Axirətdə soruşulacaq Quran ayələri

ADNAN OKTAR: Məsələn, baxın, Ali-İmran surəsi, 103-cü ayədə Allah Təala buyurur, şeytandan Allaha sığınıram: “Allahın ipinə hamınız möhkəm sarılın. Dağılıb ayrılmayın”. Yoldaş mənə deyir ki, “Axırzamanda mehdiyyəti izah edirsiniz, islamı izah edirsiniz, axirətdə bunları bizdən soruşacaqlarmı?”. Ona axirətdə soruşulacaq sualları söyləyirəm. Ali-İmran surəsi, 103-cü ayə “Allahın ipinə hamınız möhkəm sarılın. Dağılıb ayrılmayın”. Adam oraya yellənərək gələcək və: “Mən Allahın ipinə də sıx sarılmadım, dağıldım, parçalandım”deyəcək. Dağılma, parçalanma nədir? Bölünmədir, ayrılmadır. Anti-Mehdi hərəkət deməkdir. Axirətdə bunun cavabını verəcəksən. Verə bilmədiyin halda nə edəcəksən?

 

Ali-İmran surəsi, 104: “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun. Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.” Bu birlik hz. Mehdi (ə.s) qrupudur, mehdiyyətdir. Belə bir birliyə kömək etmisənmi? Allah bunu soruşduğunda nə deyəcəksən? Bax, deyir ki; “yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun .”Bu birlik məni maraqlandırmadı” desən, axirətdə vəziyyətin nə olacaq? Açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.” (Ali-İmran surəsi, 105).

Sən məzhəblərə, təriqətlərə parçalanmısan, ayrılmısan, təriqətlər içində yenə qruplara, qruplar içində yenə qruplara ayrılmısan və müsəlmanlara nifrət dolu ifadələrin var. Sevgini, şəfqəti, dostluğu, qardaşlığı, birliyi ağzına heç almazsan. Belə tiplərə diqqət yetirin, həyatlarında sevgidən bəhs etməzlər. Baxın yazılarına, açın internetdən, oradan-buradan, qəzetlərə də baxa bilərsiniz. Məsələn, 500 dənə yazısı çıxdısa bir baxın, hansı yazısında sevgidən bəhs etmiş, hansı yazısında şəfqətdən, mərhəmətdən, dostluqdan, qardaşlıqdan, birlikdən, Türk İslam Birliyindən,  islam əxlaqının dünya hakimiyyətindən bəhs etmiş? Bol-bol dedi-qodu etsin, söz salsın, ona-buna böhtan atsın. Belə şeylər olsa, axirətdə bunun hökmünün nə olacağını özü görəcək, inşaAllah.

 

Ənfal surəsi, 39-cu ayə: Şeytandan Allaha sığınıram, Allah Təala ayədə buyurur: “(Yer üzündə) fitnə  qalmayıb, bütün din yalnız Allaha məxsus olanadək onlarla vuruşun.” Bu mehdiyyət deyilmi? Bax, “Fitnə qalmayıncaya qədər”; fitnə nə deməkdir? İslamın, Quranın yayılmadığı, islam əxlaqının yaşanmadığı hər yer fitnədir. Sevginin, mərhəmətin, şəfqətin olmadığı; terrorun, anarxiyanın olduğu hər yer fitnədir. “Bütün din yalnız Allaha məxsus olanadək onlarla vuruşundeyir. Sən bunu edirsənmi? Yox. Bu ayə nəyi izah edir? Mehdiyyəti izah edir. Sən deyirsən ki, “Harada mehdiyyətdən bəhs edilir?” Budur, burada bəhs edir. O, mütləq istəyir ki, “Quranda filan adam Mehdidir” deyə yazsın. Belə yazmaz. İslam aləminin lideri olan adama biz Mehdi (ə.s) deyirik. Və o birliyə, İslamı dünyaya hakim edən, vəsilə olan birliyə mehdiyyət qrupu, Mehdi birliyi deyirik.

 

Şura Surəsi, 13-cü ayə: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!”. Yəni məzhəblərə, camaatlara, qruplara ayrılıb bir-birinizlə düşmən olmayın. Bir-birinizi təkfir etməyin. Bir-birinizlə mübarizə etməyin. Bir-birinizi sevin, dost olun, qonaq gedin, iftarlara gedin, qardaş olun, bir-birinizin evinə gedin, qonşuluq edin, söhbət edin. Bir-birinizi qoruyun. Yaxşı gündə, çətin gündə bir-birinizə dəstək olun. Ayənin mənası budur.

