vermək

Adnan Oktarın 6 fevral 2011 Kanal Avropa və Çay Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Muminun surəsi, Rəhman və Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. “Möminlər həqiqətən nicat tapmışdır. Onlar namazlarında huşu içində olanlardır.” Nə edəcəyimizi Allah bizə bildirir. Namazlarında huşu içində, namazını qılacaq və huşu içində olacaq. Beş vaxt fərz namazlarını, sünnələri qılacaq. “Onlar tamamilə boş şeylərdən üz çevirənlərdir.” Mənasız şeylərdən imtina edənlərdir. “Onlar zəkata bağlı söz və vəzifələrini mütləq yerinə yetirənlərdir.” Zəkat; yəni çox malı, pulu olduğunda onu ətrafa paylayır. “Və onlar ismətlərini, iffətlərini qoruyanlardır.” Yəni qeyri-qanuni əlaqəyə girmir, halalı ilə əlaqəyə girir.

“Ancaq yoldaşları, ya da sağ əllərinin sahib olduqlarına qarşı,” ya yoldaşı, halalı və yaxud nökəri, yəni özünü hibə etmiş bir qadın və yaxud  nökəri. Sağ əlinin dediyi, yəni ona aid olan qadın. Başqasıyla əlaqəyə girməyən, ona aid olduğunu açıqca ifadə edən, özünü ona bağlamış, hədiyyə etmiş. Bir şəkildə hibə etmiş qadın. “Münasibətləri xaric. Bu mövzuda qınanmış deyildirlər. Lakin, kim bunlardan başqasını axtarsa, artıq onlar sərhədi aşanlardır.”  Bax, Allah, sərhədin harada aşılanacağını söyləyir. “Onlar əmanətlərinə və əhdlərinə riayət edənlərdir.” Əmanət, bizə məsələn, bir əmanət verildi, deyilmi? İnsanlar bizə əmanətdir. Din bizə bir əmanətdir. Allahın kitabını qorumaqla mükəlləfik, vətəni qorumaqla mükəlləfik, deyilmi? Əmanətlər… ardı...

 

Adnan Oktarın 11 yanvar 2010-cu il tarixindəki Kral Karadəniz, Adıyaman Asu və Ekin TV-dəki reportajından

 

ADNAN OKTAR: “Vay mənə” dedi (qadın). “Mən yaşlanmış bir qadın ikən və bu ərim də bir qoca ikən doğacağammı?  Həqiqətən bu, möcüzəvi bir şeydir!” deyir. Bax, qadın deyir ki, mən yaşlanmışkən, artıq yaşlanmış qadınkən, ərim də qoca ikən doğacağammı? Normalda yaşlılıqda insanın cinsi gücü qalmaz, yəni qadın olsun, kişi olsun, çoxunda elədir.

OKTAR BABUNA: Onsuz da ovulyasiya da sona çatır.

ADNAN OKTAR: Ovulyasiya, yəni doğuma əlverişli olmur, doğa bilmirlər. “Dedilər ki: “Allahın əmrinə mi təəccüblənirsən?  Allahın rəhməti və bərəkətləri sizin üzərinizdədir, ey ev xalqı şübhəsiz O, təriflənməyə layiq olandır, Məciddir.” Bu da eyni zaman da Əbdülməcid dövrünə işarə edən bir ayədir. İnşaAllah. “İbrahimdən qorxu getdiyi və ona müjdə gəldiyi zaman,” qövm mövzusunu müzakirə etməyə davam edir. Lakin burada diqqət çəkən budur; yenə bir insan imanlı olsa, Allah möcüzəvi şəkildə yaradar. Məsələn, Oktar normalda 100 % ölməli olan bir xəstə idi. Yəni 100 %, o ən azğın xərçəng növünə tutulmuşdu və dünyada heç bir xəstənin sağala bilmədiyi bir xəstəlik növü idi.

APARICI: Nə xərçəngi idi?

ADNAN OKTAR: Qan xərçəngi idi, amma ən azğın növü. Yəni dünyada heç müalicəsi yoxdur.

OKTAR BABUNA: Richter… ardı...

