bu Quranı üstün, olduqca çətin bir güc sahibi olan Cəbrayıl öyrətmişdir. Ki O, görünüşüylə təəccüblü bir gözəlliyə malikdir”. Yəni Cəbrayıl (ə.s) nəfəs kəsəcək şəkildə gözəldir. Yəni belə Cənnət əhli kimi, çox gözəldir. “Və dərhal doğruldu. O ən yüksək bir üfüqdə idi.

Sonra yaxınlaşdı” üfüqdə görünür, “sonra yaxınlaşdı, deyərkən yelləndi”. Cəbrayıl (ə.s) aşağı doğru enir . “Necə ki ikisi, arasındakı uzaqlıq iki yay qədər oldu və ya daha yaxınlaşdı”. Yaxşıca yaxınlaşdı deyir. Yəni üz-üzə artıq görüşürlər, Cəbrayıl (ə.s)-i, həqiqətən, görür. “Beləcə, Onun quluna vəhy etdiyini vəhy etdi”. Dəqiqliklə söyləyir, yəni görünüş olaraq görünüb danışır. “Onun gördüyünü könül yalanlamadı”, yəni Cəbrayıl (ə.s) olduğuna dair vicdani olaraq da tam qənaəti… ardı...

 

Adnan Oktarın 16 aprel 2011 A9 Tv, Aksu Tv və Olay Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: “81-ci ayə: De ki: “Haqq gəldi, batil yox oldu. Heç şübhəsiz, batil yox olmağa məhkumdur.” İnşaAllah, hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)-ın dövründə batil tamamilə yer üzündən silinəcək. “İnsana bir nemət verdiyimizdə arxa çevirər və boyun qaçırar; ona bir şər toxunduğu zaman da ümidsizliyə qapılar.” Ümidsizliyə qapılmaq haramdır, Quran ayələriylə açıqca göstərilir. “Haqq gəldi, batil yox oldu.” Quranın enişi, Peyğəmbərimiz (s.ə.v)-in gəlişiylə batil yox olmuşdur. Amma batilin fiziki mənada yox olması hz. Mehdi (ə.s)-ın dövründədir, hz. İsa Məsih (ə.s)-ın dövründədir. Mənəvi cəhətdən yox olması Peyğəmbərimiz (s.ə.v)-in zamanındadır. Fiziki olaraq yox olması hz. Mehdi (ə.s)-ın dövründə; tamamilə yox olacaq, inşaAllah. “Heç şübhəsiz, batil yox olmağa məhkumdur” deyir Allah. Hamısı yox olacaq, inşaAllah. Batil dünyanın heç bir yerində qalmayacaq. Quranın bu ayəsi tam təsdiqlənmiş olacaq. Çünki batil bir yerdə belə qalmış olsa, batil yox olmuş olmur, fiziki mənada. Heç bir yerdə qalmır, deyir Allah. “Qurandan möminlər üçün şəfa və rəhmət olan şeyləri endiririk.” Həm cəmiyyətə şəfa, həm insanlara şəfa. “Halbuki o, zalımlara itkilərdən başqasını artırmaz. “Zalımlara da Quran itki gətirər. Onları psixoloji olaraq çökdürər, məhv edər. Sistemlərini də məhv edər, özlərini də məhv edər. Dəccallar, Quran ilə yox edilir. Dəccallar mənəvi cəhətdən və maddə tərəfindən çökmüş olurlar, inşaAllah.

 