 

Şura surəsi 14-cü ayə: Şeytandan Allaha sığınıram, Allah Təala ayədə buyurur: “Onlar özlərinə elm gəldikdən sonra”, yəni Quranın məlumatı, islamın əhəmiyyəti, Türk-İslam Birliyi ilə əlaqədar bütün məlumatlar gəldikdən sonra “aralarındakı ədavət (həsəd) üzündən ayrılığa düşdülər”. Eqoizm və qürurdan ayrılığa düşürlər. Bunun hesabını axirətdə verəcəklər.
Ənfal surəsi, 46-cı ayə: “Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz”. Yəni şiə, sünni, bəktaşi, vəhhabi. Bir-birinizə düşməncəsinə baxmayın. Bir-birinizə nifrət etməyin. “Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz”. İndi qorxub zəifləmədilərmi? Gücdən düşmədilərmi? Düşdülər. Bax, “Amerikadan çəkinirik” deyirlər, “İsraildən çəkinirik” deyirlər. Türk-İslam Birliyinə yanaşmayan xeyli insan var. Bu ayənin hökmü axirətdə soruşulacaq, inşaAllah.

 

 

 Ənfal Surəsi, 73-cü ayə: “İnkar edənlər bir-birlərinin vəliləridir. Əgər siz bunu etməsəniz (bir-birinizə kömək etməz və dost olmasanız), yer üzündə bir fitnə və böyük bir təxribat (fəsad) olar”.

 

“İnkar edənlər bir-birlərinin vəliləridir”. Yəni dəccaliyyət, dəccal orduları bir-birilərinin vəliləridir. “Əgər siz bunu etməsəniz (bir-birinizə kömək etməz və dost olmasanız),” bir-birinizi dəstəkləməsəniz, “yer üzündə bir fitnə və böyük bir təxribat (fəsad)” anarxiya və terror “olar”. Sən bunu edirsənmi? Etmirsən. Edənə dəstək olursanmı? Olmursan. Bu ayənin də hesabını verəcəksən, inşaAllah.

 

Şura surəsi 39: “Və haqqlarına təcavüz edildiyi zaman, birlik olub etiraz edənlərdir (qarşı çıxanlardır)” .

“Və haqlarına təcavüz edildiyi zaman,” Əfqanıstana, İraqa, Çada hücum edildiyində; küfr, tüğyan, dəlalət müsəlmanın ismətinə, namusuna, dininə, imanına hücum etdiyi zaman, “birlik olub etiraz edənlərdir (qarşı çıxanlardır) deyir. Sən birlik olub müdafiə etdinmi? Yox. Birlik olmaq üçün cəhd göstərdinmi? Göstərmədin. Məhz, bu birlik olması üçün edilən səyə biz, mehdiyyət deyirik, mehdilik hərəkəti deyilir, inşaAllah. Birlik olub haqqına təcavüz edənə etiraz edirsənsə başında bir lider olar. Topluca elmlə, məlumatla, ağılla, sevgi ilə cavab versən bunun adına biz mehdiyyət deyirik.

 

Saff Surəsi, 4-cü ayə: “Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir”.

“Şübhəsiz Allah, Öz yolunda, sanki bir-birlərinə birləşmiş bir bina kimi”. Yəni  bir-birinə yapışıq binalar kimi, “səff bağlayaraq mübarizə edənləri Allah sevər” deyir. Sən bunu edirsənmi? Yox. Sən internet səhifələrindən, oradan-buradan qudurmuş kimi müsəlmanlara hücum edir, böhtan atır, təhqir edir, İslama, Türk-İslam Birliyinə, mehdiyyətə qarşı çıxırsan. Sonra da özünü doğru yolda olduğunu zənn edirsən. Quranın bu hökmünə girirsən. Axirətdə bu hökmü açıqlamaq məcburiyyətində qalacaqsan. Təbii ki, onu da əgər açıqlaya bilsən.

