bənzəmək

Mehdi, bir çox xüsusiyyətiylə peyğəmbərlərə bənzəyəcək

İmam Zeyn-ul Abidin aleyhissələm belə buyurmuşdur: “BİZİM QAİMİMİZ (HZ. MEHDİ) İLƏ ALLAHIN RƏSULLARI ARASINDA BİR SIRA OXŞARLIQLAR VARDIR. NUH, İBRAHİM, MUSA, İSA, ƏYYUB VƏ MƏHƏMMƏD SALLALLAHU ƏLEYHİ VƏ ALİH PEYĞƏMBƏRLƏRİN HƏR BİRİ İLƏ BİR OXŞARLIĞI  VARDIR. Nuh ilə uzunömürlü olmasında, İbrahim ilə, dünyaya gəlişinin gizli olması və xalqdan uzaq olmasında; Musa ilə, qorxu halı (hz. Mehdiyə istiqamətli təhlükələrin çoxluğu ilə; öldürmə, tələ qurma, həbs olunma, nəzarətə alınma, sürgün kimi hər cür təhlükəylə iç-içə olmasıyla) və qeybətdə yaşamasında (davamlı gizlənərək yaşamasında); İsa ilə xalqın onun haqqındakı ixtilafa düşməsi (bir qisim insanların, “hz. Mehdi gələcək”, bir qisminin də “gəlməyəcək” deməsində); Əyyub ilə, bəladan sonra qurtuluşa çatmasında (hz. Mehdiyə də bir çox çətinlik, xəstəlik və dərd gəlməsi; ancaq eyni hz. Əyyub kimi Allahın rəhmətiylə hamısından xilas olmasıyla); Məhəmməd sallallahu əleyhi və alih ilə də qılıncla qiyam etməsində (Peyğəmbərimiz (s.ə.v)-in müqəddəs əmanətləri olan mübarək bayrağı, qılıncı və hırkasının, hz. Mehdinin yanında olmasıyla), bənzərliyi vardır. ” (Kemal’ud-Din səh. 322, 31. babin 3-cü hədis)


A0031

 

Hz. Mehdi (ə.s), hz. Xızıra və hz. Zülqərneynə bənzəyəcək

Əhməd ibn İshaq, İmam Əsgəri əleyhissalamın hüzuruna getdiyini və onun da belə buyurduğunu dedi: “Ey Əhməd ibn İshaq! O (HZ. MEHDİ (Ə.S), BU ÜMMƏTDƏ “XIZIR” ƏLEYHİSSALAM VƏ “ZÜLQƏRNEYN” KİMİDİR…

(Kemal-üd Din c. 2 s. 384)

(Hz. Mehdi Aleyhisselam, Abdullah Turan, Al-i Taha, s. 157) 

 

R0396Hədisdə verilən məlumat, Qurandakı hz. Zülqərneyn və hz. Xızır hekayələri hz. Mehdi (ə.s)-a da işarə etdiyini göstərir.

 

Buradan aydın olur ki, hz. Mehdi (ə.s) da hz. Xızır kimi olacaq, onun əxlaqını və tərbiyəsini alacaq, onun kimi Ledün elmini biləcək və bu elmlə hərəkət edəcək.

 

Həmçinin, Qurandakı hz. Xızır hekayəsində hz. Musanın, hz. Xızırın hərəkətlərinin hikmətini bilmədən reaksiya verməsi kimi, Axırzamanda da insanlar ledün elmiylə hərəkət edən hz. Mehdi (ə.s)-ı lazımi qədər başa düşüb təqdir edə bilməyəcəklər. Hz. Mehdi (ə.s) da insanlar tərəfindən çox səhv başa düşüləcək, buna görə də xalq ona böyük reaksiya verəcək. Ancaq əslində hz. Mehdi (ə.s)-ın bütün hərəkətləri Allahın lütfüylə gizli elm və hikmətlərlə dolu olacaq.

 

Peyğəmbərimiz (s.ə.v)-in digər hədislərində, Kəhf hekayəsinin də başdan-ayağa kimi işarəli mənada olduğunu, insanları Dəccalın fitnəsindən qurtaracaq olan hz. Mehdi (ə.s)-a işarə etdiyini bildirilmişdir. Yuxarıda bildirilər hədis və Kəhf hekayəsinin Axırzamana işarə etdiyi ilə… ardı...

