göstərmək

Adnan Oktarın 4 fevral 2011, Kaçkar Tv-dəki söhbətində

ADNAN OKTAR: Qəsas surəsi, Rəhman Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. “Ta, Sin, Mim.” “Ta” hərfi var, “Sin” hərfi var və “Mim” hərfi var. “Mim”-nəyə işarədir görəsən. “Sin”-nəyə işarə edir görəsən. “Ta”-nəyə işarədir görəsən. Baxaq, gələcəkdə anlayacağıq inşaAllah. “Bunlar açıq-aydın Kitabın ayələridir.” Deməli, Quran bağlı (üstüörtülü mənada) deyil. “Biz sənə, iman gətirən insanlar üçün, Musa ilə Fironun əhvalatını olduğu kimi oxuyacağıq.“-deyir Allah. Vəhylə bildirir Allah. “Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü.” Hazırda eyni vəziyyətdə, müsəlmanların bir qismini bölmüş, bir qismini də ayırmışlar. Hal-hazırdakı firon da eyni vəzifəni icra edir.

“Onlardan bir zümrəni zəiflədir” müsəlmanların bir hissəsini gücdən salır, “oğlan uşaqlarını öldürür” bir çox İhvan-ı Müslümin (Müsəlman birliyi, dindar, hərbi birlik, təşkilat) tərəfdarlarını, bundan əvvəlki babalara da elə etdilər, asdılar. Minlərlə müsəlmanı asdılar, gənc, aslan kimi cavanları. “Qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.” Hal-hazırdakı firon da eyni ilə, təxribatçıdır. “Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək.”

“Dünya hakimi etmək istəyirik” deyir Allah. Bax, “Biz isə, yer üzündə (dünyada) zəif buraxılanlara…” Müsəlmanlar gücdən salındı, parçalandılar, bölündülər, məzhəblərə ayrıldılar, “onlara mərhəmət göstərək”, Allah “lütf etmək istəyirəm” deyir onlara.… ardı...

 

Nəchül-Bəlağədən: İnananların Əfəndisi (s.ə.v) dedi ki: “Onlar səhv yolları izləyərək və yol göstərici ənənələri tərk edərək sağa və sola getdilər… Ey insanlar, bu hər vədin reallaşacağı və bilmədiyiniz adamın (MEHDİ (Ə.S.)) GƏLİŞİNİN YAXINLAŞDIĞI ZAMANDIR. Diqqət yetirin, o zaman aramızdan çıxan (HZ. MEHDİ (Ə.S)), BU ƏN ÇƏTİN ZAMANLARDA BİR İŞIQLA ONLARI AŞACAQ…” (Kitab-ül Gaybet, [Bihar-ul Envar, 51-ci cild], Ansariyan Yayıncılık, Derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 186)     

 

Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bu hədisdə, hz. Mehdi (ə.s)-ın gəlişiylə birlikdə insanlığın, onun Qurandan qaynaqlanan nuru və ağlı ilə işıqlanacağı; Mehdi (ə.s)-ın Allahın doğru yolunu, Quranın gözəlliklərini və Rəsulullah (s.ə.v)-in sünnətini insanlara göstərəcəyi bildirilir.

 

(Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət olunan bu hədisdəki “BİR İŞIQLA” şəklindəki ifadə bəlkə də hz. Mehdi (ə.s)-ın və tələbələrinin istifadə edəcəkləri TELEVİZİYA VƏ KOMPYUTER EKRANINA da işarə edir.)