 

Ənam Surəsi, 159-cu ayə: “(Ya Rəsulum!) Şübhəsiz ki, dinlərini parça-parça edib, özləri də qruplaşanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!”. Baxın, dinlərini parça-parça edib” adamlar dinini parça-parça etmədimi? Özləri də qruplaşmadılarmı? Allah “Özləri də qruplaşanlarla sənin heç bir əlaqən yoxdur” deyir. Məhz burada Mehdi (ə.s)-a xitab olunur. Çünki Mehdi (ə.s), qruplaşmağı və dinin parça-parça olmasını qəbul etmir. Parçalanmağı nə Mehdi camaatı, nə də Mehdi (ə.s) qəbul etməz. Mehdiyyət qrupu olaraq biz də qəbul etmirik, çünki biz də Mehdi (ə.s) tələbəsiyik. Mən də Mehdi (ə.s) tələbəsiyəm və bu parçalanmağı qəbul etmirəm. Təbii ki, hal-hazırda zəruri olaraq məzhəblər var. Amma Mehdi (ə.s) çıxdığında məzhəblər, qruplar aradan qalxar. Camaatlar, təriqətlər olmaz. Bütün müsəlmanlar, hamısı ittifaq halında olacaqlar. Bütün Türk aləmi, bütün İslam aləmi bir olacaq, inşaAllah.

 

Ali-İmran Surəsi, 104-cü ayə: “Sizdən; xeyirə çağıran, yaxşılığı  əmr edən və pislikdən (münkərdən) çəkindirən bir birlik olsun. Məhz nicat tapanlar bunlardır.” 

Bu, Mehdi camaatıdır, inşaAllah.

 

Nisa Surəsi, 75-ci ayə: “(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə öz tərəfindən qoruyucu göndər, vəli yolla!” – deyən kişilər, qadınlar və uşaqlar uğrunda niyə mübarizə etmirsiniz?”

 

“Sizə nə olub ki, Allah yolunda və: “Rəbbimiz, bizi xalqı zalım olan bu ölkədən çıxar”, məsələn, Əfqanıstan, İraq, “bizə öz tərəfindən qoruyucu göndər, vəli yolla!” Bu nədir? Müsəlmanların Mehdi (ə.s)-ı gözləməsidir, Quranda açıq-aydın keçir. Mehdi (ə.s)-ın ləqəbi “Sahibi Zaman” deyilmi? “Bizə öz tərəfindən qoruyucu, vəli göndər”. Bu o deməkdir ki, müsəlmanların bir liderə, yardımçıya ehtiyacları var. Bu, müsəlmanların Mehdi (ə.s)-ı gözləmələridir. “…deyən kişilər, qadınlar və uşaqlardan zəif buraxılmışlar adına niyə mübarizə etmirsiniz?” Allah deyir.

 

 

Nisa Surəsi, 76-cı ayə: “İman edənlər Allah yolunda vuruşarlar, inkar edənlər isə Şeytan yolunda vuruşarlar. Elə isə şeytanın dostları ilə mübarizə edin. Heç şübhəsiz, şeytanın hiyləsi çox zəifdir.

“İman edənlər Allah yolunda vuruşarlar, inkar edənlər isə Şeytan yolunda vuruşarlar. Elə isə şeytanın”, yəni dəccalın “dostları ilə mübarizə edin. Heç şübhəsiz, şeytanın,” dəccaliyyətin, “hiyləsi çox zəifdir”. Yəni darvinizm, materializm kimi çox zəifdir. Vurduğun anda çökər.

 

Nisa surəsi, 84-cü ayə: “Allah yolunda vuruş (cihad et). Sən yalnız özünə cavabdehsən, lakin möminləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah, küfr edənlərin təzyiqlərini, güclərini qırmış olsun (təsirsiz hala gətirsin). Allahın qəzəbi (qəhri) də, əzabı da çox şiddətlidir!”

Allah yolunda vuruş (cihad et). Sən yalnız özünə cavabdehsən, lakin möminləri də (cihada) təşviq et! Mən nə edirəm? Möminləri  İslama, Türk-İslam Birliyinə təşviq edirəm.  Demək ki, bu Allahın hökmüdür. “Möminləri təşviq et. Ola bilsin ki, Allah küfr edənlərin”―materialist, darvinist, ateist düşüncənin, müşriklərin, münafiqlərin, xurafatçıların (azğınların) televiziyalardan, radiolardan, internetdən etdikləri “təzyiqlərini, güclərini qırmış olsun (təsirsizləşdirsin). Allahın qəzəbi (qəhri) də, əzabı da çox şiddətlidir!”. Yəni Allah, mehdiyyəti məğlub etməyin imkanı olmadığını söyləyir.

images (5)