Hörmətli Adnan Oktarın 26 yanvar 2011-ci il tarixli müsahibəsindən Nəhl surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR:Nəhl surəsi 120-ci ayə.“Həqiqətən, İbrahim özü (təkbaşına) bir ümmət idi.“Təkbaşına bir ümmət olduğunu deyir Allah.“Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi.“Əbcədi 2002 tarixini verir.“Sonra sənə vəhy etdik: “Hənif İbrahim dininə tabe ol. O, müşriklərdən deyildi.” Hz. İbrahim (ə.s)-ın dininə tabe ol. Bu nə deməkdir? Yenə bütün müsəlmanların birlik olmasını istəyən bir Quran ayəsidir. Hz. İbrahim (ə.s) kimi olun deyir. Bütün dünyaya səslənir Allah Təala. Hamısının hz. İbrahim (ə.s) kimi olmasını deyir Allah.“İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et.“Nədir bu? Mehdiyyətdir.“Və onlarla ən gözəl tərzdə mübarizə apar.” Yəni şəfqətlə, sevgi ilə, ağılla, elmlə mübarizə apar. “Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də,“-yəni dəccallıq edənləri tanıyır-“doğru yolda olanları da yaxşı tanıyır.“, yəni Mehdi (ə.s) olan insanı da tanıyır. “Səbir et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma.” Burada da mehdiyyət ilə dəccaliyyətin mübarizəsi izah edilir, diqqət edin: “Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir.“-deyir Allah. Hansı qorxub çəkinənlər? Bütün dünyadakı qorxub çəkinənlər. Müəyyən bir qrupu nəzərdə tutur Allah? Xeyr, hamısını nəzərdə tutur.“Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir.“Yəni Mehdi (ə.s) birliyi ilə bərabərdir mənasını verir inşaAllah.
“Həqiqətən, İbrahim özü (təkbaşına) bir ümmət idi.“Deməli, Allah müsəlmanların ümmət olaraq, qrup olaraq birlikdə olmağını istəyir və bütün dünya tək bir ümmət olacaq. Türk İslam Birliyinin mənası budur.“Haradadır?” -deyirsən. Budur, al, bax. Hikmət gözüylə, ağıl gözüylə baxsan görərsən.