Baxın. <http://www.hazretimehdi.com/internet.html>


R0327

 

Mehdinin vəzifəsi darvinizmin etibarsızlığını göstərib, yaradılışı isbat etmək olacaq

Hz. Mehdi bütün yer üzünə din əxlaqının hakim olmasına vəsilə olacaq adamdır. Hz. Mehdinin elmi mübarizəsinin ilk mərhələsi materialist, ateist, darvinist düşüncələri təməldən yıxmaq və Yaradılışı isbat etmək olacaq. Çünki hz. Mehdinin ortaya çıxacağı Axırzamanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri inkarçı, ateist, materialist düşüncə və axınların çox məşhur olması, bu səbəblə, insanların böyük əksəriyyətinin din əxlaqından uzaq olmalarıdır. Bədiüzzaman Səid Nursi də, Axırzamanın ən əhəmiyyətli təhlükələrindən birinin ateist fəlsəfələr olacağını bildirmiş, xüsusilə darvinist və materialist fəlsəfələrin ateizmə zəmin hazırlayacaqlarına diqqət çəkmişdir:

Tabiyyun, maddiyun fəlsəfəsindən (darvinist, materialist və ateist fəlsəfənin) təvəllüd edən bir cərəyanı-nəmrudanə, (doğan inkarçı bir axın) getdikcə Axırzamanda fəlsəfəi-maddidir (materialist fəlsəfə) vasitəsiylə intişar edərək (yayılaraq) qüvvət tapıb, üluhiyyət (Allahın varlığını) inkar edəcək bir dərəcəyə gəlir. (Allahı tənzih edirik) (Emirdağ Lahikası, səh. 259)

Bu səbəblə, Bədiüzaman, hz. Mehdinin birinci vəzifəsinin, materializm fikriylə, yəni Allahı inkar etmək məqsədilə qurulmuş darvinist, materialist və ateist fəlsəfələrlə mübarizə etmək və bu fəlsəfələrin insanlar üzərindəki təsirini tam mənasıyla qaldırmaq olacağını ifadə etmişdir:

Və onun (hz. Mehdinin) üç böyük vəzifəsi olacaq: Birincisi: Fənn və fəlsəfənin tasallutiylə (təsiriylə) və maddiyun və tayabiiyyun taunu (darvinizm, materializm və ateizm epidemiyasının), bəşər içinə intişar etməsiylə (insanlar arasında yayılmasıyla), hər şeydən əvvəl fəlsəfəni… ardı...

 

Mehdinin bədəni və səsi çox güclü olacaq

Hz. Rza (ə.s) Rayyan ibn Saltın, “Sən sahibül-əmrsənmi?” sualına belə cavab verdi: “Bəli, mən də sahibül-əmrəm (əmr sahibi), amma yer üzünü ədalətlə dolduracaq sahibül-əmr mən deyiləm. Vəd edilmiş qaim (hz. Mehdi) yetkin yaşlarda, amma gənc bir surətdə zühur edəcək. O QƏDƏR GÜCLÜDÜR Kİ; DÜNYANIN ƏN BÖYÜK AĞACINA DA ƏL UZATSA, ONU KÖKÜNDƏN ÇIXARIB ATAR, DAĞLAR ARASINDA FƏRYAD ETSƏ, SƏRT QAYALAR UN KİMİ OVULAR. Musanın əsası və Süleymanın üzüyü ondadır…. Allah dilədiyi zamana qədər onu gözdən uzaq tutar. Daha sonra zühur edər və yer üzünü əvvəldən zülmlə dolduğu kimi ədalətlə doldurar. (Bihar-ul Envar, cild 52, səh. 32; İsbat-ul Hudat, cild 6, səh. 19)

A0071Rəvayətdə hz. Mehdinin fiziki cəhətdən, bir ağacı yerindən sökəcək qədər, səsiylə də qayaları un kimi ovulacaq hala gətirəcək qədər güclü olduğu ifadə edilmişdir. Burada hz. Mehdinin həqiqətən də bir ağacı yerindən sökəcək, ya da yalnız danışaraq dağları, qayaları parçalayacaq şəkildə fövqəlbəşər və metafizik bir gücə sahib olacağının nəzərdə tutulmadığı açıqdır.

Bu cür bir izahata xalq arasında da tez-tez rast gəlinir. İnsanlar fiziki cəhətdən güclü birini tərifləyərkən ümumiyyətlə, “aslan kimi adam”, “daşın suyunu çıxarar” kimi ifadələr istifadə edərlər. Ancaq bunlar həmişə bənzətmə mənası ilə istifadə olunur; yoxsa heç vaxt nəzərdə tutulan… ardı...