DÜNYANIN ÖZÜ NARAHATDIR. YERİ DAVAMLI ZƏLZƏLƏLƏRLƏ YELLƏYİR. DÜNYA ÖZÜ DƏ CANLIDIR. YƏNİ ALLAHIN ƏMRİNİ DİNLƏYİR. MƏSƏLƏN, ALLAH YERƏ ƏMR VERDİKDƏ ƏMRİNİ YERİNƏ YETİRİR. Məsələn Allah deyir: “Ey yer, suyunu ud”. “Ey göy suyunu saxla” deyir, ayə, Quran ayəsi. Dərhal Allahın əmrini dinləyərlər. Yəni şüursuz kimi görünər, amma şüurludurlar. Məsələn, heyvanlar da elədir, şüursuz kimi görünərlər, amma şüurludurlar. Məsələn, balalarını bəsləyərkən, balalarını qoruyarkən… Məsələn evlərini tikərkən quşa baxırsan, heyvanın gözündə bomboş bir ifadə var. Heç bir məna yoxdur. Amma heç bir insanın edə bilməyəcəyi dərəcədə mükəmməl ev tikir. Məsələn, arının gözünə yaxınlaşdığımızda şüşə kimi, yəni heyvanın gözündə heç bir məna yoxdur. Amma heç bir insanın edə bilməyəcəyi mükəmməl şan düzəldir. Şanda çox mükəmməl bir quruluş meydana gətirir. Pətəklər qurur. Bucaqlarını mükəmməl verir. İçinə mükəmməl bal doldurur. Balların üstünü bağlayır. Bir milyon insana vəzifə versən “bir dənə bal pətəyi qurun” deyə, bir milyon il də versən yenə edə bilməzlər. Hər səfərində qırılar, yıxılar yəni bacara bilməzlər. Çünki lay lay, bir qat da deyil. Qat qat, bucaqlar var belə yuxarıya doğru bucaq verir tökülməsin deyə. Pərdə kimi incədir. Bir böcəyin ağlını bir milyard insan, bir milyard il keçsə bir böcəyin etdiyini yenə edə bilməz.
(Əhzab surəsi, 72-ci ayə)
Şeytandan Allaha sığınaram; “Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik”. Bax, göylərə, yerə və dağlara təklif etdik. “Onlar onu daşımaqdan qorxub imtina etdilər”. Şüurlu. Qorxur dünya, ağlı var. “Lakin insan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir”. “… göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan qorxub imtina etdilər”. Şüurlu olduqları üçün. Dünyanın normal insan ağlı kimi ağlı var. Dünya canlıdır.