işarə

Adnan Oktarın 24 iyul 2010 tarixli HarunYahyaTv reportajından

 

ADNAN OKTAR: “Heç bir şey haqqında: “Mən bunu sabah mütləq edəcəyəm” demə. Ancaq: “Allah diləsə” (inşaAllah edəcəyəm de).” Mehdi (ə.s)-ın tələbələri də, ən çox “inşaAllahı Mehdi (ə.s)-ın tələbələrində eşidəcəyik. “İnşaAllah”ı, “maşaAllah”ı ən çox istifadə edənlər bu kilid sözlərlə dünyaya hakim olacaqlar. Dünyanın sirridir; “inşaAllah”, “maşaAllah”. Dünya hakimiyyətinin sirridir. Mehdi (ə.s) tələbələrinin sirridir. Kilid sözdür. Bu, Kəhf surəsində açıqlanmışdır. “Unuttuğun zaman Rəbbini zikr et.” Deməli, Axırzamanda unutqanlıq yayılacaq. İnsanlar bir çox şeyi xatırlaya bilməyəcəklər. Bədiüzzaman nə deyir? “Axırzamanda unutqanlıq artacaq” deyir, hədis var. Mehdi (ə.s)-ın dövrünün xüsusiyyətidir. Quranda nə deyir, bax; “Unutduğun zaman Rəbbini zikr et.” Deməli, Allahı zikr edənlər unutmağa qarşı beyinlərini daha güclü tutacaqlar. Allahı zikr edənin beyini daha sağlam olacaq. Yoxsa unutqanlıq daha da yayılacaq.

“De ki: “ümid edilər ki, Rəbbim məni bundan daha yaxın bir müvəffəqiyyətə yönəldər.” Qısa zamanda dünya hakimiyyəti olacaq. Bax, nə deyir? “Məni bundan daha yaxın bir müvəffəqiyyətə yönəldər ” Yəni 309 il deyil, çox qısa zamanda. 1980-də başlayacaq, 2020-də bitəcək. İnşaAllah. Bax, Allah Peyğəmbər (s.ə.v)-ə belə dua etdirir. “Bundan daha yaxın bir müvəffəqiyyətə yönəldər.” Qısa müddətdə dünya hakimiyyəti, inşaAllah. “Üç yüz il qaldılar,” 300 sayını xatırlayırsanmı, Berkerim? 313, 300.

ALTUĞ BERKER: Əstağfirullah, hocam.… ardı...

 

Kahramanmaraş Aksu Tv canlı reportajı, 1 may 2010

 

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Sizə hər istədiyiniz şeyi verdi” deyir, Allah. Nə istəyirsinizsə; qələm istəyirsinizsə qələm, ihlamur istəyirsinizsə ihlamur, səhləb istəyirsinizsə səhləb, başqa nə istəyirsinizsə o.

ALTUĞ BERKER: İndi o mövzudan bəhs edirdik, hocam, inşaAllah.

ADNAN OKTAR: Bəli. “Əgər Allahın nemətini saymağa cəhd etsəniz”, verdiyi nemətləri saymağa cəhd etsəniz. “Onu sayıb-qurtara bilməzsiniz”. O qədər çoxdurki, deyir Allah. Verdiyim nemətləri saymağa nə ömrünüz yetər, nə diliniz yetər. Kürsülər, qab-qacaqlar, avtomobillər, evlər, evlərin içindəki alətlər, televizorlar, televizorunn içindəki kiçik parçacıqlar, say say bitməz, deyilmi? “Həqiqət budur ki, insan çox zalımdır,” deyir Allah “və çox nankordur,” deyir. Yəni nankorluq edib bu nemətləri görməzlikdən gəlirlər, zülm edib anlamazlıqdan gəlirlər, deyir  Allah.

“Necə ki, İbrahim belə demişdi: Rəbbim bu şəhəri etibarlı et.”  Mehdi (ə.s)-ın zamanında Allahın icazəsi ilə biz də bütün şəhərləri etibarlı edəcəyik . Baxın, “bu şəhəri etibarlı et”. Mehdi (ə.s)-ın dövründə bütün şəhərlər etibarlı qılınacaq, hədis var. “Məni və uşaqlarımı bütlərə qulluq etməkdən uzaq tut.” Yəni darvinizmə, materializmə batmaqdan, deyil mi, Axırzamandakı mənası budur. Allahın müsəlmanları belə bir bataqlığa düşməkdən qoruması üçün dua edirik. “Rəbbim həqiqətən, insanlardan bir çoxunu çaşdırıb azdırdı.” Darvinistlər də indi, insanların bir çoxunu çaşdırıb… ardı...

