sevgisi olmamaq

ADNAN OKTARIN KAÇKAR TV-DƏKİ CANLI MÜSAHİBƏSİ (15 DEKABR 2010)

ADNAN OKTAR: Əraf surəsi, 128-ci ayə, Şeytandan Allaha sığınıram, “Musa öz qövmünə: “Allahdan kömək diləyin və səbir edin.”” Müsəlman həmişə Allahdan kömək istəməli. Hər dəfə yardım diləməsi həm savabdır, həm də ibadətdir, ürəyini açar, çox gözəl bir ibadətdir. “Və səbir edin.”-yəni, yaxşı əxlaqda səbir etmək, təbliğdə səbir etmək, dostluqda səbir etməkdir. Məsələn, müsəlmanların bir-birilərini sevməsi Allahın bir əmridir. Amma ildə bir dəfə görüşürsə adam, bu normal bir hərəkət deyil. Bu səmimi sevgi deyil. Əgər sevirsə, səhabələr nə edirdi? Həmişə müzakirə edirdilər, həmişə bir-birilərini sevirdilər. Əgər müsəlmanlar səhabə sevgisini nümunə alırlarsa, bir-birilərini çox sevməli və bir-biriləri ilə söhbət etmələri lazımdır. Çox nadir görüşmək istəyirsə, (tez-tez) görüşmək istəmirsə, Allah ürəyindən sevgini almış deməkdir. Bu nə deməkdir? İman zəifliyi və ağıl zəifliyi deməkdir, bunun izahı yoxdur. Baxsınlar bir müsəlmana, əgər müsəlman qardaşlarına qarşı içində bir sevgi yoxdursa, onlarla söhbətlərdən narahat olursa, onlara yaxın olmaqdan narahat olursa imanı xəstədir. Bu səbəbdən, dediklərində səmimi deyil, izah etdikləri də səmimi deyil. Həm Risalə-i Nura dəvət etməlisən, həm Qurana dəvət etməli, həm Rəsulullah (s.ə.v)-in həyatına dəvət etməlisən, amma müsəlmanları sevməyəcəksənsə, o zaman ağlında sən Firona bənzər bir din yaratmısan. Fironlaşmış beyni, özünə yeni bir din anlayışı əmələ… ardı...