Header

Hörmətli Adnan Oktarın yeni izahları (26 sentyabr 2015)

Aa4a

HƏDİS ŞƏRHİ: HZ. MEHDİ (Ə.S)-IN ÇIXIŞINDAN ƏVVƏL İKİ ALLAHSIZ FƏLSƏFƏ ÇIXACAQ

Hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl iki Allahsız fəlsəfə çıxacağını Peyğəmbərimiz (s.ə.v) söyləyir. Biri marksizm, biri də darvinizm. Yəni iki güclü fəlsəfə. “İnsanların Allaha inanmaqdan azad olduğunu söyləyən iki kitab, iki məktəb çıxmadan Mehdi gəlməz.” Marksist-darvinist sistem. Darvinin kitabı məşhur, Marksın kitabı da məşhurdur. Peyğəmbər (s.ə.v.) 1400 il əvvəl bu fitnəni bildirir.

MEHDİ (Ə.S) TƏBLİĞ ETMƏYƏ BAŞLADIĞINDA BİR QİSİM İNSANLAR ONDAN QAÇACAQLAR

“Qaim minbərə ilk çıxdığında”, yəni təbliğ etməyə başladığında, “insanlar ondan qoyunlar və keçilərin qaçdığı kimi şüursuzca qaçacaqlar.” Qoyun necə boş-boş baxar, dəli kimi qaçar? Keçi də, elə deyilmi? Baxışları filan çox mənasızdır, şüursuzca qaçar, yanına yaxınlaşsan, yaxşılıq da etsən qaçar. Diqqət yetirin, hz. Mehdi (ə.s)-dan qaçırlar. Amma Peyğəmbərimiz (s.ə.v) qoyun və keçiyə bənzədir. Çünki bu heyvanlar şüursuz və ağıl sahibi deyillər, yəni insanlar “ağılsız olduqları üçün qaçacaqlar” deyir. Qoyun məntiqində, keçi məntiqində olacaqlar. Məsələn, keçini nə maraqlandırar? Ot maraqlandırar, yesin, yatsın, gövşəsin, bir şey görən kimi də qaçsın. “Keçi kimi inadçı bir xarakter göstərəcəklər” deyir, yəni insan əxlaqına görə uyğunsuz. Qoyunun xasiyyəti nədir? Laqeydlik, maraqsızlıq, etinasızlıq. Keçinin nədir? İnadçılıq, yenə laqeydlik və ikisində də ürkəklik. Peyğəmbərimiz (səv), belə heyvani xüsusiyyətlər göstərəcəklər deyir və bu çox yığcam bir şərhdir. Kimdən qaçırlar? Hz. Mehdi (ə.s)-dan. Nə vaxt? Təbliğ etməyə başladığında. Bax, təbliğ etmədən əvvəl qaçmır, təbliğə başladığında qaçırlar. Çünki Allahın xatırlanmasını istəmir. Elə olduqda xoşbəxt olacağını zənn edir.

ƏNBİYA SURƏSİNİN 96-CI AYƏSİNDƏ HDP-Ə İŞARƏ EDİLMİŞ OLA BİLƏR

“Yəcüc və Məcücün sədləri açıldığında”, anarxist və terroristlərin sədləri açıldığında, bəndi açdıqlarında, “Nəhayət, Yəcuc və Məcuc səddi açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman” deyir ayədə. Bu əsrin Yəcüc və Məcücü də PKK-dır. Ayədə nə deyir? Hattâ izâ futihat Ye’cûcu ve Me’cûcu ve hum min kulli hadebin yensilûn(yensilûne). (Ənbiya surəsi, 96 ) Bax, “Hattâ izâ” olduğu zaman, “futihat” açıldığı, “Ye’cûcu ve Me’cûcu” Yəcüc və Məcüc, anarxist və terroristlər “ve hum” və onlar, “min kulli” hamısından, “hadebin” açıqca hedep, yəni hadep, hedep, tərəf mənasını verir. Tərəfdən, təpədən, yəni o qisimdən mənasını verir, amma tərəf mənasına da gəlir, sürətlə qaçarlar, hücum edərlər, “yensilûne” hedepə işarə etmiş olur, Hdp-yə.

İBRAHİM (Ə.S)-IN NƏSLİNƏ VƏD EDİLƏN TORPAQLAR

Vəd edilən torpaqlar. Ərzi məvud; vəd edilən torpaqlar mənasını verir. Onu, Allah hz. Mehdi (ə.s) və tələbələrinə, yəni hz. İbrahim (ə.s) nəslindən gələn Moşiyah və tələbələrinə vəd etmişdir. Bən-i İsrailə Allah bütün orta şərqi verəcək. Ta Tövratda qədim nemət olaraq ifadə edilmişdir.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313