 

Hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) əxlaq olaraq bir-birlərinə çox bənzəyəcəklər

Abdullah ibn Zamrə, İbni Mati-i Himyeridən (Kab-ul Ahbar) nəql edər ki, belə dedi: “… Qiyam edəcək (Qaim) olan hz. Mehdi (ə.s) Əlinin soyundandır. O (hz. Mehdi (ə.s)) bu yer üzünü, yer üzündən başqa bir hala gətirəcək. Qaim (hz. Mehdi (ə.s)), Əlinin nəslindəndir. (Seyiddir) XEYİRDƏ, GÖRÜNÜŞCƏ VƏ ƏXLAQDA ƏN ÇOX HZ. İSAYA BƏNZƏYƏN ODUR (HZ. MEHDİ (ə.s)-dır). Allah peyğəmbərlərə verdiyi (əzəməti) ona da verəcək. Ona fəzilətlər və zinət verəcək…  (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh.169)



R0227

 

Hz. Mehdi (ə.s) okeana bənzəyən Qurani-Kərimi bütün dünyaya yayacaq

“Ey inananların Əfəndisi bizə sənin Mehdi (ə.s)-ın haqqında xəbər ver.” İnananların Əfəndisi dedi ki: “NƏSİLLƏR GƏLİB KEÇƏR VƏ İNANANLARIN SAYI AZALAR, DOĞRULUĞUN ARDICILLARI VƏ DİNİN DƏSTƏKLƏYİCİLƏRİ GEDƏR, SONRA O (MEHDİ) GƏLƏR… O (MEHDİ) VAHƏLƏRDƏN İBARƏT OLAN BİR DÜNYA SULAYACAQ VƏ TÜKƏNMƏYƏCƏK BİR OKEANDIR.” (Mənbə: Kitab-ül Gaybet, [Bihar-ul Envar, cild 51], Ansariyan nəşriyyat, tərtib edən: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 184.)

 

R0366Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət olunan bu hədisdə hz. Mehdi (ə.s)-ın zühurundan sonra dünya səviyyəsində böyük bir təsir meydana gətirəcəyi ifadə edilmişdir. Hz. Mehdi (ə.s) tükənməyən bir okeana bənzəyən Qurani-Kərimi bütün dünyaya yayacaq, Quran əxlaqını insanlar arasında mənimsədib təsirli qılmağa vəsilə olacaq. Hədisdə hz. Mehdi (ə.s)-ın Quran əxlaqını dünya səviyyəsində mənimsətməsindəki müvəffəqiyyəti Rəsulullah (s.ə.v)-in dilindən hər zamankı mükəmməlliyi ilə ifadə edilmişdir.

 

 

Hz. Mehdi (ə.s)-ın yanağındakı xal, hz. Musa (ə.s)-ın yanağındakı xala bənzəyir

Hz. Mehdi (ə.s)-ın düz burnunun başlanğıcında, iki qaş arasında kiçik bir çuxur var. Yanağındakı xalı hz. Musa (ə.s)-da olduğu kimi qabarıq və ulduz kimi parlaqdır. Dərisi çox parlaqdır. (Bihar-ül Envar, Cild:13, Səh. 243 (Farsca tərcümə)

Hədisdə hz. Mehdi (ə.s)-ın yanağındakı açıq rəngli xalın bənzərinin, hz. Musa (ə.s)-ın yanağında da olduğuna diqqət çəkilmişdir. Hz. Mehdi (ə.s), Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in soyundan olacaq və bütün peyğəmbərlər eyni nəsildəndir. Allah qan bağını da vəsilə edərək hz. Mehdi (s.ə.v) ilə digər peyğəmbərlər arasında bənzərliklər yaratmışdır. Hədisdə, eyni zamanda hz. Mehdi (ə.s)-ın dərisinin parlaqlığına da diqqət çəkilmişdir. Dərisinin parlaqlığı, Axırzamanda, ümumiyyətlə, insanlarda rast gəlinməyən dərəcədə diqqətə çarpan olacaq.

R0071