şərh

Hörmətli Adnan Oktarın 10 dekabr 2010-ci il tarixli reportajından çoxluğa tabe olmamaqla əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Allah: “Yer üzündə olanların əksəriyyətinə itaət etsəniz, onlar sizi Allah yolundan azdırarlar” deyir. Şeytandan Allaha sığınıram. Biz çoxluğa görə hərəkət etmərik. Məsələn, biri diskoya gedir, çoxluq bunu anormal kimi görür. Çoxluq anormal düşünə bilər. Biz nə etməliyik?. Öz ağlımızla düşünməliyik.

Allah: “Mənim huzuruma, tək-tənha, tək başınıza gələcəksiniz” deyir. Gələndə; kompyuter qarşısında olarkən əyləşdiyi kreslosuyla, anasıyla, atasıyla, facebook dostlarıyla birlikdə gəlməz. Ölər, cənazə mərasimi basırıq olar, o birbaşa oraya qədər gedər. Onu qəbiristanlığın, iki metr yarım qalınlığındakı torpağın altına qoyduqdan sonra, oradakı bələdiyyə işçiləri var gücləriylə torpağı üstünə tökməyə başlayırlar. Ondan sonra da cəmiyyətlə olan əlaqə kəsilər. Beləcə yoldaş zülmət qaranlığın, buz kimi torpağın içərisində qalar, ancaq bakteriyalarla, oradakı qurdlarla birlikdə qalar. İşıq-mışıq da yoxdur. Bədəni hər keçən dəqiqə şişməyə başlayar. Yəni bunu demək istəmirəm, amma ağzından köpüklər gəlməyə başlayar. Eyni zamanda qadının uşaqlığı təzyiqin təsirindən cinsi orqanından çölə çıxar, bədəni həddindən artıq şişər.

Ən yaraşıqlı, ən gözəl, dünyanın ən gözəl qadını olsa belə, axırda mütləq bu aqibətə uğrayar. Ən yaraşıqlı kişi də bu şeyi yaşayar. Təkcə peyğəmbərlərin bədəni çürümür; övliyaların və peyğəmbərlərin. Bir möcüzə olaraq olmur.… ardı...

 

Hörmətli Adnan Oktarın 14 dekabr 2010-ci il tarixli reportajından Hz. Musa ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Hz. Musa (ə.s) həyəcanlandığında danışa bilmir, o çox şirindir. Allahualəm mənim anladığıma görə susur. Artıq heç nə danışa bilmir. Çünki, bax: “Köksüm daralır” deyir. “Köksüm daralır, dilim söz tutmur” deyir. Həyəcanın dərəcəsindən. Hz. Musa (ə.s) fitrəti etibarilə inanılmaz dərəcədə tez həyəcanlana bilən bir ruha sahibdir. İmtahanında ona məxsus olaraq. Məsələn, Allah da ona, ən qorxduğu şeyləri etdirir.

Məsələn, ilan çox qorxduğu, çəkindiyi bir şeydir. Allah: “O nədir?, əlindəki şey nədir?” deyir. O da: “Əsamdır” deyir. Allah: “Onun faydası nədir?” deyir. Onu sakitləşdirmək üçün, Allahualəm bir qədər də rahatlıq tapsın deyə, bildiyi halda onun nə olduğunu soruşur. Budur: “Onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır” deyir. Qəribə xoş xasiyyəti var. “Onu at ey Musa” deyir. Atan kimi ilana çevrilir. Allah: “Arxasına baxmadı” deyir. Beləliklə də, arxasına baxmadan qaçır, Allahualəm bəlkə də metrlərlə qaçmışdır.

        NADİDE SULTAN: Nə kimi hislər keçirdiyini anladım, mən də bir az qorxağam.

        ADNAN OKTAR: Təbiidir ki, bu qorxu çox məqbuldur. Çünki, o Allah qorxusu şəklində təcəlli… ardı...

 

Hörmətli Adnan Oktarın 18 oktyabr 2012-ci il tarixli reportajından hz. İsa Məsih (ə.s) ilə əlaqədar ayələrin şərhi.

        ADNAN OKTAR: Hz. İsa (ə.s) ilə əlaqədar ayələr, digər peyğəmbərlər barəsində verilən ifadələr kimi deyil. Allah digər peyğəmbərlərin daim günahlandırıldığını, təzyiq gördüklərini, tövhidə çağırdıqlarını, ixlaslı və səmimi olduqlarını, təmiz olduqlarını, təbliğ etdiklərini, amma çətinliklərlə də qarşılaşdıqlarını uzun-uzadı izah edir.

Hz. İsa Məsih (ə.s) barəsində tam fərqli bir izahat var. Yəni heç də digər izahatlarla uyğunlaşdıracağımız kimi deyil. Məsələn, buradakı ayədə, yəni Nisa surəsinin 172-ci ayəsində deyir ki, şeytandan Allaha sığınıram. “Məsih və yaxınlaşdırılmış mələklər”, belə ki, heç bir peyğəmbər barəsində belə bir şey söylənilməmişdir, belə bir şey ayədə, Quranda yoxdur. Baxın: “Məsih və yaxınlaşdırılmış mələklər”, yəni hər ikisi də, “Allaha qul olmaqdan qətiyyən çəkinməzlər”. Məsələn, Allah: “Peyğəmbərlər, saleh möminlər” deyərdi. Amma baxın təkcə Məsih deyir, yalnız Məsih, “Məsih və yaxınlaşdırılmış mələklər, Allaha qul olmaqdan qətiyyən çəkinməzlər”. Yəni burada xristianlara verilən bir cavab var.