 

Adnan Oktarın 17 Aprel 2011 A9 Tv, Kanal Avropa və Çay Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Fil surəsinin 4-cü ayəsinin əbcədi; ll Dünya müharibəsinin başlanğıc tarixini verir. Rəhman Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınıram. “Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi? “Onların “hazırladıqları planları” boşa çıxarmadı mı? “Onların üzərinə qara uzunqanad (sürü-sürü) quşlarını göndərdi.” ll Dünya müharibəsində, hava bombardmanı olmuşdu. “Onlara “bişirilib-sərtləşdirilmiş palçıq daşları” atırdılar.” 1940-cı ildə, bomba partladığında, bütün binaların kərpicləri havalara sıçrayırdı, insanların başlarına milyonlarla kərpic yağdı, Quran ona diqqət çəkir. Baxın, “Onlara “bişirilib-sərtləşdirilmiş palçıq daşları” atırdılar.” Yəni “kərpiclər atırdılar” deyir, binaların parçalanması nəticəsində meydana gələn kərpiclər, əbcədi, dəqiq ll Dünya müharibəsinin başlanğıcını verir. “Sonunda onları, məğlub əkin yarpağı kimi etdi.” Sonunda hamısı  məğlub oldular, iki tərəf də məğlub oldu, pərişan oldular.

 

Adnan Oktarın 01 Yanvar 2010-ci il tarixli Tempo TV və Kral Karadeniz TV müsahibəsindən

Adnan Oktar: Vaqiə surəsi, 56-cı ayə, baxın yenə 56-a gəldik, Vaqiə surəsi, 56. Yer şiddətlə titrədiyi zaman, Dağlar parça-parça olub ovxalandığı”, baxın 5-ci ayə də bu, baxın 4-də Yer şiddətlə titrədiyi zaman…”, yəni bir toqquşma ilə, bax qiyaməti yenə izah edir. Dağlar parça-parça olub ovxalandığı”, toqquşmanın şiddəti ilə dağlar darma-dağın olacaq. 4 və 5-ci ayələrin rəqəmləri 4, 5 yanaşı qoyulduqda nə olur?

Oktar Babuna: 1545.

Adnan Oktar: Yenə 1545-ə işarə edir.

Oktar Babuna: MaşaAllah. Qiyamətin baş verəcəyi tarixi.

Adnan Oktar: Vaqiə surəsi, Nəim bağlarında qalacaq kimsələrdir” -deyir, Cənnət əhlindən bəhs edir Allah. Onların çoxu əvvəlki nəsillərdən”, 13-cü ayədə, “az bir qismi də axırıncılardandır”. 14 ağlına nə gətirir? Yəni cənnətdə insanların az bir qisim də axırıncılardandır, Hicri 14-cü əsr. Hicri 1400-cü ilə baxır elə deyil mi? “Az bir qismi də axırıncılardandır. Onlar bəzənmiş taxtlar üstündə qarşı-qarşıya əyləşib dirsəklənəcəklər”. Bəs təkamül var idi Cənnətdə də? Ləl-cəvahiratlar taxtlar orada mağazadan alınmır, Allah yaradır, elə deyilmi? Orada bir usta hazırlamır onu, Allah yaradır. “Qarşı-qarşıya əyləşib dirsəklənəcəklər” -deyir Allah.

 

Adnan Oktarın 10 dekabr 2010-cu il Kaçkar Tv-dəki söhbətindən

Əraf surəsi, şeytandan Allaha sığınıram. Allahın lənəti olsun zalımlara!” –deyir Allah, Əraf surəsi, 44-də. 45-də: O kəslərə ki, insanları Allah yolundan azdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər”. Əbcəd: 1945-ci il tarixini verir və 45-ci ayə. Yəni o dövrlərdəki, 45-ci illərdəki dünyanın içində olduğu vəziyyətə işarə edən bir ayədir. Yəni o vaxt faşistlərin, kommunistlərin ən azğın olduqları dövrlər idi. Yəni kommunizmin ən geniş vüsət aldığı dövrlər idi. “O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı”. Dinlərini əyləncə və oyuna necə çevirirlər? Çıxır televiziyalara, təlxəklik edir. Dinlə əlaqədar, axirətlə əlaqədar, cənnətlə əlaqədar lətifələr danışır, adamlar da qəhqəhələr ataraq gülürlər. Ayədə nə deyir Allah, Əraf surəsi 51-də; “O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı”. Məsələn, pul qarşılığında çıxıb “İslam Birliyinin olmayacağını” söyləyir. “İttihad-ı İslamın olmayacağını” söyləyir. “Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq” –deyir. “Mən də onlara bəla verəcəyəm” -deyir Allah. inşaAllah.