xüsusiyyət

ADNAN OKTARIN KAHRAMANMARAŞ AKSU TV VƏ QAZİANTEP OLAY TVDƏKİ CANLI REPORTAJI (4 DEKABR 2010)

 

ADNAN OKTAR: Kəhf surəsi, 65-ci ayə. Xızır hekayəsi. “Deyərkən, qatımızdan özünə bir rəhmət verdiyimiz”, rəhmət tamam ayrı bir şeydir. Allahın rəhmət, Rəhman və Rəhim adı. Rəhmət də hər şeyi əhatə edəndir. Yəni musəviyə də, xristiana da hamısına Allah rəhmət gözüylə yaxınlaşar. Rəhmət hamısını qurtarmağı məqsəd qoyur, hamısının yaxşı olmasını istəyir, inşaAllah. “Rəhmət verdiyimiz və Tərəfimizdən özünə bir elm öyrətdiyimiz” deməli, bütün elmləri Allah öyrədər, hamısını. “Qullarımızdan bir qulu tapdılar.” Bunu daha əvvəl də söyləmişdim, tam 2010-cu ili verir. “Musa ona dedi ki: “Doğru yol (rüşd) olaraq sənə öyrədiləndən mənə öyrətməyin üçün sənə tabe ola bilərəmmi?” Amma bax, “doğru yol” doğru yol nədir? Qurandır. Deməli, onun doğru yolda olduğunu bilir.

Haqqı müdafiə edəcəyini bilir. Qurana uyğun, o zamankı haqq kitaba uyğun hərəkət edəcəyini bilir. “Sənə öyrədiləndən” öyrədən kimdir? Allahdır. Allahın öyrətdiyini də bilir. “Öyrədiləndən mənə öyrətməyin üçün sənə tabe ola bilərəmmi?” Sənə şagird ola bilərəmmi? Xızır (ə.s) deyir ki: “Dedi ki: “Həqiqətən” bax, “həqiqətən” deyir. “Sən, mənimlə birlikdə olma səbrini göstərə bilməzsən.” O zaman bunu əsrimizə baxsaq, Mehdi (ə.s)-a tələbə olma gücünü göstərə bilməzsən. Yəni belə… ardı...

 

Hz. Mehdi (ə.s)-ın xüsusiyyətləri peyğəmbərlərə endirilən kitablarda bildirilmişdir

Naim, Kaabdan belə rəvayət etdi: Mən hz. Mehdi (ə.s)-ı PEYĞƏMBƏRLƏRİN SUHUFUNDA (səhifələrində, kitablarında) belə görürəm. Hz. Mehdi (ə.s)-ın əməlində nə zülm nə də ayıb vardır.”  (Celaleddin Suyuti’nin Tasnifinden Hadisler, Ahir Zaman Hz. Mehdisi’nin Alametleri s. 59, Kahraman Neşriyat)

 

PEYĞƏMBƏRLƏRƏ AİD OLAN KİTABLARDA “hz. Mehdi (ə.s)-ın işi zülm və pislik deyil” deyə işarə edilmişdir.” (Gözlənilən Hz. Mehdinin Əlamətləri, Əl -Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 47)

 

Mən, hz. Mehdi (ə.s)-ı, PEYĞƏMBƏRLƏRİN SƏHİFƏLƏRİNDƏ (KİTABLARINDA) belə görürəm: “Hz. Mehdi (ə.s)-ın əməlində nə zülm nə də ayıb vardır.”  (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 21)

 

Rəvayətlərdə, hz. Mehdi (ə.s)-ın xüsusiyyətlərinin və çıxış əlamətlərinin, peyğəmbərlərə endirilən kitablarda olduğu bildirilir. Bu da İncil, Tövrat, Zəbur və daha əvvəl gələn səhifə və kitablarda hz. Mehdi (ə.s)-a aid məlumatların olduğunu göstərir.

vesileolduklari07

Ayədə buna aid belə buyrulur:

Biz, Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar.. (Ənbiya surəsi, 105)

İslam alimləri bu ayəni belə təfsir etmişlər:

İmam Baqir və Sadiqdən belə rəvayət edilir: “BURADAKI (AYƏDƏ BİLDİRİLƏN) ‘SALEH QULLAR’, HZ. MEHDİ VƏ… ardı...

 

Mehdi, bir çox xüsusiyyətiylə peyğəmbərlərə bənzəyəcək

İmam Zeyn-ul Abidin aleyhissələm belə buyurmuşdur: “BİZİM QAİMİMİZ (HZ. MEHDİ) İLƏ ALLAHIN RƏSULLARI ARASINDA BİR SIRA OXŞARLIQLAR VARDIR. NUH, İBRAHİM, MUSA, İSA, ƏYYUB VƏ MƏHƏMMƏD SALLALLAHU ƏLEYHİ VƏ ALİH PEYĞƏMBƏRLƏRİN HƏR BİRİ İLƏ BİR OXŞARLIĞI  VARDIR. Nuh ilə uzunömürlü olmasında, İbrahim ilə, dünyaya gəlişinin gizli olması və xalqdan uzaq olmasında; Musa ilə, qorxu halı (hz. Mehdiyə istiqamətli təhlükələrin çoxluğu ilə; öldürmə, tələ qurma, həbs olunma, nəzarətə alınma, sürgün kimi hər cür təhlükəylə iç-içə olmasıyla) və qeybətdə yaşamasında (davamlı gizlənərək yaşamasında); İsa ilə xalqın onun haqqındakı ixtilafa düşməsi (bir qisim insanların, “hz. Mehdi gələcək”, bir qisminin də “gəlməyəcək” deməsində); Əyyub ilə, bəladan sonra qurtuluşa çatmasında (hz. Mehdiyə də bir çox çətinlik, xəstəlik və dərd gəlməsi; ancaq eyni hz. Əyyub kimi Allahın rəhmətiylə hamısından xilas olmasıyla); Məhəmməd sallallahu əleyhi və alih ilə də qılıncla qiyam etməsində (Peyğəmbərimiz (s.ə.v)-in müqəddəs əmanətləri olan mübarək bayrağı, qılıncı və hırkasının, hz. Mehdinin yanında olmasıyla), bənzərliyi vardır. ” (Kemal’ud-Din səh. 322, 31. babin 3-cü hədis)