 

Adnan Oktarın 28 dekabr 2009-cu il Kral Qaradəniz, Adıyaman Asu və Ekin TV-dəki reportajından

 

ADNAN OKTAR:  Allah Hud surəsində deyir ki; “And olsun, Biz insana tərəfimizdən bir rəhmət daddırıb sonra bunu özündən çəkib-alsaq,” əvvəl bir rəhmət, məsələn bolluq verir, zənginlik, sağlamlıq, səhhət, verir. Lakin “sonra bunu özündən çəkib-alsaq,” imtahan üçün, “şübhəsiz o, (artıq) ümidini kəsmiş bir nankordur.” Allaha üsyan edir, niyə belə… Onu sənə kim verdi? Allah verdi. Kim alır? Allah alır. Yəni nə olursan? İnşaAllah. “Və and olsun, özünə toxunan bir çətinlikdən sonra, ona bir nemət daddırsaq, bu dəfə də, şübhəsiz; “Pisliklər məndən getdi” deyər. Çünki o, ərköyündür, lovğalanandır.” Özü etdiyini düşünür. Məsələn, xərçəng olur. Ən yaxşı xəstəxanaya getdim deyir. Böyük müalicə etdim deyir. Bilmirəm nə otundan yedim deyir, filan dərmanları atdım, deyir. Dərmanların təsiriylə xəstəlik məndən getdi, deyir, xəstəlik getdi, deyir. Səndən xəstəliyi Allah apardı. Və təkəbbürlənir, lovğalanır, bu dəfə də televiziyalara çıxıb o təkəbbürünü göstərir. Allaha həmd edəcəyinə. Bu, elmin müvəffəqiyyətidir deyir. Elmi kim yaradır? O dərmanları kim yaradır, deyilmi? İnşaAllah.

 

Cənab Adnan Oktarın harunyahya.tv-dəki canlı reportajından (4 avqust 2010)

 

“Şeytan, özlərindən örtülüb gizlənən çirkin yerlərini ortaya çıxarmaq üçün onlara vəsvəsə verdi”. Münafiq də vəsvəsə verər. Zəif insanları seçər. Münafiqlərin hədəflədikləri insanlar, bir vəhşi heyvan necə belə zəif heyvanları seçir ona müsəllət olar, münafiqlər də zəif olduğuna qane olduqlarını  seçərlər, onun üzərinə yüklənərlər. Onun üçün, münafiqlər bir insanın üzərinə yükləndiyində o insan Allaha sığınacaq, çox dəqiqliklə diqqət yetirəcək. İnşaAllah. “Ve dedi ki: “Rəbbinizin sizə'”, bax, Allaha hörmətlə xitab edir “Rəbbinizin sizə bu ağacı qadağan etməsi, yalnız sizin iki mələk olmamağınız və ya əbədi yaşayanlardan qılınmamağınız üçündür.” Yəni “əbədi yaşamağınızı əngəlləmək üçün belə bir vəziyyət var” deyir. Allahın bu ağacdan uzaq dayanmağınızı istəməsinin səbəbi: “sizin əbədi yaşamağınızı istəmədiyi üçündür. Amma yesəniz, əbədi yaşayacaqsınız” deyir. Ağacı yaradan Allahdır, əbədi yaşamağı yaradacaq olan da Allahdır. Axmaq şeytan və münafiqlər də elədirlər, Allahın öz qanununa güc çatdıra bilməyəcəyinə inanırlar. Yəni öz qanununu idarə edə bilməyəcəyinə inanır. Yəni o ağacdan yesə, “bir daha Allah onu, özünü idarə edə bilməz” deyir. İnşaAllah. “Və həqiqətən, mən sizə öyüd verənlərdənəm deyə and da içdi“, bax münafiq dini ifadələrdən istifadə edər, münafiqlər öyüd verməyə də çox maraqlı olarlar. Ona-buna öyüd verərlər, bax, mənim məqsədim səni qurtarmaqdır, yaxşılıq etməkdir. Bax, “həqiqətən” deyir, bir də “həqiqətən, mən sizə öyüd verənlərdənəm”, tam münafiq üslubudur. “deyə and da içdi”, inandırmaq üçün Allahın adından istifadə edir.

quran_karim

 

Allah hz. Mehdi (ə.s) üçün bütün çətinlikləri aradan qaldıracaq

Hər şeyə qadir olan Allah imam Mehdi (ə.s) üçün bütün çətinlikləri aradan qaldıracaq. Müvəffəqiyyət və zəfər ünsürləri onun nəzarəti altında olacaq.

(Kamaal al -Deen, c. 2, səh. 369; Bihar-ül Envar, c. 51, səh. 150; c. 52, səh.  283; Mikyaal al-Makaarem, c. 1, səh.34. haber)

R0107