MÜNAFİQLƏR İMKAN TAPSALAR HƏR CÜR ALÇAQLIĞI EDƏRLƏR, ANCAQ İMKANLARI ƏLVERİŞLİ OLMADIĞI ÜÇÜN ÇOX ŞEYİ REALLAŞDIRA BİLMƏZLƏR
Münafiq daim müsəlmanın əleyhinə çalışar. Yəni 24 saat nə şeytanlıq edəcəyini, nə pislik edəcəyini düşünər. Səhər qalxdığından axşama qədər alçaqlıq etməyi fikirləşər. Amma gücü çatmadığı üçün az hərəkət edər. Yoxsa ona imkan verilsə, münafiqlər xeyli davakar və çox alçaqdır. Hər cür alçaqlığı edərlər. Yəni cəsusluq da edər, itlik də edər, alçaqlıq da edər. Müsəlmanların əleyhinə hər cür fəaliyyəti etmək istəyər. Amma imkanları əlverişli olmadığı üçün sıxışıb qalar. Allah ayədə deyir, “Onlar imanla küfrün arasında tərəddüd edir, nə bunlara, nə də onlara” (Nisa surəsi, 143). Güc hansı tərəfə keçsə, o tərəfə keçər.
Məsələn, İngilis dərin dövləti bilinməyə başladı, indi baxın, tərəfdarları dərhal onları satmağa başladılar. Dərhal satdılar. Həmin an. Bütün əlaltıları bilindiyi üçün buraxır. Amma əlaltıları onu buraxınca sakit durmaz. Yeni bir əxlaqsızlığın, yeni bir ölçünün içinə girərlər. Yeni bir hərəkət şəkli içinə girərlər. Münafiq sakit durmaz, ayə ona diqqət çəkir. “Onların ürəkləri parça-parça olana qədər” –deyir. “Onların ürəkləri parça-parça olana qədər tikdiyi bina qəlblərində bir şübhə olaraq qalacaqdır”. (Tövbə surəsi, 110) –deyir.
Münafiq şeytanın insan şəklidir. Davamlı şərəfsizlik edər. Pislik edər. O pislikdən çıxararsan başqa pisliyə girər. O pislikdən çıxararsan başqa pisliyə girər. Yəni nəfsi daim şeytani əmrlər verdiyi üçün sakitləşə bilməz.
“Bu işdə bizim üçün bir xeyir varmı?” (Ali İmran surəsi, 154) –deyir ayədə. Münafiqlər həmişə mənfəət güdərlər. Məsələn, dərin dövlətə xidmətçilik edir, yaltaqlıq edir. Onunla qazanc əldə edəcəyini, İngiltərədə, məsələn bir iş tapacağını düşünür. Ona bir şey qazandıracağını düşünür, amma baxdı ki, alçaq rüsvay olan çox adi bir təşkilat, çox rahat alçaldılır, elə isə buraxır. Amma buraxınca da başqa böyük bir pisliyin içinə girər. Yeni bir pislik axtarışına girər. Onun üçün münafiqin izlənilməsi çox əhəmiyyətlidir. Yəni daim pislik edəcəyi üçün, yeni-yeni alçaqlıqlar edəcəyi, rahat dayanmayacağı üçün müsəlman daim ayıq-sayıq olmalıdır.
““Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik” – deyirlər”. (Ali İmran surəsi, 154) Ay avara, ölsən sağ qalardın sən? Bax, “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik” –deyir. Öldürülmə ehtimalını o şəkildə vurğulayır. Halbuki Allah təqdir etdisə onsuz da ölərsən.