İMAN HƏQİQƏTLƏRİNİN HƏMİŞƏ YADDAŞDA TUTULMASI ÇOX ƏHƏMİYYƏTLİDİR. ƏKS HALDA NƏ ÜÇÜN MÜBARİZƏ APARDIĞINI BİLMƏYƏN MÜSƏLMAN MODELİ İNKİŞAF EDƏ BİLƏR
İman həqiqətiylə əlaqədar mövzular çox heyrət vericidir, amma yaddaşda saxlamaq çox əhəmiyyətlidir, haqqıyla təqdir etmək lazımdır. Bunu Allahdan istəmək lazımdır. Çünki əks halda nə üçün mübarizə apardığını bilməyən müsəlman modeli inkişaf edə bilər. Davamlı dərin iman halında mübarizə aparılmalıdır. Dərin iman tərk edildiyində sərxoş kimi siyasi mübarizə halına gəlir. Bu səfər mövzu ehtirasa çevrilər. Məsələn, baxırıq hər yerdə islam aləminin hamısında terrorla, şiddətlə, döyüşlə, qışqırıb-bağırmaqla iqtidar olmaq arzuları vardır. Zərbəylə; sevgiylə deyil, mərhəmətlə deyil. O zaman da, min cür müxtəlif islam anlayışı inkişaf edir.
MÜNAFİQLƏR ALLAHIN RAZILIĞININ ƏN ÇOXUNU AXTARMAZ. DİNİN YALNIZ ÖZ MƏNFƏƏTLƏRİNƏ UYĞUN GƏLƏN QİSİMLƏRİNİ QƏBUL EDƏRLƏR
Tarixdə ən azğın münafiqlər də Axırzamanda zühur edərlər, yəni hz. Mehdi (ə.s) necə zühur edirsə, dəccal necə zühur edirsə, münafiqlərin də ən azğınları Axırzamanda zühur edər. Bir insan nə üçün müsəlman olar? Allah üçün, iman üçün müsəlman olar. Seçimini necə edər? Hər şeydə Allahın razılığının ən çoxunu axtararaq edər. Amma münafiqlər islamın özlərinə faydalı olan qisimlərindən istifadə edib, mənfəətlərinə uyğun olmayan qisimləri də qəbul etməzlər. Onun üçün məsələn, bir müsəlmanın yanına yanaşar, müsəlman qız məsələn, onun dindarlığının, nəcibliyinin fərqindədir. Amma özü fahişəlik, əxlaqsızlıq etmək istəyər, amma o xanımın dindar və müqəddəs olan hər şeyə hörmət bəsləyən olmasını, namuslu olmasını istəyər, amma özünün namussuz olması mövzusunda qərarlıdır. Qadınlarda da olur, məsələn, kişi ona sadiq olacaq, sözünü dinləyəcək, qeyri-qanuni əlaqədə olmayacaq. Başqa? Allahın razılığının ən çoxunu axtarmayacaq. Onu hədəfləyəcək. Yəni onu ilahlaşdıracaq. Bütün dərdi, fikri o olacaq. Heyvan bəsləyər kimi onu bəsləyəcək. Münafiqin məqsədi nə olur? Məhz o müsəlmanı alıb özlərinə ömür boyu xidmətçi etsin. Çölə aparsın, gəzdirsin, yedirsin-içirsin, amma özünə də sadiq olsun. Özü isə hər cür fahişəlik etsin, əxlaqsızlıq etsin, islamın hökmlərini heçə saysın, Allahın razılığına əhəmiyyət verməsin, islam, Quran mənfəətləriylə zidd düşdüyündə dərhal tərk etsin. Münafiq bu ağılda olur.
MƏNFƏƏTİYLƏ ZİDD DÜŞDÜYÜNDƏ MÜNAFİQİN GÖZÜ ALLAH, DİN, İMAN, KİTAB HEÇ BİR ŞEY GÖRMƏZ
Dərhal namərdliyini, alçaqlığını aşkar edər. Allahı da, islamı da tərk edər, camaatını da, birliyini də, yoldaşlarını da hər kəsi tərk edər; yetər ki, mənfəəti olsun. Allah bunları it kimi yaşadar. Donuz kimi yaşayıb və donuz kimi də ölər. Qısa dünya həyatına aldanar. Kişi olsun, qadın olsun münafiqun və münafikat donuz kimi yaşayar, donuz kimi də ölər. Onun üçün Allah dünya həyatını da qısa yaradır ki; bunları tez cəhənnəminə çağırsın. Allah uzun müddət dünyada saxlamır.
AXIRZAMANIN MÜNAFİQLƏRİ ÇOX ŞİDDƏTLİDİR. MÖMİNLƏRİ DƏ ÇOX TƏQVALIDIR
Yəni ən imanlı və ən şiddətli münafiqlər Axırzamanda olar. İman əhli, məsələn, mehdiyyət, İsa Məsih; imanı, əxlaqı ən yüksək insanlar və onların tələbələridir. Bunlar bir dağ kimi yüksələrlər. Münafiqlər də tərs dağ şəklində yerin dibinə doğru dərinləşərlər.
