Cənnətlə Əlaqədar Ayələr

ALTUĞ BERKER: Şeytandan Allaha sığınıram.

“Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən. (İnsan surəsi, 20)

“Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır. (Rəhman surəsi, 54)

“Müttəqilərə vəd olunan cənnətin vəsfi belədir: orada xarab olmayan sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir”…(Muhəmməd surəsi, 15)

“İkisində də iki axar bulaq vardır. (Rahmən surəsi, 50)

“İman gətirib saleh əməllər işləyənləri isə ağacları altından çaylar axan, içində əbədi məskunlaşacaqları Cənnət bağlarına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları sıx kölgəliklərdə yerləşdirəcəyik. (Nisa surəsi, 57)

 

ADNAN OKTAR: İndi istini, soyuğu bilməyən adam sərinliyin, mülayim bir iqlimin ləzzətini bilərmi? Bilməz. İstidən, soyuqdan narahat olacaq. Qiyamətə qədər mülayim bir iqlimin, mühitin dadını biləcək. Yoxsa ona qeyri-adi gələr. Yəni həqiqətən, heç bunları görmədən gedərsə ona qeyri-adi gələr. Kreslo heç bir şeyi ifadə etmir. Kürəyini söykəmək, yataq, çadır bir şeyi ifadə etməz. Mütləq burada bu kursu görəcək, bu təhsili alacaq, inşaAllah.

 

ALTUĞ BERKER: “Orada taxtlar üzərində söykənmişlər. Orada nə (yandırıcı) bir günəş, nə də dondurucu bir soyuq görərlər”. “(Onlar qızıl-gümüş, ləl-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq”.

 

ADNAN OKTAR: Heç bir şey təkamüllə yaradılmayıb. Allah yaradıb. Taxtlar təkamül ilə yaradılmır. Bəzi cahil müəllimlər var ki, axirətdəki yaradılışı da təkamüllə izah edirlər. Taxtlar mebel düzəldilən yerdə düzəldilmir, Allah yaradır.

 

ALTUĞ BERKER: “Onlar (möminlər) yaşıl balışlara və gözəl naxışlı (inci ilməli, xovlu) xalılara (yaxud yumşaq qalın döşəklərə) söykənmiş olacaqlar”. (Rəhman surəsi, 76)

 

ADNAN OKTAR: Balışı, yastıqları da yorğan sırıyan düzəltməz. Yorğan sırıyanın etdiyini də Allah edər. Yorğan sırıyan özünün düzəltdiyini zənn edər. Hər yorğanı, yastığı, mebeli, paltarı, hər şeyi  Allah yaradar. Baxın, Nəhl surəsi 81-ci ayədə Allah buyurur: “Sizin üçün geyimlər yaratdıq”. Çünki paltar həqiqətdə, həqiqi şəkli rəngsiz və şəffafdır. Paltar vəsfi yoxdur. Allahın bizim beynimizdə yaratdığı paltar əsl paltardır. Çöldəki əsli ilə əsla və qəti şəkildə Allahdan başqa heç kim əlaqə qura bilməz. Bir tək Allah maddənin əsli ilə əlaqə qura bilər. Biz yalnız Allahın yaratdığı əks olunmanı görürük.

 

ALTUĞ BERKER: “Və səbir ediklərinə qarşılıq cənnətlə və ipəklə mükafatlandırmışdır”. “…yüngül ipək və ağır işlənmiş atlasdan yaşıl paltarlar vardır. Gümüşdən bilərziklərlə bəzənmişlər”. “…orada qızıldan bilərziklərlə və incilərlə bəzənərlər; oradakı paltarları ipəkdir”. İnşaAllah. “Onlara möhürlü bir şərab içirdiləcəkdir. Onun möhürü müşkdür. Bu halda yarışmaq istəyənlər, bunun üçün yarışsınlar”. “(Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə. (Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər. (O cavan xidmətçilər cənnətdə olanların) bəyənib seçdikləri meyvələr, canları çəkən quş əti”. (Vaqiə surəsi, 18, 19-20)

 

ADNAN OKTAR: Deməli, baş ağrısının olmamasının zövqünü dadmağımız üçün baş ağrısını görməliyik. Məsələn, bu elə bir içkidir ki, müsbət təsiri var, mənfi təsiri isə yoxdur. Cənnət içkisi elə bir içkidir ki, içənlərə ləzzət edər, xoşlarına gələr, ağrı verməz, sağlamlıqlarını pozmaz.

 

ALTUĞ BERKER: “Tikansız sidr ağacları, salxım-salxım sallanmış möüz (banan) ağacları altında”, “kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər). (Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar”.

 

ADNAN OKTAR:  Cənnət dünyaya bənzəyir , yəni dünyanı xatırladır. İnsanlar çox da təəccüblənməzlər. Çünki ayədə də bildirildiyi kimi: “biz bənzərini dünyada görmüşdük” deyərlər. Eynisini demir, bənzərini deyir. Lakin rəng keyfiyyəti, görünüş keyfiyyəti təbii ki, çox fərqlidir. Allah  deyir: “Heç bir göz görmədi, heç bir nəfs dadmadı”. Yəni bizim bildiyimiz, anladığımız tərzdə olmayacaq, inşaAllah.

 

ALTUĞ BERKER: Şübhəsiz ki, Biz onları başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq! Onları bakirə qızlar, ərlərini sevən, həmyaşıdlar edəcəyik”.

