nur

Adnan Oktarın 14 oktyabr 2009-cu ildəki  Samsun Aks Tv və Ekintürk Tv-dəki reportajından

 

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər, halbuki kafirlər istəməsə də, Allah Öz nurunu tamamlayacaqdır” Allah deyir, “müşriklər istəməsə də” yəni xurafatçı dəstəsi də, fırıldaqçılar da, saxtakarlar da, saxtakar hocalar da. “Müşriklər istəməsə də, o dini İslamı bütün dinlərə üstün etmək üçün” yəni dünya hakimi etmək üçün tək din halına gətirmək üçün “elçisini hidayətlə və haqq dinlə göndərən Odur.”

Baxın, ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər deyir. İslamın hakimiyyətini istəmirlər deyir, halbuki kafirlər istəməsə də, Allah Öz nurunu tamamlayacaq, tamamlamaq nə deməkdir? İslamın bütün dünyaya kamil mənada hakim olması deməkdir. Bu  İslamın dünyaya hakim olmasını istəməyən və İslamın hakim olmaması üçün cəhd göstərən nə qədər müşrik dəstəsi varsa, bu ayə ona işarə edir və cavab verir. İnşaAllah. Kim varsa, İslam dünyaya hakim olacaq, istədikləri qədər çırpınsınlar. Çünki Allah söyləyir bax, “ağızlarıyla” yəni danışaraq “Allahın nurunu söndürmək istəyirlər” dayandırmaq istəyirlər “halbuki kafirlər istəməsə də, Allah Öz nurunu tamamlayacaq, deyir. Müşriklər  istəməsə də, o dini İslamı bütün dinlərə üstün etmək üçün elçisini hidayətlə və haqq dinlə göndərən Odur”. Bu nə vaxt olacaq? Məsihin enişiylə olacaq, nə vaxt; on beş, iyirmi il içərisində, inşaAllah və Mehdi zamanında olacaq. Mehdinin imamlığıyla, Məsihin vəzirliyiylə və bu böyük müjdə reallaşacaq, Allah bunu söyləyir, inşaAllah. Bəli, İslamın dünya hakimiyyətini istəməyən kim varsa, inşaAllah.

 

Hz. Ömər (radıyallahu ənh) izah edir: Rəsulullah (əleyhissalatu vəssalam) buyurdular ki: Allahın qulları arasında bir toplum var ki, onlar nə peyğəmbərlərdir, nə də şəhidlərdir. Hətta qiyamət günü Allah qatındakı mövqelərinin ucalığı səbəbiylə peyğəmbərlər də, şəhidlər də onlara qibtə edərlər.” Orada olanlar soruşdu: Ey Allahın Elçisi! Onlar kimdir? Bizə xəbər ver! Onlar,aralarında nə qan bağı, nə də bir-birlərinə bağışladıqları bir mal olmadığı halda, Allah üçün bir-birlərini sevənlərdir. Allaha and içərəm, onların üzləri mütləq nurdur. Onlar bir nur üzrədirlər. Xalq qorxarkən, onlar qorxmazlar. İnsanlar kədərlənərkən, onlar kədərlənməzlər və bu Quran ayəsini oxudu: “Xəbəriniz olsun Allahın dostları var ! Onlara nə qorxu var, nə də onlar kədərlənəcəklər” (Yunus surəsi, 62) (Əbu Davud, (3527))

1

 

Hz. Mehdi (ə.s)-ın ruhu Allahın yaratdığı on dörd nurdan biridir

Din kitabında (İkmalüd din) belə qeyd olunmuşdur:
0176

İbn İdris, atası, Məhəmməd b. Hüseyn b. Zeyd, Həsən b. Musa, Əli b. Səmaya, Əli b. Həsən b. Ribat, onun atası, Mufaddal vasitəsilə rəvayət edər:

İmam Sadiq (ə.s) buyurdu ki:

“Şanı uca olan Allah məxluqatı yaratmamışdan qabaq, 14 min il əvvəl 14 nur yaratdı və onlar bizim ruhlarımızdır.”

Ona: “Ey Rəsulullahın övladı 14 nur ifadəsi ilə kim nəzərdə tutulur?” deyildikdə belə cavab verdi:

“Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn və onların soyundan gələn imamlardır. Onların sonuncusu əl-Qaimdir (Hz. Mehdi (ə.s)). O qeybinden sonra zühur edərək Dəccalı (fikrən) öldürəcək, yer üzünü hər cür zülm və haqsızlıqdan təmizləyəcək.”

(Məclisi, Biharül-Ənvar, Beyrut, 1404, c. 15, s. 23)

 

Ənbiya surəsi  105-ci ayədə bəhs edilən: “Dünyanın hakimi əməlisaleh qullar” Hz. Mehdi və tələbələridir.

Təfsirul-Qummidə belə deyilir:

” “Biz and olsun, Zikrdən sonra Zəburda da yazdıq” (Ənbiya surəsi, 105) ayəsindəki “zikrdən” sözü Allahın əvvəl nazil etdiyi bütün kitabları nəzərdə tutur. “…Ki, yer üzünə şübhəsiz Mənim əməlisaleh qullarım varis olacaq”. (Ənbiya surəsi, 105) burda nəzərdə tutulan isə əl-Qaim (Hz. Mehdi (ə.s)) və onun əshabıdır”.

(Məclisi, Biharül-Envar, Beyrut, 1404, c. 14, s. 37)

 

Hz. Mehdi… ardı...

 

… Əbdüləziz İbn Müslim belə rəvayət etmişdir:

“İmam Mehdi üfüqdə doğan bir Günəş kimi nuruyla bütün aləmi işıqlandırar. İmam Mehdi parıldayan bütöv aydır, parlaq bir çıraq, işıq saçan bir nur, zülmət qaranlıqlarda, şəhərlərin küçələrində, çöllərin dərinliklərində və dənizlərin girdablarında yol göstərən bir ulduzdur”. (İman və küfr kitabı / üsulu Kafi (əl-Üsul Min əl-Kafi) / əl-Kuleyni, Cild 1)

images