işarə etmək

Hörmətli Adnan Oktarın 17 yanvar 2011-ci il tarixli reportajından hz. Mehdi (ə.s)-ın məzhəbləri aradan qaldıracağına işarə edən ayələrin şərhi.

        ADNAN OKTAR: Baxın bu ayələrin, yəni Muminun surəsinin 52-ci və 53-cü ayələrinin hökmünü tətbiq edəcək. “Məhz sizin ümmətiniz vahid bir ümmətdir”. Vahid bir ümmət, hanı məzhəblər, camaatlar və qruplar. Allah: “Bir ümmətsiniz, təkcə bir ümmətsiniz” deyir. “Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun. Lakin ümmətlər öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə özündə olana sevinir”. Yəni Allah: “Məzhəblərə, qruplara ayrıldılar, parça-parça oldular və doğru yolda olduqlarını düşünüb sevinirlər” deyir, Muminun surəsinin 52-ci və 53-cü ayələrində.

“Onlar Quranı hissələrə böldülər”. Bəziləri Qurana başqa cür tabe olur, bəziləri lap başqa cür tabe olur, bəziləri də onun hökmlərini başqa cür tətbiq edir, halbuki, Quran vahiddir. Amma Allah nə deyir?. “Onlar Quranı hissələrə böldülər” deyir. Allah Hicr surəsinin 91-ci ayəsində etdikləri günahı xatırladır. “O dini doğru olaraq saxlayın”. Baxın: “O dini doğru olaraq saxlayın” deyir “və onda bölünüb firqə-firqə olmayın!”. Məzhəblərə, qruplara ayrılıb, firqə-firqə olmayın. Allah: “Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi” deyir.

Bu bütün peyğəmbərlər üçün də etibarlıdır,… ardı...

 

Hörmətli Adnan Oktarın 14 noyabr 2012-ci il tarixli söhbətindən əbcədi Axırzamana işarə edən ayələrin təfsiri ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Allah Allah, ayəyə bir bax. Fəth surəsi, 10-cu ayə. Şeytandan Allaha sığınıram. Allah: “Şübhəsiz” deyir, “sənə beyət edənlər”, yəni bağlananlar, İnşaAllah biz hz. Mehdi (ə.s)-a beyət edəcəyik. Rəsulullah (s.ə.v)-ə beyət edilmişdi, hz. Mehdi (ə.s)-a da beyət edəcəyik. “Sənə beyət edənlər Allaha beyət etmiş olurlar”. Əbcədi 2025-ci ildir. Bir dənə tarixi verir, bu da 2025-ci ildir. Bu möcüzədir. Axırzamanla əlaqədar, hakimiyyətlə əlaqədar bütün ayələr tək bir tarix ətrafında cəmləşir, maşaAllah.

Rəhman və Rəhim olan Allahın adı ilə. Şeytandan Allaha sığınıram. Fəth surəsi, 1-ci ayə. “Həqiqətən, Biz sənə aydın bir qələbə verdik”. 1913-cü il Çanaqqala zəfərinə yaxın bir tarixdir maşaAllah. Çanaqqalada aslanlarımızın, mərd cavan oğlanlarımızın, əfələrimizin (Qərbi Anadoluda kənd igidlərinə verilən ad) qanı sel kimi axdı. “Çanaqqala keçilməz” dedilər. Fəth surəsinin birinci ayəsi yalnız bir tarixi verir ki, bu da 1913-cü ildir. Çanaqqala zəfəri. Təxminən 1913-1915-ci illəri verir. Oyunlar o dövrdə başladı, 1913-cü ildə başladı. 1915-ci ildə də Çanaqqala döyüşü baş verdi, inşaAllah.

“Həqiqətən, Biz sənə aydın bir qələbə verdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz… ardı...

 

Hörmətli Adnan Oktarın 23 yanvar 2013-cü il tarixli söhbətindən Axırzamana işarə edən ayələr ilə əlaqədar şərhləri

ADNAN OKTAR: Yunis surəsi, 55.

GÜLŞAH XANIM: Şeytandan Allaha sığınıram. “Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Xəbərin olsun; şübhəsiz ki, Allahın vədi haqdır; ancaq onların çoxu bunu bilmir.”

ADNAN OKTAR: Allahın vədi haqdır, insanların çoxu bunu bilmir. Əbcədi neçədir? 2025. Bir tarix var; 2025. “Göydə və yerdə nə varsa, hamısı Allahındır.” Hz. İsa (ə.s) da, hz. Mehdi (ə.s) da Allahındır. “Xəbərin olsun” deyir Allah, xəbərdar edir, “şübhəsiz Allahın vədi haqdır.” Nəyi vəd etdi? Hz. Mehdi (ə.s)-ı, haqdır deyir Allah, hz. İsa Məsih (ə.s) haqdır, Dabbətül ərz çıxacaq, haqdır.

Yunis surəsi, 62

EBRU XANIM: Şeytandan Allaha sığınıram. “Xəbəriniz olsun; Allahın vəliləri, onlar üçün qorxu yoxdur, qəmli də olmayacaqlar.”