A0031

 

Axırzamanın imanı zəif din alimlərinin xüsusiyyətləri

“Qiyamət əlamətlərindən və Axırzaman vukuatından (hadisələrindən) və bəzi amalin (əməllərin) fəzilət və savablarından bəhs edən hədisi-şəriflərə yaxşı aydın olmadığı üçün, ağıllarına güvənən BİR QİSİM ƏHLİELM (elm sahibi), onların bir qisminə zaıf (zəif) və ya mövzu (hədis) demişlər. İMANI ZƏİF TƏKƏBBÜRÜ MÖHKƏM BİR QİSİM (ağılını bəyənən, özünü böyük, qüsursuz və üstün görən; və sanki öz nəfsini bütləşdirən kəslər də (Allahı tənzih edirik)), inkara qədər getmişdilər. “(Sözler, səh. 355)

R0008Bədiüzaman Səid Nursi ” imanları zəif ” və ” eqoizmləri güclü” bir qisim alimlərin hz. İsa (ə.s.)-ın çıxışını və hz. Mehdi (ə.s)-ın gəlişini təvil ya da inkar edəcəklərini xəbər vermişdir. Bədiüzamanın diqqət çəkdiyi bu saxta alimlərin bu yanaşmaları isə həqiqətdə, sosialist, darvinist və materialist meylli kəslər olmalarından qaynaqlanır. Bu kəslər özlərindən üstün bir mövqeyin varlığını qəbul etməyən, hamısı özünü ayrı-ayrı ilahlaşdırmış (Allahı tənzih edirik), özlərini dünyada dərin bilikli qəbul edən və hər kəsdən böyük görən insanlardır. Bu səbəblə də, nə bir məzhəbə tabe olmağı, nə də hz. Mehdi (ə.s)-a tabe olmağı qəbul edərlər. Hz. Mehdi (ə.s)-ın zühuru kimi, hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gəlməsini qəbul etmək istəməmələrinin səbəbi də budur.

Bədiüzaman şərhlərində bu kəslərin öz iradəsinin… ardı...

 

Hz. Mehdi (ə.s)-ın tələbələri, Qalu Bəladan Allahın özlərindən  əhd aldığı möminlərdən ibarət olacaq.

Əli ibn Əbu Həmzə, İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalam belə buyurduğunu deyir: “…onu (hz. Mehdi (ə.s.)-ın), YALNIZ ZƏRR ALƏMİNDƏ ALLAHIN ƏHD GÖTÜRDÜYÜ MÖMİNLƏR QƏBUL EDƏCƏK.” (Şeyx Muhammed b. İbrahimi Numanı, Gaybeti Numanı s. 247)

Hz. Mehdi (ə.s) və tələbələri bütün saleh möminlər kimi Cənnətlə müjdələnmişlər

cennet_clip_image002“Onlar uzaqgörən, təqvalı və təvazökardırlar. Dünya malına əhəmiyyət verməzlər, iman və mədəniyyət sahibidirlər, …. Gecələri abid, gündüzləri aslandırlar. Mərhəmət, şəfqət, qürur və cəhd əhlidirlər. Polad ürəkli və güclü bir imana sahibdirlər. Yorulmaq bilməzlər, güclüdürlər. O qədər dözümlüdürlər ki, dağlara göndərilsələr oranı dəlik-deşik edər yerindən oynadarlar. Haqqa inanan, Rəhbərinə (hz. Mehdi (ə.s)-a) itaət edib təslim olan, şəhadət aşiqi, Allaha çatmaq üçün can atan, təhlükələrin və çətinliklərin eşiyində yetişmiş fədakarlar, … cəhd və şəhadət aşiqidirlər. Səbir onların xüsusiyyətidir, təvəkkül onların yol azuqəsidir. Polad ürəkli, dəmir iradəli, gecələr ibadət edən, qənaətkar, hər biri qırx igid olan mərd insanlardır.” (Safı Golpeygani, Muntahabul-Eser, səh. 486)

Bütün hədislər göstərir ki, hz. Mehdi (ə.s)-ın tələbələri heç qorxmadan, bütün ömürləri boyu hz. Mehdi (ə.s)-ın yanında olub, bu mübarək insana hər işində kömək edəcəklər və səmimiyyətlərindən, ixlaslarından ötəri Uca Allahın icazəsiylə sonsuz cənnətlə mükafatlandırılacaqlar.

Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (Nisa surəsi, 124) Kuran