etmək

Hz. Mehdi (ə.s)-ın zühur edəcəyi Axırzamanda ömürlər uzanacaq

Axırzamanda texnologiya sahəsində baş verən inkişaflar, Allahın izni ilə tibb sahəsində fövqəladə irəliləmələrə səbəb olacaq. Qızıl dövrdə yaşanan hər cür elmi və texnoloji inkişafla tibbi işləri sürətləndirəcək, Allahın izni ilə insanların bir çox xəstəliyə tutulmalarının qarşısı alınacaq, xəstəliklərə diaqnoz qoyulmasını asanlaşdıracaq və müalicə imkanlarını artıracaq.

Peyğəmbərimiz (s.ə.v) bir hədisində hz. Mehdi (ə.s)-ın yaşadığı Axırzamanda tibb sahəsində yaranacaq bu cür inkişafa diqqət çəkmişdir. Onun dövründə keçmişdə müalicəsi mümkünsüz kimi görünən bir çox xəstəliyin müalicə edilə biləcəyi, hədisdə belə işarə edilmişdir:

 

İmamı Zaman (hz. Mehdi (ə.s)) dövründə KORLAR GÖRMƏ QABİLİYYƏTİNİ QAZANACAQ və XƏSTƏLƏR ŞƏFA TAPACAQ.  Bihar-ül Envar, cild 51, səhifə 70

 

Axırzamanda insan həyatına və sağlamlığına böyük əhəmiyyət veriləcək, insanlar həkim ya da dərman tapa bilmədikləri ya da gec və ya səhv müalicə edildiyi üçün çarəsiz olaraq yaşamayacaq, hər ehtiyacı olana o an kömək ediləcək. Hər hansı bir insan ayrı-seçkiliyi edilmədən, kasıb-zəngin, yaşlı-gənc demədən, hər kəsin sağlamlıq problemlərinə çox diqqət göstəriləcək. İnsanların sağlamlığı üçün mövcud olan bütün imkanlar sınanacaq, hər cür ehtimal qiymətləndiriləcək.

 

Bütün insanların sağlam bir həyat yaşaya bilmələri üçün elmin və texnoloji inkişafların işığında qidalanma siyəsətləri ən mükəmməl hala gətiriləcək. Yeməklərdəki hər cür zərərlər təsirsiz… ardı...

 

İman edənlər hz. Mehdi (ə.s)-ın zühurunu həsrətlə gözləyəcəklər

“… Göylərin və yerin sakinləri onun əskikliyi üzündən dərd içində olacaq, iman edən kişilər və iman edən qadınlar onun yoxluğunda həsrətgözləyəcəklər və qarışıqlıq içində olacaqlar!”

 

(El-Sahife El-Mehdiye’den Seçme Dualar, Seyyid Murtaza Müçtehidi Sistani, səh. 65 Kifayetul Athar: 158; El-Bihar 36: 337 və 51: 109)

3%20(2)Peyğəmbərimiz (s.ə.v.) hədisində, hz. Mehdi (ə.s)-ın zühurundan əvvəlki dövrdə həm iman edənlərin, həm də yerdəki və göydəki canlıların hz. Mehdi (ə.s)-ın həsrətlə zühurunu gözləyəcəklərini bildirmişdir. Hz. Mehdi (əs)-ın əvvəldə iman edənlərin zülm və təzyiq altında çətinliklərlə dolu bir həyatlarının olacağına diqqət çəkmişdir. Həmçinin, darvinist və materialist sistemin hakim olduğu dünya nizamı içində yaşamaları səbəbiylə insanların çətinlik çəkəcəklərini, ancaq bir tərəfdən də dərin bir həsrət içində hz. Mehdi (ə.s)-ın zühuruyla yaranan dinclik və təhlükəsizlik mühitinin ümidini daşıyacaqlarını xəbər vermişdir.

 

Həqiqətən də, hz. Mehdi (ə.s)-ın zühurundan əvvəlki dövrdə dünyaya hakim olacaq sevgisizlik, kin və düşmənçilik ruhu və bu ruh halının meydana gətirdiyi narahatlıq, qarışıqlıq, və anarxiya mühitləri möminlərin hz. Mehdi (ə.s)-a olan bu həsrətlərini daha da gücləndirəcək.