Adnan Oktarın 1 may 2011 A9 Tv, Kanal Avropa və Çay Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Şuəra surəsi. Rəhman Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. “Ta, Sin, Mim. Bunlar, açıq-aşkar olan Kitabın ayələridir.” “Quran açıq-aşkardır” deyir Allah, aydın olmayan bir istiqaməti yoxdur, səhihdir. “Onlar mömin olmayacaqlar deyə az qala özünü həlak edəcəksən (elə mi?)” Allah hidayət vermir onlara, Peyğəmbərimiz (s.ə.v) də onların halına çox kədərlənir. Allah o mövzuda Peyğəmbərimiz (s.ə.v)-in diqqətini çəkir; kədərlənməyi buraxmasını, əksi vəziyyətdə özünü həlak edəcəyini, bu mövzuda bir ayə olaraq endirmişdir. “Diləsək” deyir Allah, “onların üzərinə göydən bir ayə (möcüzə) endirərik, ona boyunları əyilmiş qalarlar” deyir Allah. Əbcədi 2022-dir, hz. İsa Məsih (ə.s)-ın eniş tarixini verir, inşaAllah. Bax, deyir ki; “Diləsək, onların üzərinə göydən bir ayə (möcüzə) endirərik.” “Göydən endirərik” deyir. Tam 2022. “Ona boyunları əyilmiş qalarlar.” Hz. İsa Məsih (ə.s)-ın enişiylə bütün dünya müsəlman olur. Çünki Peyğəmbərimiz (s.ə.v)-in zamanında insanlar müsəlman olmur; izah edir, izah edir olmur, izah edir, izah edir olmur. Az insan olur, o bölgədə oldu yalnız, çox yayılmadı. Peyğəmbərimiz (s.ə.v) də buna çox kədərlənir. Baxın, nə deyir  Allah? “Onlar mömin olmayacaqlar deyə az qala özünü həlak edəcəksən (elə mi?)” Çünki qədərində yoxdur, Peyğəmbərimiz (s.ə.v)-in zamanında İslamın dünyaya hakimiyyəti… ardı...

 

ADNAN OKTARIN ADIYAMAN ASU TV-dəki CANLI SÖHBƏTİ

(18 APREL 2011; 22:00)

ADNAN OKTAR: Məsələn, Əhzab surəsi, 50-ci ayə. “Şeytandan Allaha sığınıram. “”Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Sonuncu digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və sahib olduqları cariyələr barəsində nəyi vacib buyurduğumuzu bilirik. Belə etdik ki, sənə bir çətinlik olmasın. Allah Bağışlayandır, Rəhmlidir.

Allah çox bağışlayandır, çox mərhəmətlidir” deyir. Sevda xanımın bu mövzudakı tələbi doğrudur. Çünki ən çox üzərində dayandıqları, hətta bir çox müsəlman bilinən adamın da, haşa, utandığı bir ayədir. Gizlətməyə çalışarlar, bağlamağa çalışarlar, bir qisminin başları o qədər işləmədiyindən olur; bir qismi cahilliyindən söyləyir, bir qismi də səmimiyyətsizliyindən söyləyir.

Məsələn, bu ayə başlamadan əvvəl, 45-ci ayədə, şeytandan Allaha sığınıram; “Ey Peyğəmbər, həqiqətən, Biz səni bir şahid, bir müjdə verici və bir xəbərdar edən olaraq göndərdik”—2034. “Və Öz icazəsiylə Allaha çağıran və nur saçan bir çıraq olaraq (göndərdik)”—1417. 1997 tarixini verir, 2034 tarixini verir ayə. “Möminlərə müjdə ver; həqiqətən, onlar üçün Allahdan böyük bir fəzl vardır”. 2005 tarixini verir. Müntəzəm,… ardı...

 

Nəchül-Bəlağədən: İnananların Əfəndisi (s.ə.v) dedi ki: “Onlar səhv yolları izləyərək və yol göstərici ənənələri tərk edərək sağa və sola getdilər… Ey insanlar, bu hər vədin reallaşacağı və bilmədiyiniz adamın (MEHDİ (Ə.S.)) GƏLİŞİNİN YAXINLAŞDIĞI ZAMANDIR. Diqqət yetirin, o zaman aramızdan çıxan (HZ. MEHDİ (Ə.S)), BU ƏN ÇƏTİN ZAMANLARDA BİR İŞIQLA ONLARI AŞACAQ…” (Kitab-ül Gaybet, [Bihar-ul Envar, 51-ci cild], Ansariyan Yayıncılık, Derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 186)     

 

Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bu hədisdə, hz. Mehdi (ə.s)-ın gəlişiylə birlikdə insanlığın, onun Qurandan qaynaqlanan nuru və ağlı ilə işıqlanacağı; Mehdi (ə.s)-ın Allahın doğru yolunu, Quranın gözəlliklərini və Rəsulullah (s.ə.v)-in sünnətini insanlara göstərəcəyi bildirilir.

 

(Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət olunan bu hədisdəki “BİR İŞIQLA” şəklindəki ifadə bəlkə də hz. Mehdi (ə.s)-ın və tələbələrinin istifadə edəcəkləri TELEVİZİYA VƏ KOMPYUTER EKRANINA da işarə edir.)

Baxın. <http://www.hazretimehdi.com/internet.html>


R0327