ayələr

Hörmətli Adnan Oktarın 9 iyun 2014-ci il tarixli söhbətindən İsra surəsi ilə əlaqədar izahlar.

Adnan Oktar: Allah deyir ki, “Quranı insanlara aramla oxuyasan deyə, Biz onu hissələrə ayırıb tədriclə nazil etdik”. (İsra surəsi, 106) Yəni fasiləsiz oxumaq deyil, dura-dura oxumaq. Çünki başqa cür diqqətləri dağıla bilər. Diqqət dağıla bilər, amma dura-dura oxumaq yaxşıca diqqətlərini cəmləməyə imkan yaradar. Çünki insan zehni və diqqəti tez yorulan bir quruluşa sahibdir. Biz onu hissələrə ayırıb tədriclə nazil etdik”. (İsra surəsi, 106). Yaxşıca mənimsəyərək başa düşməyiniz üçün və böyük bir diqqətlə düşünüb yaşamağınız üçün. Quranın izahında metodu da Allah göstərir. Yəni fasiləsiz izahat diqqəti dağıdar. Amma diqqət verərək dinləmələri üçün fasilələr verərək, diqqəti Quranın üzərinə çəkərək izah etmək lazımdır. “De: “İstər ona inanın, istərsə də inanmayın …”. (İsra surəsi, 107). Təzyiq yoxdur. Nə deyir bəziləri? “Təzyiq var” -deyir. Allah “təzyiq yoxdur” -deyir. “İstər inanın, istər inanmayın”. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, ayələr oxunduğu zaman üzüstə səcdəyə qapanır”. (İsra surəsi, 107). Məsələn, musəvilər və xristianlar çənə üstə səcdə edirlər. Biz bunu sonra gördük. Ayəni oxuyan anlaya bilmir, çünki səcdə alın üstə edilir. Halbuki, xristian və musəvilərdə səcdə çənə üstə edilir.… ardı...

 

Adnan Oktarın 2 yanvar 2010-cu il Qaziantep Olay TV və Kral Qaradəniz TV-dəki reportajından

 

ADNAN OKTAR: Fatir surəsi: “Ey insanlar, heç şübhəsiz, Allahın vədi haqqdır;” İslam dünyaya hakim olacaq, ayə var, qətidir. “Elə isə dünya həyatı sizi aldatmasın”, yəni dünyanın mənfəəti, uşaq-muşaq, yemək-içmək o-bu aldatmasın. “…Və yalançılar da sizi Allah ilə (Allahın adından istifadə edərək) aldatmasın”. Baxın, bu çox əhəmiyyətlidir, bir qisim xurafatçılar çıxıb deyəcək ki, Allahın vədi yoxdur, İslam hakim olmayacaq, İslamiyyət artıq keçdi deyəcəklər, yəni elə bir şey yoxdur, bir sıra saxtakarlar artıq ümidinizi kəsin deyəcəklər, buraxın deyəcəklər, inşaAllah. Və bunu Allah və din adına söyləyəcəklər. Quranda onsuz da İslamın hakimiyyətindən bəhs edilmir, sən haradan çıxarırsan deyəcək.

Allahın vədini inkar edəcək bir çox ayə olduğu halda “və yalançılar sizi Allahın adından istifadə edərək aldatmasın”. Məsələn, İstanbulda çıxacaq o xurafatçı da elə edəcək, insanları Allah ilə aldadacaq və klassik yalançı olacaq. Yəni Allah şişirdilmiş şəkildə  onun yalançı olduğunu insanlara göstərəcək. Ya Rəbbim, insanlar mən anlamadım deməyəcəklər, yəni İstanbuldakı o azğın xürafatçıların hərəkətlərini, yalançı olduqlarını bütün şiddəti ilə, bütün açıqlığı ilə görəcəklər. Axırzamanda gələcəyi vəd edilmiş mühüm bir şəxsdir, Axırzaman şəxsidir, inşaAllah. “Yalançılar da sizi Allah ilə (Allahın adından istifadə edərək) aldatmasın” ayənin birinci qismi 2015 tarixini verir,… ardı...

 

ADNAN OKTARIN HARUNYAHYA TV-DƏKİ CANLI REPORTAJI

(4 AVQUST 2010)

ADNAN OKTAR: Bax, deyir ki Allah, Sad surəsi, 75. “(Allah) Dedi ki: “Ey İblis, iki əlimlə yaratdığıma səni səcdə etməkdən saxlayan nə idi? Təkəbbür etdinmi””, münafiqlərdə ortaq xəstəlik təkəbbürlənməkdir. Hamısına baxın, əcaib eqoistdirlər və ağıllarını çox bəyənərlər. Yəni ciddi mənada axmaqdırlar. Bir insan kafir olmaq istəyirsə kafir ola bilər, amma münafiq olması üçün manyak olması lazımdır. Münafiqlər manyakdırlar. Bax, “Təkəbbür etdinmi? Yoxsa yüksəkdə olanlardan mı oldun?”

