say
Bu əmrin sahibi (hz. Mehdi (ə.s.)) mütləq qeybətə çəkiləcək və QEYBƏTİNDƏN DƏ MÜTLƏQ (xalqdan) UZAQLAŞACAQ… (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 216)
Hz. Hüseyn ibn. Əli (ə.s) belə buyurur: “... HZ. MEHDİ (Ə.S) BİR MÜDDƏT GÖZLƏRDƏN İTƏCƏK.” (Bihar-ul Envar, cild 51, səh.133; Isbat-ül Hüdat, cild 2, səh. 333 və 399)
Hz. Mehdi (ə.s)-ın tələbələrinin sayları az və seçilmiş insanlardan ibarət olacaq
Onun yanına gələnlər istər-istəməz təmizlənəcəklər, ayrılacaqlar və ələnəcəklər. Böyük əksəriyyəti bu seçimdən keçə bilməyəcək. (Gaybet’ül Numani, Bölüm 12, Səh. 299)
Hədisdə hz. Mehdin (ə.s)-ın yanına çox sayda insanın gələcəyinə, lakin nəticədə bu insanların böyük əksəriyyətinin seçimdən keçə bilməyəcəyinə diqqət çəkilmişdir. Hz. Mehdi (ə.s) çox fədakarlıq tələb edəcək, çətin bir elmi mübarizə aparacaq. Xüsusilə mübarizəyə başlayanda çox tez-tez təzyiqlərə məruz qalacaq. Belə şəraitdə hz. Mehdi (ə.s)-ın tələbələri əlbəttə ki, təmizlənəcəklər və az sayda seçmə insanlar qalacaq.

Hz. Mehdi (ə.s)-a çox az sayda insan tabe olacaq
Həsən ibn Salehi Bezzazdan: Həsən ibn Əli Əsgəri əleyhissələm belə buyurdu:
“DOĞRUSU MƏNİM OĞLUM, MƏNDƏN SONRAKI QAİM (HZ. MEHDİ (Ə.S)-DIR). UZUN ÖMÜRLÜLÜKDƏ VƏ QEYBİNDƏ) PEYĞƏMBƏRLƏRİN SÜNNƏSİ ONDA (HZ. MEHDİ (Ə.S)-DA) BAŞ VERƏCƏK. BU MÜDDƏT ÇOX UZANDI DEYƏ BƏZİ ÜRƏKLƏR DAŞ KİMİ SƏRTLƏŞƏCƏK. ALLAHIN, ÜRƏYİNƏ İMAN YAZDIĞI VƏ RƏHMƏTİYLƏ DƏSTƏKLƏDİYİ KƏSLƏR XARİCİNDƏ ONA (HZ. MEHDİ (Ə.S)-A_) İNANAN QALMAYACAQ.” (Kamal-ud Din, səh. 526 və Bihar-ul Envar, 51-ci cild, səh. 224)
Hz. Mehdi (ə.s), peyğəmbərlərdə olduğu kimi uzun və əziyyət dolu bir ömür sürəcək. Hz. Mehdi (ə.s)-ın qeyb dövrü olacaq, hətta bu qeyb dövrünün uzun olması, yəni hz. Mehdi (ə.s)-ın insanlar tərəfindən tanınmasının, zühurunun bəzi kəslərin zənn etdiyindən daha uzun sürməsi imanı zəif bəzi kəslərin ürəklərinin qatılaşmasına səbəb olacaq. Bu səbəblə, hz. Mehdi (ə.s)-a inananlar 313 nəfər kimi çox az bir sayda adam qalacaq. Bu kəslər Allahın ürəklərinə xüsusi olaraq iman yazdığı, çox səmimi insanlar olacaq.
Hz. Mehdi (ə.s)-ın qeybi əsnasında ona yalnız çox az sayda insan inanacaq.
“… BİLİN Kİ, OĞLUMUN (HZ. MEHDİ (Ə.S)-IN) QEYBİ ÇOX UZUN SÜRƏCƏKDİR. BELƏ Kİ, İMANLARINI ALLAHIN QORUDUĞU KƏSLƏR XARİCİNDƏ BÜTÜN İNSANLAR BU BARƏDƏ ŞÜBHƏYƏ DÜŞƏCƏKDİR.” ( Bihar-ül Ənvar, 51-ci cild, səh. 160; Isbat-ül Hüdat, 6-cı cild, səh. 427.)
Hz. Mehdi (ə.s)-ın tələbələri gənclərdən ibarət olacaq və çox az sayda olacaq
Hüqeym İbn Sad belə deyir: İmam Əmir əl-möminin Əli (ə.s)-ın belə buyurduğunu eşitdim. Qaim (ə.s)-ın səhabələri gəncdir və aralarında yaşlı yoxdur. Ancaq gözdəki sürmə və ya azuqədəki duz qədərdirlər, azuqədəki ən az şey duzdur.
Hz. Mehdi (ə.s)-ın köməkçiləri gənclərdən ibarət olacaq, aralarında yaşlı olmayacaq. Ancaq digər bir çox hədisdə bildirildiyi kimi sayları çox az olacaq. Bilindiyi kimi hədisi-şəriflərdə hz. Mehdi (ə.s)-ın tələbələrinin sayının, təxminən, 314 nəfər olduğu bildirilir.
(İmam Mehdi, Ali İrfan, Velayet Yayıncılık, sf. 96)