 

ADNAN OKTAR: Baxın Quran, sevginin əhəmiyyətini, qadının gözəlliyini necə də gözəl vurğulayır. Sevginin, məhəbbətini, gözəlliyini, yəni Quran bir qadını ehtirasla sevməyin, eşqlə sevməyin necə bir nemət olduğunu vurğulayır. Yoxsa heç bir mənası olmaz. Başqa cürə ət yığını olar, ət, sümük yığını olar. Allah sevginin, məhəbbətin əhəmiyyətinə diqqət çəkir. Allah Təala, əsl zövqü və gözəlliyi verən ruhani güc, ruh gücü, iman gücü olduğuna diqqət çəkir.

 

ALTUĞ BERKER: “Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir” deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir”. (Bəqərə surəsi, 25)

 

ADNAN OKTAR: Xatırlayırlar, dünyadakının bənzəridir, amma fərqlidir.

 

ALTUĞ BERKER: “Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır”. (Saffat surəsi, 48)

 

ADNAN OKTAR: “Huri”. Bəli, gözəl və mənalı baxışdır. Ağıllı bir insan mənalı və gözəl baxışdan çox şiddətli şəkildə təsirlənər. Amma axmaq biri mənalı və gözəl baxışdan təsirlənməz. Məsələn, səfeh bir baxışa “necə də gözəl, mənalı baxırsan” deyir. “Bu baxışda nə var?” deyirkən “saflığı, təmizliyi, xoşluğu  təmsil edir” deyir. Primitiv bir məlumata sahibdilər, amma həqiqi dərinliyində onu sezə bilmirlər. Yəni Allah imanlı möminlərə, imanlı qadınlara mənalı və gözəl bir baxışı nemət olaraq vermişdir. Dəlalət bunu bilməz. İki malın bir-birinə baxması kimi baxarlar. Möminlərdə bu şiddətli həyəcan yaradar. Çünki ön mühakimə olmaması, güvən olması, sevgi olması, Allah qorxusu, Allah sevgisi olması  lazımdır. Sirdaş olunması, təslim olması lazımdır. Təslim olacaq biri olaraq görmür ki, təhlükəli biri olaraq görür.

O, arvadının ölməsini gözləyir, arvadı da onun ölməsini gözləyir. Kişi arvadının, arvad da ərinin mirasına sahib olmaq istəyir. O, onun ailəsini aldatmaq istəyir, arvadı da onun ailəsini aldatmaq istəyir. O vəziyyətdə təbii ki, sevgi qalmaz. Yalnız gizli, sevgi təqlidini etməyə çalışan nifrət qalır və sevilməyən, bəyənilməyən, sevgisiz baxışlar qalır. Amma Allah Təala Quranda ehtirasla, eşqlə baxışdan bəhs edir. Möminlər bundan şiddətli bir zövq alacaq. Və “yalnız ərlərinə” deyir. Burada Allah namusun gözəlliyinə də diqqət çəkmiş olur. Çünki hər kəsə aid olan bir qadın gözəl deyil. Hər kəsə aid olan bir kişi də qadın üçün bəyənilməzdir.

Yəni fahişə bir kişi ilə fahişə bir qadın təsir, cazibə yaratmaz. Namuslu bir kişi namuslu qadını cəzb edər, təsirləndirər. Namuslu bir qadın da namuslu kişini cəzb edər, təsirlədər.  Allah Təala Quranda buna diqqət çəkib. Çünki ilk diqqəti cəlb edən məftunluğun zövqünə diqqət çəkilir. Ehtiras və baxışlar. Demək ki, mömin kişi, qadının danışmasından, baxışlarından, aldığı enerjidən təsirlənəcək; sırf ətindən, sümüyündən deyil. İndi bəzi sığırlar tam sığır ruhundadırlar; yalnız ətə, sümüyə görə qadını bəyənir, hərəkət edir. Bu zaman da Allah onlara iyrənmə hissi verir. Bir-birlərindən iyrənirlər. Möminlərdə dərin bir sevgi, dərin bir istək, dərin bir məhəbbət meydana gəlir. Yalnız möminlərə xas bir gözəllikdir. Onun üçün Allah “mömin kişilər, mömin qadınlara; mömin qadınlar, mömin kişilərə halaldır” deyir.

 

ALTUĞ BERKER:“Orada xasiyyətləri gözəl, üzləri gözəl qadınlar vardır”. “Otaqlar içində qorunmuş huri qadınlar”. “Və iri gözlü hurilər, sanki gizli incilər kimi”. (Rəhman surəsi, 72)

 

ADNAN OKTAR: Baxın, gizli və qorunmuş―yəni insan halalının elə saxlanmış olması, məsələn, qorunmuş olması ayrı bir zövqdür. Onun daha çox xoşuna gələr, təsirləndirər. Ümumiyə aid olması, Allah o zaman ürəyində bir boşluq meydana gətirir və mömin sevə bilmir, inşaAllah. O ayəni bir daha oxu.

 

ALTUĞ BERKER:“Orada xasiyyətləri, üzləri gözəl qadınlar vardır.”

 

ADNAN OKTAR: “Xasiyyətləri gözəl”, “üzləri gözəl” deyir. İnsanın xasiyyəti gözəl olmadığı halda  üzünün gözəlliyinin bir mənası qalmaz. Xasiyyətinin gözəl olması lazımdır. Amma ikisi birlikdə olanda nurlu olar, 2 nur, möhtəşəm bir gözəllik olar. Allah iki gözəlliyi birdən tərifləyir.

 

ALTUĞ BERKER: “Bağçalar və üzüm bağları”. “İçlərində (hər növdən) meyvə, bənzərsiz xurma və bənzərsiz nar vardır”. İnşaAllah.

 

ADNAN OKTAR: Baxın, “bənzərsiz”, yəni bənzəri olmayan. Allah Təala insanın ürəyinin açdığını və xoşuna gəldiyini vurğulayır.

images (5)