parlaq
Hz. Mehdi (ə.s)-ın dərisi parlaqdır
“Hz. Mehdi (ə.s)-ın üzü qızıl kimi parlayar. Elə parlaqdır ki, az qala dərisinin əsl rəngi görünməyəcək.” (Bihar-ül Envar, 13-cü cild, səh. 263)
Hədisdə, hz. Mehdi (ə.s)-ın dərisinin gözəlliyinə diqqət çəkilmişdir. Bir çox hədisdə, yaşı çoxalsa da 40 yaşında göstərəcəyi müjdələnilən hz. Mehdi (ə.s)-ın dərisi diqqət çəkəcək dərəcədə parlaq və sağlam olacaq.
Hz. Mehdi (ə.s)-ın paltarları parlaq olacaq
İmam Əli (ə.s), Rəsulullah (s.ə.v)-in ona belə xitab edərək buyurduğunu bildirir: “ONUN (HZ. MEHDİ (Ə.S)-IN) ÜZƏRİNDƏ NURDAN PALTARLAR VARDIR…” (Bihar, c. 36, s. 337; c. 51, s. 108)
Həsən ibn Mahbubu Zərrad, İmam Rza əleyhissalamın belə buyurduğunu bildirir: “…(HZ. MEHDİ (Ə.S)-IN) ÜZƏRİNDƏ (Əynində) NURDAN PALTARLAR VARDIR.” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, s. 207)
Hədisdəki, “üzərində (əynində) nurdan paltarlar vardır” sözləriylə hz.Mehdi (ə.s)-ın geyiminin parlaq olacağına işarə edilmişdir. Bilindiyi kimi ‘nur’ işıq qaynağı deyil, ‘işığı əks etdirən’ mənasındadır.
Quranın “… və ayı bunlar arasından bir nur etmiş, günəşi də (işıqlandırıcı və yandırıcı) bir şam etmişdir.” (Nuh surəsi, 16) ayəsində də, günəşin bir işıq qaynağı olduğu, ‘nur’ sözüylə ifadə edilən ayın isə işığı əks etdirdiyi bildirilmişdir.
Bütün bu məlumatlar, hz. Mehdi (ə.s)-ın da üzərində (əynində) ‘nurdan paltarlar’-ın olacağına, hz. Mehdi (ə.s)-ın işığı əks etdirən, parlaq geyimlərinin olacağına işarə edir.
(HZ. MEHDİ (Ə.S)-IN) PARLAQGEYİMLƏRİ OLACAQ, ƏL–QÜDS ŞAMINDAN İŞIQSAÇACAQ…
(El-Sahife El-Mehdiye’den Seçme Dualar, Seyyid Murtaza Müçtehidi Sistani, sf. 65, Kifayetul Athar: 158; El-Bihar 36: 337; and 51: 109)
Axırzamanda zühur edəcək hz. Mehdi (ə.s) parlaq parçadan tikilmiş paltarlar geyinəcəkdir. Həmçinin, Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s)-ın əl-Qüds şamından işıq saçacağını bildirərək onun olduğu yerdən, yəni Qüds şamından elmini yayacağına da diqqət çəkmişdir.
Hz. Mehdi (ə.s)-ın üzü inci ağını xatırladacaq və parlaq təmiz üzlü olacaq
“HZ. MEHDİ (Ə.S) MƏNİM NƏSİLİMDƏN BİR ŞƏXSDİR. ÜZÜ İNCİ ULDUZU KİMİDİR.”
(Ebu Davud, Mehdi 1., Kıyamet Alametleri, İsmail mutlu sf. 155)
Hz. Mehdi (ə.s)-ın qabaq dişləri parlaq olacaq
Bir başqa hədisdə həzrəti Əli (ə.s) təkrarən İmam Mehdi (ə.s)-dan bu sözlərlə bəhs edər:
“…Qabaq dişləri parlaqdır …. “
[Yenabi-ül Mevedde, s. 423]