Hörmətli Adnan Oktarın 7 may 2011-ci ildəki müsahibəsindən Bəqərə surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Hz. İsa (ə.s)-ın enişi, doğrudur. İmanı zəif insanlar, ağlı zəif insanlar bunu rədd edərlər. Böyük kütlələri də bu istiqamətdə səhv istiqamətləndirərlər. Bir qismi: “Ağılın ixtiyarını alar, adətullaha ziddir”-deyirlər. Bu adamların bir qismi səmimiyyətsiz və saxtakardır, təhlükəlidir bunlar. Müsəlmanlar, bunlara qarşı diqqətli olsun. Fırıldaqçılıq edirlər, bunların ağıllarının tarazlığı yerində deyil. Yəni haşa hüzurdan, manyakdır bunlar, açıq deyim. Bir də bunların arxasından gedənə inana bilmirəm. Bir qismini nəzərdə tuturam, bir qismi taktika olaraq edir, bu ayrıdır. Cahillikdən edənlər var, onlar da ayrıdır amma, saxtakarlıqdan edənləri indi izah edirəm. Baxın, deyir ki, Bədiüzzaman: “Bəli hər zaman səmavatdan mələkləri yerə göndərən” mələklər göydən yerə gəlir?

Gəlir. downloadGəlirsə, gəlir, mələklər gəldiyinə görə, hz. İsa (ə.s) da gələr, niyə gəlməsin? Deyirlər ki: “Adətullaha ziddir.” Necə adətullaha ziddir? Allah endirir, insan surətində mələk endirir, gəlir, elə deyil? Adətullaha zidd imiş, “Cari olan, adətullahın qanunlarına zidd imiş.” Yalan danışırlar, saxtakarlıq edirlər, inanmasınlar. Hz. Cəbrayıl (ə.s)-ın bəzən, “insan surətində olan, Dıhyə surətinə girməsi kimi”, baxın hz. Cəbrayıl (ə.s), Dıhyə surətində gəlir, yəni normal insan surətində gəlir. Bəs olmurdu? Bəs adətullaha zidd idi?

Deməli olurmuş. Qardaşlarımız, belə saxtakarlara heç vaxt inanmasınlar. Baxın, “ruhaniləri aləm-i ervahdan (ruhlar aləmindən) göndərib, bəşər surətinə təməssül etdirən (bənzədən), hətta ölmüş övliyaların çoxlarının ervahlarını (ruhlarını) cəsədi misalıyla dünyaya göndərən Hakim-i Zül Cəlal…” Məsələn, bəzən Əbdül Qadir-i Gilaninin ruhu kimi təcəlli edir, amma əsil olan budur, mələklərin gəlməyi və hz. Cəbrayıl (ə.s)-ın Dıhyə surətində gəlməsi Allahın qüdrət daxilində olduğunu gördük, elə deyil? Bədiüzzaman, hz. İsa (ə.s)-ın enişini rədd edən saxtakarlara qarşı dəlil olaraq təqdim edir. “Hz. İsa (ə.s)-ın, İsa (ə.s) dininə aid ən mühüm hüsnü hatiməsi üçün”,-yəni ən mühüm, böyük gözəl nəticəsi üçün, çünki hal-hazırda nəticə yoxdur hələ, təslis (üçləmə) inancı var.

“Deyil səma-i dünyada cəsədiylə olan.” “Dünya səmasında cəsədiylə olan” deyir hal-hazırda, dünyəvi cəsədiylə olan, yəni “həyatda olan”, “ölü olmayan”  deyir. “Həyatda olan, hz. İsa (ə.s)” mənəvi şəxsi deyil, özündən bəhs edir, cəsədindən bəhs edir, “cəsədiylə göydə” deyir Bədiüzzaman, əlbəttə Allahdan, ayədən  deyir, “deyil semay-ı dünyada cəsədiylə olan və həyatda olan hz. İsa (ə.s) bəlkə aləm-i axirətin ən uzaq küncünə getsəydi və həqiqətən ölsəydi”, baxın o saxtakar yaxşı dinləsin, “yenə belə bir nəticə-i əzimə üçün ona, yenidən cəsəd geydirib, dünyaya göndərmək o Hakimin hikmətindən uzaq deyil.”