Çünki, təkəbbür, nə qədər təkəbbürlü olmaq istəyir görürsənmi? Allahdan daha böyük olmaq istəyir. Münafiqin xüsusiyyəti budur, şeytanın da xüsusiyyəti budur. “Dedi ki: “Mən ondan daha xeyirliyəm”, həmişə münafiqlərin ortaq şeyi, mən daha yaxşı bilərəm, mən daha gözəl danışaram, mən daha xeyirliyəm, peyğəmbərdən doğruyam, Mehdi (ə.s)-dan daha doğru hərəkət  edərəm, hamısından daha yaxşıyam, deyərlər. “Mən ondan daha xeyirliyəm. Sən məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın”. Tam münafiq axmaqlığı. Görürsənmi? Dəli sözü, yəni palçıq, palçığı yaradan da Allahdır, atəşi yaradan da Allahdır. Bunu düşünə bilməyəcək qədər axmaqdırlar.

“Və dedilər ki: Bu Quran, iki şəhərdən birinin böyük bir insanına endirilməli deyildimi?’“, bax yenə münafiq ağlı, mütləq ki, bir böyüklük olacaq, əzəmət olacaq. Onlar, statusa da çox əhəmiyyət verər münafiqlər. Professor olması, zəngin olması, iş adamı… ardı...

 

Adnan Oktarın 5 fevral 2011 Kahramanmaraş Aksu tv-dəki canlı söhbətindən

 

ADNAN OKTAR: Şuəra surəsi çıxdı, şeytandan Allaha sığınaram. “Onlara Rəhman (olan Allah)dan yeni bir xəbərdarlıq gəlməsə belə, heç müzakirəsiz ondan üz çevirərlər. “”Qulaq asmazlar” deyir. İstədiyin qədər izah et İslam Birliyini, Türk-İslam Birliyini, Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini izah et, olduğunu izah et; adamlar üz çevirirlər. “Həqiqətən, yalanladılar”. Hətta birbaşa yalanlayırlar. “Haradan çıxarırsan?” İsbat edirəm, dəlillə göstərirəm. Daha necə söyləyim? Hədis tamdır, hadisə tamdır. Həqiqətən, çıxmışdır. “Həqiqətən, yalanladılar; lakin lağ mövzusu etdikləri şeyin xəbəri özlərinə çox yaxında gələcəkdir” deyir Allah. “Bir az gözləsinlər” deyir Allah, “çox yaxında cavabını alacaqlar” deyir. Yenə Şuəra surəsi, 4-də; “diləsək, onların üzərinə göydən bir ayə (möcüzə) endirərik”. Eyni zamanda hz. İsa (ə.s)-ın nüzuluna işarə edir ayə. Əbcədi tam 2022 tarixini verir. Hz. İsa (ə.s)-ı gözlədiyimiz tarixi verir. Yəni özünü göstərəcəyi tarixi, inşaAllah. Bax açdım, tam uyğun səhifə çıxdı. Ümumiyyətlə, tam əlaqədar, uyğun səhifələr çıxır. Mən çıxdığında da söyləmirəm. Onsuz da seyr edənlər gördüyü üçün, həqiqətən, hadisə dəqiq olduğu üçün; “baxın tam uyğun səhifə çıxdı” demirəm. Çünki beş yaşındakı uşaq olsa, anlayacaq.

Quran

 

Adnan Oktarın 1 Fevral 2011 Kaçkar tv-dəki söhbətindən

ADNAN OKTAR: “Salam Əleykum, Məhəmməd Adnan hocam”, Əleykum Salam və Rahmətullahi və Bərəkatuhu. “İlk öncə, hər kəsə çoxlu salamlar, qarlı Almaniyadan”, Almaniyada qar yağır, deməli. “Əməklərinizə görə Allah min dəfə razı olsun və sizə, bütün İslam yolunda əmək verən qardaşlarımıza. Bir sualım var, Maidə surəsinin 51-ci ayəsini oxuyub açıqlaya bilərsinizmi? Xahiş edirəm, ağlımda sual işarə qaldı, və həqiqətən, əhəmiyyət verdiyim bir mövzudur. Çünki, yəhudilərin, xristianların qardaşlarımız olduğunu söyləmişdiniz və Maidə surəsində əksinə yazır, hörmətlə Fərruh qardaşınız, ələrinizdən öpürük”.

Maidə surəsi, 51-ci ayə. Şeytandan Allaha sığınıram. “Ey iman edənlər, yəhudi və xristianları dostlar (vəlilər) tutmayın; onlar bir-birlərinin dostudurlar. Sizdən onları kim dost tutsa, şübhəsiz, onlardandır. Şübhəsiz, Allah zalımlar birliyinə hidayət verməz. Ürəklərində xəstəlik olanları; zamanın, fəlakətləriylə əleyhimizə dönüb bizə toxunmasından qorxuruq deyərək aralarında səy etdiklərini görərsən. Ümid edilir ki, Allah bir fəth və ya qatından bir əmr gətirəcək”, əbcədi 1996-nı verir. “Onlar, nəfslərində gizli tutduqlarına görə peşman olacaqlar. “Ey iman edənlər; andlarıyla, əlbəttə, sizlərlə birlik olduqlarına aid Allaha and içənlər bunlardırmı? Onların bütün etdikləri boşa çıxmışdır, beləcə, hüsrana uğrayanlar olmuşlar, deyərlər”.

Ayənin əvvəlindən başlayaq sona doğru  davam edək. Şeytandan Allaha sığınıram, 44-cü ayədən başlayaq. “Gerçək budur ki, biz Tövratı, içində bir hidayət… ardı...