ADNAN OKTAR: “Onlar üçün” Allahın vəliləri üçün “qorxu yoxdur” deyir. Hz. Mehdi (ə.s) üçün qorxu varmı? Yoxdur. Qəmli olurmu? Olmur. Hz. İsa Məsih (ə.s) üçün varmı? Yoxdur. Qəmli olacaqmı? Olmayacaq. Əbcəd neçədir? 1993. Mehdiyyətin ən çətin dövrləridir. Allah deyir ki; “Onlar üçün qorxu yoxdur.” 1993-cü ildə demək ki, bir hücum var mehdiyyətə. “Qəmli olmayacaqlar” deyir Allah, heç bir şey olmayacaq” deyir. Kim bilir, 1993-cü ildə nələr oldu. Baxın, qorxu da olmayacaq, qəmli də olmayacaqlar… ardı...

 

Hörmətli Adnan Oktarın 14 iyul 2013-ci il tarixli söhbətindən hz. Mehdi (ə.s) və tələbələrinə işarə edən ayə izahları.

DİDƏM ÜRER: Şeytandan Allaha sığınıram. Ənam surəsi, 89-cu ayədə belə deyilir: “Əgər kafirlər ayələri inkar etsələr, Biz onları inkar etməyən bir qövmə həvalə edərik”.

ADNAN OKTAR: Yəni hz. Mehdi (ə.s) və tələbələri nəzərdə tutulur.

“Əgər kafirlər ayələri inkar etsələr, Biz onları inkar etməyən bir qövmə “camaata” həvalə edərik”.

Allah hz. Mehdi (ə.s)-ın tələbələrinə həvalə edir. Ənam surəsi, 89 və Maidə surəsi, 54-cü ayədə buna işarə edilir. Didəm müəllimim, onu da oxu!

DİDƏM ÜRER: Şeytandan Allaha sığınıram. “Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər”. (Maidə surəsi, 54)

ADNAN OKTAR: Ayəyə diqqət edirsənmi? Xırdalıqlara diqqət yetirin. Mehdiyyətlə əlaqədar olan nüanslar burada çox aydın görünür. Allah onları sevir. Bax, ən çox sevdiyidir, onlar da Allaha sevgiylə bağlıdırlar. Təməlində sevgi var, sevgi hakimiyyəti var. Diqqət edirsinizmi? Mehdi (ə.s)-ın camaatının əsas xüsusiyyəti sevgidir. Allah onları sevir, onlar da Allahı sevirlər. Allah Mehdi (ə.s)-ın camaatına işarə edərək birinci təyin edici xüsusiyyət olaraq sevgini bildirmişdir. “Möminlərə qarşı mülayim”. Bəs hansı möminlərə?

Bütün dünyadakı möminlərə qarşı mülayimdir və… ardı...

 

Hörmətli Adnan Oktarın 8 noyabr 2013 tarixli söhbətindən Allahın zər aləmində bütün peyğəmbərlərdən hz. Mehdi (ə.s)-a kömək etmə sözü aldığına işarə edən ayələrin şərhi.

ADNAN OKTAR: Ali imran surəsi 81. Şeytandan Allaha sığınaram: “Allah peyğəmbərlərdən “qəti bir söz (müqavilə)” almışdı: “And olsun sizə Kitab və hikmətdən verib sonra sizə bərabərinizdəkini təsdiqləyən bir elçi gəldiyində, ona qəti olaraq iman edəcək və ona köməkdə olacaqsınız.” Demişdi ki: “Bunu təsdiq etdiniz və bu ağır öhdəçiliyi üzərinizə götürdünüzmü?” Onlar: “Təsdiq etdik” demişlər idi də “elə isə şahid olun, mən də sizinlə birlikdə şahid olanlardanam,” demişdi.” Buyurur Allah, onlar da “belə” deyir, “təsdiq etdik qəbul etdik.” “Elə isə şahid olun, mən də sizinlə birlikdə şahid olanlardanam” demişdi.”

Əhzab surəsi, 7-ci ayə-“Biz peyğəmbərlərdən qəti sözlərini almışdıq;” səndən, Peyğəmbərimiz (s.ə.v)-ə deyir bax, “səndən,” möhkəm söz məhz bu söz o. Amma bax, Peyğəmbərimiz (s.ə.v)-ə xitab,”səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan. Biz onlardan sağlam bir söz almışdıq.”

İndi Peyğəmbərimiz (s.ə.v)-in kömək edəcəyi bir elçi var. Allah peyğəmbərlərdən söz almışdır. Çünki bir elçi yoxsa, Peyğəmbərimiz (s.ə.v) niyə söz versin, deyilmi? Bir Mehdi, bir mürşid gələcək. Və Peyğəmbərimiz (s.ə.v) ona kömək edəcək. Necə kömək edir? Hədisləriylə, möcüzələriylə. Məsələn, şəmaili belə olacaq, şəkli belə olacaq; bunlar təsdiqləndiyində, bu hz. Mehdi… ardı...