Onları tövhid inancına çağıran bir izahat var, amma mələklərin yanında olan Məsihdən bəhs edilir. Əgər o hal-hazırda insanların arasında olsaydı, Allah bunu mütləq deyərdi, yəni buradakı vəziyyət Məsihin mələklərin yanındakı görünüşüylə əlaqədar verilən izahatdır, olduğu yeri söyləyir. “Məsih və yaxınlaşdırılmış mələklər, Allaha qul… ardı...

 

Hörmətli Adnan Oktarın 23 avqust 2013 tarixli söhbətindən insanın yaradılışı ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Qardaşım, Quranda səhv axtarış etmələri uşaqcadır. “Biz hər şeyi sudan yaratdıq” (Ənbiya surəsi, 30) deyir. Hər şeyin 80%, 90% su, bütün canlıların, doğru. “Sizi axıdılan bir spermadan, bir mayedən yaratdıq” (Qiyamət surəsi, 37) deyir, bu da doğru. “Sizi bir palçıqdan yaratdıq” (Hicr surəsi, 26) deyir Allah, bu da doğru. “Bişmiş palçıqdan yaratdıq” (Rəhman surəsi, 14) deyir Allah, bu da doğru. Bir-biriylə ziddiyyət təşkil edən bir şey yox ki. Əvvəlcə hz. Adəm (ə.s) yaradılışında Allah, gildən yaradır. İlk Adəm (ə.s)-ın yaradılışı gildir. Maneken var ya gil maneken. Bişmiş gil heykəl. Mükəmməl bir heykəl edir Allah, sonra “bura gəl” deyir, birdən gedir heykəl, bu qədər.

İnsana çevrilir bir anda. Hz. Musa (ə.s)-ın əsası necə ağac taxtası bir anda necə ilana çevrilir, eynisi. Yəni oradakı hadisələrin arasında heç fərq yoxdur. Hz. İsa (ə.s) palçıqdan quş formasında bir şey edir. Üfürür, qoyur yerə, geriyə çəkilir, uçub gedir, quş olur. Allah “Öz iki əlimlə etdim” (Sad surəsi, 75) deyir. Palçıqdan, bu sənətkarların istifadə etdiyi şey var ya gil palçığı. Bildiyin palçıq, Quranın izah etdiyi o. “Ondan bir insan etdim” deyir. “Bişmiş” deyir. Gil bişdikdə o şəkli alar. “Gildən bir insan… ardı...

 

A0006

Hədislərdə hz. Mehdi (ə.s) -ın hansı dövrdə çıxacağı xəbər verilmişdir

Hədislərdə hz. Mehdi (ə.s)-ın İslam əxlaqını hakim etmək üçün qiyamət qopmadan əvvəl yer üzünə mütləq gələcəyi ifadə edilmişdir. Bununla bərabər yenə hədislərdə verilən məlumatlara görə, hicri 1400-cü illər Allahın izniylə hz. İsanın təkrar yer üzünə dönüşü, hz. Mehdi (ə.s)-ın gəlişi, dəccalın çıxması və hz. İsaya məğlub olması, bütün dünyada insanların kütlələr halında İslama yönəlməsi kimi böyük hadisələrin reallaşacağı fövqəladə bir dövrdür. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, hədis və İslam alimlərinin şərhlərində hz. Mehdi (ə.s)-ın gəlişi ilə əlaqədar müxtəlif tarix və dövrlər vardır.

 

1. Hz. Mehdi (ə.s) ikinci minillikdə gələcəkdir.

Böyük İslam alimi İmamRəbbani hz. Mehdi (ə.s)-ın Peyğəmbərimiz (s.ə.v)-in vəfatından 1000 (min) il keçdikdən sonra, A0010hicri ikinci minin içində gələcəyini bildirir. Bu mövzuyla əlaqədar İmam Rəbbaninin bir çox şərhi mövcuddur:

Quran hökmlərinin gücləndirmək, milləti yeniləməsi bu İKİNCİ MİNİLLİKDƏDİR. Bu iddianın doğruluğuna ədalətli şahid: Hz. İsa (ə.s.)-ın HZ. MEHDİ (Ə.S)-IN (r.ə) BU MİN İLİN İÇİNDƏ VAR OLMALIDIRLAR. (Mektubat-ı Rabbani, c.1, s. 611)

 

Rəsulullah (s.ə.v)-in ümməti arasından çıxanlar çox kamildir. Yəni Rəsulullah (s.ə.v)-in irtihalı (vəfatı) üzərindən min il keçdikdən sonra istəsə, az olsunlar. Aradan min il keçdikdən sonra hz. MEHDİ… ardı...