MÜNAFİQİN AĞZI DA, GÖZLƏRİ DƏ LAĞIMDIR, BEYNİNİN İÇİNDƏKİ BÜTÜN PİSLİKLƏRİ ORADAN BOŞALDAR
Münafiq pis yerlərdə alçaqlıq edər, gizlicə telefonla, internetdən oradan-buradan o qaranlıq beyninin içində qaranlıq planlar qurar və o qaranlıq da onun gözünə əks olunar. Onun üçün münafiqin beynindəki qaranlığı gözündən görmək mümkündür. Beynindəki pislik dərhal gözündən lağım kimi axmağa başlayar. Münafiqin gözü, beynindəki lağımın axdığı bir çuxurdur. Münafiqin gözləri də, ağzı da lağım çuxurudur. Bütün pisliyi ağızından, gözündən axar. Beyninin içindəki bütün pislik oradan boşalar. Münafiqin ağlaması oyundur. Danışması lovğalıqdır, hiyləgərdir. Müsəlmanı danışdırar, onun bir sirrini tutmaq üçün danışdırar. Onda bir qüsur tapmaq və yaxud onu bir şəkildə küncə sıxışdırmaq, mat etmək, öz üstünlüyünü ortaya çıxartmaq, özünü böyütmək və ucaltmaq üçün münafiq müdhiş bir səy içindədir. Bunu edərkən də gözündən və ağzından beynindəki o murdar dünya lağım kimi axmağa başlayar. Münafiqin ağzından, gözlərindən nəcasət, murdarlıq axar. Dinlədiyi vaxt əxlaqsızlıq üçün dinləyər, danışdığı vaxt əxlaqsızlıq üçün danışar. Onun üçün müsəlman, münafiqin yanında çox diqqətli olmalıdır. Hər sözündən, hər hərəkətindən, hər davranışından istifadə edə bilər. Münafiqin şeytani bir yaddaşı vardır.
MÜNAFİQLƏR MƏNFƏƏTLƏRİYLƏ ZİDD DÜŞDÜYÜ VAXT SEVDİKLƏRİNİ RAHATLIQLA FƏDA EDƏ BİLƏRLƏR
Münafiq həmişə dürüstlük, sevgi adına çıxar. Halbuki mənfəətpərəstdir, alçaqdır. Sevgi adına müsəlmanları rahatlıqla fəda verə bilər, sevdiyini iddia etdiyi adamı rahatlıqla fəda edə bilər. Münafiqdə, mənfəətiylə zidd düşdüyündə buraxma və qaçma meyli çox yüksəkdir. Məsələn, deyir ki, “Çox, dəli kimi sevirəm. Allahı sevirəm. Peyğəmbər (s.ə.v)-i sevirəm. Müsəlmanları sevirəm.” Mənfəətiylə zidd düşdükdə isə, dərhal qaçar. Dərhal ayrılma arzusu vardır. Şeytanın zülmətinə doğru qaçar. Müsəlmanların aydınlığı münafiqi boğar. O aydınlıqda yaşamaq istəməz. Müsəlmanlara dözər. Amma mənfəəti meydana gələnə qədər çox acı çəkərək dözər. Ya şöhrət üçün qalar, ya mənfəət üçün qalar, yaxud sığınacağı bir mağara olmadığı üçün qalar. Hər münafiqə diqqət yetirin, mənfəətinin bitdiyini anladığı an dərhal qaçar. Quranda da, hədislərdə də bu çox təfərrüatlı şəkildə izah edilir. Məsələn, Yusif (ə.s) ilə əlaqədar; Münafiq qadın, Yusif (ə.s)-i əldə edə bilməyəcəyini anladığında dərhal ondan qaçır və onu ən pis aqibətin bürüməsini istəyir. Münafiq kin doludur. Sırf qaçmaqla qalmaz eyni zamanda azğın bir kin ruhu içərisindədir.
MÜNAFİQ MÜSƏLMANLAR ARASINDA VAXTININ BOŞA KEÇDİYİNƏ İNANAR, GƏNCLİYİNİN GETDİYİNƏ İNANAR; ŞEYTANIN YANINDA VAXTINI YAXŞI QİYMƏTLƏNDİRƏCƏYİNİ DÜŞÜNƏR
Halbuki, onsuz da şeytanla cəhənnəmdə sonsuza qədər birlikdə olacaq. Amma onu anlaya bilməz, ağlı getmişdir. Yaxından baxıldığında, fərasət əhli Allahın izniylə onların it baxışlarından, donuz kimi baxışlarından anlaya bilər. Yəni fərasət əhlinin görə biləcəyi kimidir. Amma Allah ayədə deyir ki, “Mən istəsəm görərsən. Baxışlarından anlayarsınız.” deyir.
MÜSƏLMAN QƏZƏBLƏNSƏ BELƏ QƏZƏBİNİ MƏĞLUB EDƏR. MÜNAFİQLƏR QƏZƏBLƏRİNİ BOĞA BİLMƏZ, QƏZƏBLƏNDİYİNDƏ HEYVANİ REAKSİYALAR GÖSTƏRƏR
Münafiq qəzəbini boğa bilməz. Müsəlman qəzəbini boğar. Bir də müsəlmanda imanından ötrü qəzəblənməli bir vəziyyət olmaz. Amma münafiqdə müdhiş bir azğınlıq şəklindədir. Bir donuzun axurda göstərdiyi azğın əlamətlər meydana gələr. Qapıları çırpar, divarları bir-birinə qatar, yürüməyi heyvanlaşar, rəftarları qudurmuş bir donuzun azğınlığına dönər, yəni çirkinləşər, ağlama, azğınlıq, təcavüzkarlıq krizləri münafiqin vaz keçilməz xüsusiyyətləridir.