Deyir ki, artıq, daş baş insana deyirəm o özünü tanıyır, “həqiqətən ölsə belə, Allah göndərəcək” deyir, yəni “həqiqətən ölsə də, cəsəd geydirib göndərər” deyir. Ki, “ölmədi yaşayır, cəsədiylə, orijinal (əsl) cəsədiylə yaşayır göydə’” deyir, “səmay-i dünyada.’” Baxın, deyir ki, “səmayi dünyada cəsədiylə olan və həyatda olan hz. İsa (ə.s), axirətin ən uzaq küncünə getsəydi, həqiqətən ölsəydi yenə Allah göndərəcək” deyir. Ona görə belə saxtakarlara, alim deyə inanmasınlar, belə bir şey yoxdur. Bunlardan alim olmaz. Alim deyil bunlar və müsəlman gəncləri iflic edirlər yəni, imansızlığa sürüyürlər.

Çünki adam, hz. İsa (ə.s)-ın enişinə inana bilmirsə, Cəbrayıl (ə.s)-ın enişinə də inanmaz, elə deyil? O, adətullaha zidd görürsə onu, bunu da adətullaha zidd görər. “Ağılın ixtiyarını alar, olmaz elə şey” deyirlər. O zaman mələklərin enişinə də inanmırlar? Cəbrayıl (ə.s) surətində gəlmiş.
Məsələn baxın, Bəqərə surəsi 259-cu ayədə: “Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib…” Allahın sonra diriltdiyi insan var. Yüz il. Quran ayəsidir. Ağılın ixtiyarını alır bu? Almır. Adətullaha ziddir? Zidd deyil. Quran deyir, Allah deyir. Yüz il sonra bir insan, yenidən dirilib gəlir, yenidən dirilir. Hz. İsa (ə.s) onsuz da ölməmişdir, cəsədiylədir.

Yalnız dünya ölçüsündən alınmış, dünya ölçüsünə geri qaytarıldı, o qədər, inşaAllah. Məsələn, səhabələri Kəhf mağarasında 300 ildən çox qalırlar, bu adətullaha ziddir? Quran ayəsidir. Elə bir din anlayışı gətirirlər ki, ağlının anlamadığı bir şeyi dərhal alır, ağlının qəbul etmədiyi bir şeyi qaldırır. O zaman sən mələklərə də inanmazsan, qədərə də inanmazsan, axirətə də, ən sonda Allaha da inanmayacaqsan. Necə ki, gedişat belədir, baxırıq adamlara imagesnamaz yoxdur, oruc yoxdur, zəkat yoxdur, gedişat oraya doğru gedir. Adamın biri deyir: “Bunlar dindən, imandan tamamilə qopmuşlar, ictimai qrup halına gəlmişlər. Dindən heç bəhs etmirlər.”

Haham bunu deyir. Ona görə saxtakarlıq etməməlidirlər, səmimi olmalıdırlar. Mən bir adamı nəzərdə tuturam, o özünü tanıyır (bilir). Özünü düzəltmə imkanı var, düzəltsə əlini öpərəm, ayağını da öpərəm. Amma əks halda, o it üslubu, səmimiyyətsizlikdir, Quran ilə ziddiyyət təşkil edən bir üslubdur. Amma deyirəm, taktika olaraq edənlər ayrıdır, cahillikdən edənlər, onlar da ayrıdır. Bir qisim gəncləri belə iflic edib, imanını yavaş-yavaş alıb, adamı tam fərqli bir vəziyyətə salacaqlar.

Qardaşlarımız, çox ağıllı olsunlar, ayıq-sayıq olsunlar, bu adamlara inanmasınlar. “Bədiüzzamana tabeyik”-deyir, amma saxtakarlıq edir? Bədiüzzamanın adını ağzına almasın. De: “mənim əlaqəm yoxdur” desən, “orijinal (qeyri-adi) bir tipəm, Moon təriqəti kimi bir şeyəm, azğınam, yalnız bir yaradıcıya inanıram”, masonlar kimi “total enerjidir.”  Bir qismi belə, bəzi tiplərdir, “mən beləyəm” de heç olmasa, deyirsənsə də, doğrusunu de, biz həqiqətən sənin nə olduğunu bilək. Həm müsəlmanam deyirsən, həm Nur tələbəsiyəm deyirsən, həm də Bədiüzzamana qarşı çıxırsan. Hz. İsa (ə.s), şəxsən şəxsiylə gələcəyini Bədiüzzaman açıq-aşkar deyir. Haradan çıxartdın qardaşım, yox mənəvi şəxsi, bilmirəm daha nələr, odur-budur. Şəxs varsa, tələbələri varsa, əlbəttə ki, mənəvi şəxsi də olar. Məsələn, indi mən buradayam, siz də qardaşlarımsınız, nə oluruq burada? Televiziyada yayınlanır, mənəvi şəxs oluruq. Amma mən varam, siz də varsınız və Şeyxim də var.