 

 

Hz. Mehdi (ə.s) dünyanı pisliklərdən və zalım fəlsəfələrdən qurtaracaq

Möminlərin əmiri (s.ə.v) öyüdlərində bizə bu müjdəni verdi ki, dünya pislərdən təmizlənəcək və islah olacaq, zalım hökmdara qarşı döyüş (fikri mübarizə) səkkiz ay davam edəcək sonra sevgi və sülh hakim olacaq.

(El-Sahife El-Mehdiye’den Seçme Dualar, Seyyid Murtaza Müçtehidi Sistani, sf. 69)

 

7de6045deaae9a4331337a2362795baq8Hz. Mehdi (ə.s)-ın üç böyük vəzifəsindən biri olan darvinizm və materializmlə apardığı fikri mübarizə nəticəsində dünya üzərində bu fəlsəfələrin nəticəsi olan zalımlıq, mərhəmətsizlik, sevgisizlik kimi insan fitrətinə zidd olan tətbiqlər sona çatacaq. Ölkələri və insanları din əxlaqını yaşamaqdan, bir-birlərini sevməkdən, mərhəmət göstərməkdən, bir-birləriylə xoş münasibətdən, bir-birlərinə din əxlaqına uyğun gözəl davranmaqdan saxlayan cərəyanlar sona çatacaq. İnsanları materialist, Allah inancı olmayan, mənəvi dəyərlərini itirmiş, degenerasiya həyatı yaşamağa məcbur edən bu fəlsəfələr və bunların tətbiq edənləri hz. Mehdi (ə.s)-ın vəsiləsi ilə fikirlə təsirsiz olacaqlar. Dünya üzərində böyük bir sevgi və sülh mühiti yaşanacaq, ölkələr və insanlar arasında dərin dostluq, qarşılıqlı yardım, birlik və bərabərlik ruhu hakim olacaq.

 

Sən bir hənif kimi üzünü dinə tərəf çevir! (Rum surəsi, 30)

Uca Allah Quranda insanlar üçün seçdiyi İslam dininin insanın fitrətinə (yaradılışına) ən uyğun həyat şəkli olduğunu bildirir. Başqa sözlə, insanın fitrəti Allaha qul olma və Allaha etimad üzərində qurulmuşdur. Əgər Uca Allaha bağlanmağa və hər işində Ona yönəlməyə möhtac olan insan bu fitrətə uyğun yaşasa, həqiqi etibara, dincliyə, xoşbəxtliyə və qurtuluşa çatar. Bu fitrəti rədd edib Quran əxlaqından üz çevirəndə isə çətinlik, qorxu, narahatlıq və əzab dolu bir həyat sürər.

İnsanlar üçün etibarlı olan bu qayda cəmiyyətlər üçün də etibarlıdır. Əgər bir cəmiyyət Allaha iman edən insanlardan meydana gəlirsə, ədalətli, dinc, xoşbəxt bir cəmiyyət olar. Ancaq əgər bir cəmiyyət Allahdan və iman etməkdən üz çeviribsə, cəmiyyətin nizamı da təməldən xarab, çürük və primitivdir.

Allahdan üz çevirən cəmiyyətlər araşdırılanda bu həqiqət asanlıqla görünür. Dinsizliyin yaratdığı ən əhəmiyyətli nəticələrdən biri hər şeydən əvvəl əxlaq anlayışının yox edilməsi və tamamilə degenerasiya olmuş cəmiyyətlərin meydana gəlməsidir. Dini və əxlaqi sərhədləri tapdalayan və yalnız insani istəklərə söykənən bu mədəniyyət əslində həqiqi mənada bir zülm sistemidir. Belə bir sistemdə cinsi azğınlıqdan narkotikə qədər hər cür degenerasiya təşviq görər. İnsan sevgisindən uzaq, eqoist, cahil, düşünə bilməyən və ağlını istifadə edə bilməyən cəmiyyətlər meydana gələr. Çünki, bu… ardı...